Cavan Zeynallı: "Aybəniz Haşımova istəyir ki..."
Tarix: 10-03-2015, 10:05 | Çap et
 DİA.AZ Tanınmış cazmen, əməkdar artist Cavan Zeynallının Milli.Az-a müsahibəsini təqdim edir:
- Cavan müəllim, yaradıcılıqda hansı yeniliklər var? - Mənim yaradıcılığımda hər gün yeniliklər olur. - Bilirik ki, siz həm də mahnılar, kompozisiyalar bəstələyirsiniz. Yeni bəstələriniz varmı?
- Hər gün səhnədəyəm, oxuyuram, çalıram. Öz bəstələrim də var. Hamı da deyir ki, axı biz bunları eşitməmişdik. Çünki yeniliklərim həddən artıq çoxdur. Təvazökarlıqdan uzaq olmasın, amma mənim ifamda bütün əsərlər yeniləşir. - Efirdə az-az görünürsünüz... - Hər gün olmasam da, efirlərdə oluram. Amma sizin də işiniz elədir ki, izləmək imkanınız olmur. Jurnalistika çətin işdir. Bu günlərdə ANS-də “Günəbaxan” verilişində, Space-in səhər proqramında qonaq olmuşam. Ola bilər ki, diqqətinizdən qaçıb. - Bəstələrinizdən ibarət disk buraxdırmaq fikriniz varmı? - Bu günlərdə yeni diskim çıxıb. “Oxuyur Cavan Zeynallı” adlanır. - Həm də Mədəniyyət və İncəsənət Universitetində müəllimsiniz...
- Bəli, orada bizim çox böyük kafedra var, rəhbərimiz də xalq artisti Yalçın Rzazadədir. Orada çox gözəl müəllimlər işləyir. Mənim tələbəm Fərid Məmmədov “Eurovision”da ikinci yeri tutdu. - Amma deyirlər ki, Fərid Məmmədov əməkdar artist Aybəniz Haşımovanın tələbəsidir. - Fərid uşaq olanda Aybəniz Haşımovanın “Bülbüllər”ində oxumuşdu. Amma universitetdə dörd il mənim tələbəm olub. Aybəniz istəyir ki, bütün yaxşı tələbələri öz adına çıxsın. - Deməli, əslində, sizin tələbənizdir? - Bəs necə, əlbəttə! Bunu univeristetin rektoru, bütün Azərbaycan bilir. - Digər tanınmış tələbələrinizdən kimlər var?
- Digər tələbələrimin elə də böyük uğurları yoxdur. Amma Zaur adlı bir tələbəm var, o da çox istedadlıdır. Hazırda dördüncü kursda oxuyur. Azərbaycanın bəstəkarlarının lirik əsərlərini gözəl ifa edir. - Bir müddət öncə verdiyiniz müsahibənizdə xalq artisti Faiq Ağayevlə bağlı fikirlər səsləndirmişdiniz. Aranızda nə baş vermişdi ki? - Mənim Faiq Ağayevə çox böyük hörmətim var. Çünki o, öz sənətinin hesabına xalq artisti olub və çox populyardı. O sayt mənim fikirlərimi təhrif etmişdi ki, guya Faiq haqda pis fikirlər səsləndirmişəm. Mənim iradımdan sonra həmin səhvi düzəltdilər. - Sonradan bu barədə Faiq Ağayevlə söhbətiniz oldumu? İzah etdinizmi ki, fikirlərinizi təhrif ediblər və sair?
- Yox, danışmadıq. Çünki o, mənə böyük hörmətlə yanaşır. - Deyəsən, həm də restoranda işləyirsiniz.
- İndi zəmanə belədir ki, bir gün işləməsən, çətin olur. Hər şey bahadır, işləyib çörəkpulu qazanıram. Ayrı yolum yoxdur. Həm də özümü adamlara göstərirəm. - Toylara gedirsiniz? - Mən ancaq bir restoranda işləyirəm və caz klubda həftədə iki dəfə çıxışım olur. - Sizi tez-tez parodiya edirlər, bu, xətrinizə dəymir ki? - Yox, yox, əksinə çox sevinirəm. Məni parodiya edəndə xoşuma gəlir. - Sənət dostlarınızdan eşitdim ki, Azərbaycandan birdəfəlik getmək istəyirsiniz. Doğrudanmı belə bir fikriniz olub?
- Mən dünyanın əksər ölkələrində qastrollarda olmuşam. İndi istərdim ki, olmadığım ölkələrdə konsert proqramı ilə çıxış edim. Mənimçün qastrolsuz çox çətindi. Çünki iyirmi il “Qaya” ansamblında çalışmışam və onlarla ölkələri gəzmişik, konsertlər vermişik. Rəşid Behbudovla Argentina, Kostra-Rika, Honduras, Boliviya kimi ölkələrdə çıxışlarım olub. Buna görə bəzən sıxılıram. - Bu il həm də sizin yubileyinizdir - yetmiş yaşınız tamam olur... - Mən yaşdan danışmıram, çünki mən Cavanam. Əsas odur. Şəxsiyyət vəsiqəmi gizlətmişəm, heç kim yaşımı bilmir. Axı heç öz yaşımı vermirlər. Niyə kimsə bilsin ki, mənim yetmiş yaşım var? (gülür) - Yəqin ki, özünüzü 35-40 yaşda hiss edirsiniz...
- Yox, heç olmasa, 55 olsun (gülür). - Boş vaxtlarınızda nə edirsiniz?
- Vaxtım olanda həyat yoldaşımla parka çıxıram, idman edirik, gəzirik. Piyada gəzmək insana xeyirdir. Düzünü deyim ki, boş vaxt az olur. Bütün günü ora-bura qaçırıq. - Sənət aləmində hər kəs sizi özünə dost bilir. Maraqlıdır, sizin ən yaxın dost hesab etdiyiniz kimdir? - Düz dediniz ki, sənət aləmində hamı mənim dostumdur. Amma ən yaxın dostum Sərxan Sərxandı. O, indi Moksvada yaşayır. Sərxan Bakıda olanda biz bir yerdə konsert vermişik. Mən royalda çalırdım, o da həm gitara çalırdı, həm də oxuyurdu. İndi hərdənbir bura da gəlir, görüşürük. Sonucu dəfə Polad Bülbüloğlunun yubileyində görüşdük. - Solo konsert fikriniz var? - Bunun üçün yaxşı sponsor olmalıdır. Həm də konsert salonlarının icarəsi üçün böyük pullar istəyirlər. Mənim də elə işlərlə aram yoxdur ki, özüm-özümə konsert təşkil edim. Heç maddi durumum da buna imkan vermir. Mənim efirə hər çıxmağım solo konsetdir də. Efirə çıxıram, milyonlar baxır da. Solo konsertlə nə işim var?

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Dünən, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Dünən, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Dünən, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Dünən, 12:32 |
|
|
|
|