20 İLDİR HAQQINI SÜBUT EDƏ BİLMƏYƏN DÖYÜŞÇÜ
Tarix: 10-10-2012, 10:12 | Çap et
QARABAĞ UĞRUNDA CANINI FƏDA EDƏN VƏTƏNDAŞA KÖMƏK EDƏN YOXDUR
DİA.AZ: - Redaksiyamıza 1974-cü ildə Cəlilabad rayonunun Alıqasımlı kəndində anadan olmuş Ağayev Mehdi Kamil oğlu tərəfindən yazılmış şikayət məktubu daxil olub. DİA.AZ-a daxil olan məktubda Qarabağ müharibəsi veteranlarına düşmən münasibətdən danışan şikayətçi yazıtr:
“1993-cü ilin yanvar ayında Qarabağ müharibəsinin qızğın çağında hərbi xidmətə getmişəm. “Nasosnu”da, Qusarda yerləşən hərbi hissələrdə qısa təlim keçəndən sonra bizi Ağdərə istiqamətində döyüşlərə apardılar. Komandirimiz Anarın rəhbərliyi altında vətən uğrunda qızğın döyüşlərdə iştirak etdik. Anar komandir bu döyüşlərin birində qəhrəmanlıqla həlak oldu. Mən 1993-cü il aprel ayının 12-də sağ budumdan ağır güllə yarası aldım. Tərtər hospitalında 9 gün yatdım, sonra helekopterlə məni Bakıya gətirdilər. Sabunçu rayonundakı Əziz Əliyev adına xəstəxanada 1 ay qaldım, müalicə aldım. Oradan 145 nömrəli poliklinikaya göndərildim. Burada mən köhnə pulla 10 min manat ( indiki pulla 200 manat) yardım aldım və yaşadığım Cəlilabad rayonuna göndərildim. Cəlilabad hərbi komissarlığında qeydiyyata düşdüm. Burada da mənə köhnə pulla 20 min manat (indiki pulla 400 manat) qanpulu verildi.
145 saylı poliklinikanın müdiri mənə dedi ki, get, komandirin kağıza möhür vursun, gətir. Qusara, hərbi hissəyə getdim. Orada sənədin üstünü yazdılar, qol çəkdilər, amma dedilər ki, möhür bizdə deyil, “Nasosnu”dadır, get, orada möhürləsinlər. Yaralı ayağım mənə həddən artıq əziyyət verdiyi və maddi imkanım olmadığı üçün “Nasosnu”ya gedib sənədi möhürlətdirə bilmədim.
O vaxtdan, 20 ilə yaxındır ki, bir möhürə görə ilişib qalmışam, veteran vəsiqəsi ala bilmirəm. Bu səbəbdən də pensiyama hər ay əlavə olunmalı 40 manatı mənə verilmir, əlavə torpaq payı da əldə edə bilmirəm, bir veteran kimi digər güzəştlərdən faydalanmaq mümkün olmur.
Bir ayağım iflic vəziyyətindədir, həmin ayağımda heç bir hissiyyat yoxdur. 5 övladım var, hamısı da azyaşlı. Qarabağda ayağı şikəst olmuş bir əlil kimi aldığım 40 manat pensiya, 50 manat prezident təqaüdü, 50 manat sosial yardım heç dərman puluma çatmır.
Təsəvvür edin, onlarla qanlı döyüşdə iştirak edəsən, ayağın iflic vəziyyətinə düşə, 5 azyaşlı uşaqla ölümlə-həyat uğrunda çarpışasan, ancaq 20 ildə bir veteran vəsiqəsini ala bilməyəsən. Savadsız, şikəst, imkansız adamam. Müvafiq idarələrin qapısını döyməkdən bezmişəm. Rayonda hərbi komissarlığa, Bakıda Müdafiə Nazirliyinə, millət vəkilimiz Mirkazım müəllimə, digər gümanım gələn yerlərə onlarla məktub yazmışam, amma mənə real kömək edən yoxdur.
Axı mən vətən uğrunda vuruşmuşam, şikəst olmuşam, Qarabağın 100 kilometrliyindən keçənlər veteran vəsiqəsi, az qala qəhrəman adı alır, amma mən, döyüşdə yaralanan, ölümlə üz-üzə qalan bir gənc vəsiqə ala bilmirəm. Deyirlər, əsas məsələ Müdafiə Nazirliyinin arxivindədir. İndi gəncləri bəhbəhlə hərbi xidmətə yollayan komissarlıq, yaxud nazirlik işçiləri olmaz ki, bir əlil gəncin adi problemini həll etsin. Qarabağ döyüşçüsünü belə zəlil gündə görən gənclər orduya hansı həvəslə gedər.
Mənim məktubuma nə cavab versələr yaxşıdır – guya “orduya girişim var, çıxışım yoxdur”. Məgər mənim günahımdır ki, orduya sağlam girib, bir ayağı şikəst çıxmışam?
Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd olunur ki, “hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən” güllə yarası almışam. Cəlilabad rayon hərbi komissarlığı isə deyir ki, MN-nin hüquq idarəsi bu məsələyə hüquqi qiymət verməlidir. Arxiv biz veteranların məsələsinə soyuq, başdansovdu yanaşır, çünki təkcə rayonumuzda 60-a yaxın Qarabağ döyüşçüsü tanıyıram ki, vuruşub, amma arxiv lazımi sənədləri tapıb onlara vermir. Olmaz ki, komissarlığın bir işçisi, yaxud millət vəkilinin köməkçisi 1-2 gün vaxtını ayırıb, bizim, keçmiş döyüşçülərin problemimizi həll etsin. Axı, biz döyüşmüşük, vətən yolunda qan tökmüşük, hələ də bədənimdə bir neçə güllə qırıntısı gəzdirirəm.
Bəlkə də qarşılaşdığım bu problem çoxları üçün adi bir şeydir, lakin bu bizim üçün, 5-10 manatın ümidinə qalan, onu da dərman puluna verən keçmiş döyüşçülər üçün həyat-ölüm məsələsidir.
Bir anlıq xəyalınıza gətirin ki, ucqar bir kənddə, 5 uşaqla, hissiyyatını itirib çəlikdən fərqlənməyən şikəst ayağı ilə həyatla ölüm arasında çarpışan bir Qarabağ döyüşçüsü var. Xahiş edirik, mərhəmətinizi, köməyinizi bizdən əsirgəməyin”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19 |
|
|
|
| • Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17 |
|
|
|
| • SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41 |
|
|
|
| • Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37 |
|
|
|
| • YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32 |
|
|
|
| • Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25 |
|
|
|
| • Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17 |
|
|
|
| • Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15 |
|
|
|
| • "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08 |
|
|
|
| • LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06 |
|
|
|
| • "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03 |
|
|
|
| • “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10 |
|
|
|
| • İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08 |
|
|
|
| • “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05 |
|
|
|
| • Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46 |
|
|
|
| • “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29 |
|
|
|
| • Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24 |
|
|
|
| • AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21 |
|
|
|
| • Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18 |
|
|
|
| • DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42 |
|
|
|
| • Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40 |
|
|
|
| • Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35 |
|
|
|
| • “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30 |
|
|
|
| • Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27 |
|
|
|
| • “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24 |
|
|
|
| • Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17 |
|
|
|
| • Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14 |
|
|
|
| • "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11 |
|
|
|
| • Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05 |
|
|
|
| • Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57 |
|
|
|
| • "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49 |
|
|
|
| • İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38 |
|
|
|
| • “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36 |
|
|
|
| • “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24 |
|
|
|
| • Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12 |
|
|
|
| • Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
| • Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58 |
|
|
|
| • Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57 |
|
|
|
| • Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51 |
|
|
|
| • “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49 |
|
|
|
| • “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47 |
|
|
|
| • Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30 |
|
|
|
| • “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28 |
|
|
|
| • Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27 |
|
|
|
| • Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22 |
|
|
|
| • AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14 |
|
|
|
|