Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi .....                     SEPAH-a yeni komandan .....                     Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır .....                     "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" .....                     Azərbaycanda kirayə haqqı 3,9%, .....                     Təhsil sisteminin KOLLEC BAZARI... .....                     Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir .....                     Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə .....                     Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... .....                     Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                     Moskvaya son iki ilin ən böyük dron hücumu olub .....                     Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... .....                     Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: .....                     Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı .....                     Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır .....                     “Sabah” qələbəyə görə nə qədər qazanıb? .....                     Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik .....                     Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi .....                     Nazir müavininə yeni köməkçi təyin olundu .....                     Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib .....                     "Med Kredit" ləğv olunur .....                     Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş .....                     İran müxalifətlə danışıqlara başladı .....                     Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” .....                     “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, .....                     AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi .....                     “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” .....                     “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi .....                     "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." .....                     AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... .....                     Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? .....                     Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ .....                     Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: .....                     "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." .....                     Azərbaycan nefti 128 dollar civarında ticarət olunur .....                     Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib .....                     Azərbaycan-Laos münasibətləri inkişafdadır .....                 

"Mən gündəmdə olan müğənniləri dinləmirəm" - Cavanşir Quliyev
Tarix: 26-04-2025, 07:17 | Çap et
"Mən gündəmdə olan müğənniləri dinləmirəm"
“Gələcəkdə süni intellekt yeni musiqi forması icad edə bilər. O zaman bizim peşəmiz bitəcək. Məndən soruşsanız, bu baş verəcəkmi? Dəqiq deyə bilmərəm. Amma 50/50-yə olduğunu düşünürəm”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında bəstəkar Cavanşir Quliyev bildirib.

“Süni intellekt hələ uşaq yaşındadır. Deyirlər ki, artıq musiqi də bəstələyir. Eşitmişəm. O qədər də pis deyil. Əgər deməsələr ki, bu musiqini süni intellekt yazıb, insan düşünər bunu kim yazıb, Əhməd, yoxsa Məmməd? Bax belə. Amma təbii ki, hələlik yeni bir şey icad edə bilmir. Sadəcə internetdə araşdırma aparır, ona verilən suala uyğun olaraq oxşar materialları bir araya gətirir, düzəldib verir. Bəli, bunu bacarır. Dediyim kimi, mahnı da yazır.

Amma hansısa gənc Eldar Mansurova deyib ki, mən səndən daha yaxşı musiqi yazıram. Onu artıq yalan deyir. Çünki onu gənc özü yazmır. Süni intellekt yazır. Sadəcə süni intellektə müraciət edir, o da yazır. Amma ümumilikdə, süni intellekt, bu texnologiya inkişaf etdikcə, insan fəaliyyət sahələrinin bəzilərini yavaş-yavaş əlindən alacaq. Daha doğrusu, yardım olaraq insan yerinə bu işləri görəcək. Hətta çalışsa, bir gün gəlib bədii yaradıcılığa da çıxa bilər.

Vaxtilə Rusiyada bir bəstəkar dostum vardı. Mən Rusiyaya gedəndə, onunla tez-tez mübahisə edirdik. O deyirdi ki, gələcəkdə kompüterlər bizi əvəz edəcək. Mən isə deyirdim ki, kompüter bir çox şeyi edə bilər, bizim işimizi asanlaşdıra, sürətləndirə, tezləşdirə bilər, amma yeni bir şey yarada bilməz. Çünki bizim sənətimiz hiss və duyğularla bağlıdır.

Kompüter isə hiss etmir, o, sadəcə hesablama maşınıdır. Dostum isə deyirdi ki, o hiss və duyğunu da hesablamaq mümkün olacaq, bir gün yeni bir şey də icad oluna bilər. Belə mübahisələrimiz olurdu. Mən onunla heç cür razılaşmırdım".

Bəstəkar deyib ki, son vaxtlar artıq öz mövqeyinə şübhə ilə yanaşmağa başlayıb:

"Düşünürəm ki, bəlkə də mümkündür. Bu gün olmasa da, gələcəkdə süni intellekt yeni musiqi forması icad edər. Bu halda, bizim peşəmiz də təhlükə altına düşə bilər. O zaman bizim peşəmiz bitəcək. Məndən soruşsanız, bu baş verəcəkmi? Dəqiq deyə bilmərəm. Amma 50/50-yə olduğunu düşünürəm”.

Bəstəkar bu gün daha çox dəbdə olan müsiqilərə də öz fikrini bildirib:

“Mən gündəmdə olan müğənniləri dinləmirəm. Ona görə də onlar barəsində nəsə deyə bilmərəm. Amma müasir musiqi deyəndə nəyi nəzərdə tuturuq? Gündəmdə harada olur musiqi? Axı o musiqi radio və televiziyada səslənməsə, gündəmə gəlmir.

Biz verməsək, o musiqiləri necə gündəmdə olur? Televiziya əməkdaşları peyğəmbərdir? Efirə doğru şeylərmi verirlər? Yəni, gündəm olan şey nədir, haradan doğur, nədən qaynaqlanır? Bunlar hamısı şübhəli və mübahisəlidir.

Əslində musiqinin, ümumiyyətlə, bədii sənətin iki əsas cəhəti olur: keyfiyyətli və keyfiyyətsiz.

Köhnəsi, təzəsi, gündəmi və ya gündəmsizi, belə şeylər olmur. Baxın, Tofiq Quliyevin mahnıları 60-70 il öncə bəstələnib. Bu gün o mahnılar yenidən populyarlıq qazanır, gündəmdə olmağa başlayıb. Niyə? Çünki keyfiyyətlidir. Deməli, "müasir musiqi" anlayışı nisbidir. Əgər bir musiqi bu gün səslənirsə, o, müasir musiqidir. Çünki onun başqa bir keyfiyyəti yoxdur. Deyəsən ki, bu müasirdir, amma bu yox. Onu dəyərləndirən tək meyar budurmu? Xeyr.

Musiqi modaya bənzəməz. Məsələn, geyimdə boyun uzunluğu və ya şalvarın eni dəyişə bilər. Musiqidə isə bu cür "dəyişkən moda göstəriciləri" yoxdur. Əgər belə olsaydı, Bethoven bu gün dinlənilməzdi. Halbuki bu gün dünyada ən bahalı bilet satışı məhz onların əsərlərinə aiddir. Onlar 400-500 il bundan qabaq yaşamış və yaratmış adamlardır. Həmçinin, yazdıqları "köhnədir". Onda onu dinləməyin, çünki köhnədir”.

Cavanşir Quliyev yeni bəstələr üzərində işlədiyini qeyd edib:

“Mən artıq üç ildir Azərbaycandayam. Qayıtmışam. Bəzən Kiprə gedib-gəlirəm, çünki orada bəzi əşyalarım qalıb. Ona görə də hərdənbir gedib gətirirəm. Yaxşıyam inşallah. Yavaş-yavaş buradakı həyata uyğunlaşıram.

Yeni bəstələr üzərində işləyirəm. Son bir- iki il ərzində "YouTube" kanalımda 20-30 yeni mahnı paylaşmışam”.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
• Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42
• Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
• Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57
• Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54
• "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru