SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                     AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb .....                     Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır .....                     DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                     Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                 

GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Tarix: 22-05-2025, 11:17 | Çap et

Azərbaycanda bəzən yüksək vəzifələrə, hamı üçün əlçatan olmayan məmur bürokratiyası mexanizmləri vasitəsilə yüksələn şəxslərə rast gəlinir. Lakin elə məmurlar da var ki, hakimiyyət sistemində o qədər məharətlə fəaliyyət göstərirlər ki, onların irəliləyişləri ictimai diqqətdən kənarda qalır. Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyev məhz belə simalardandır. Onun ilkin dünyagörüşü doğulduğu Naxçıvanın məşhur Nehrəm kəndində formalaşıb. Bu kənddən çıxanların bir qismi ölkənin siyasi sferasında, biznes sektorunda əhəmiyyətli yerlər tutub. Buna görə də Mehdiyevin yüksəlişi təkcə şəxsi karyera kimi yox, həm də regional faktorlarla əlaqləndirilir…

53 yaşlı S.Mehdiyev Türkiyənin Egey Universitetində iqtisadi əlaqələr, sonra Bakı Dövlət Universitetində hüquq təhsili alıb, daha sonra İqtisad Universitetində magistr dərəcəsi əldə edib. 2000-ci illərin əvvəllərindən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayıb. 2004-cü ildə sədr müavini, 2006-cı ildə aparat rəhbəri, 2014-cü ildə yenidən sədr müavini və nəhayət, 2018-ci ildə komitəyə rəhbər təyin edilib.

Bu yüksəlişin əsas dayağı DGK-nın keçmiş şefi, general Aydın Əliyev hesab edilir. Amma sonradan məlum oldu ki, Səfər Mehdiyev Komitədə öz avtoritetini qurmaqla kifayətlənməyib, qurum daxilində şəxsi komandasınını da yaratmağa nail olub...

İslahat görüntüsü arxasındakı reallıq

2018-ci ildə Prezident tərəfindən DGK sədri təyin olunandan sonra Mehdiyev ilk açıqlamasında belə demişdi: “Gömrük sistemində şəffaflıq təmin olunacaq, rüşvətə yer olmayacaq”.

Amma bu vədlər sonrakı illərdə sosial şəbəkələrdə və mediada satirik formada tez-tez xatırlanacaqdı. Çünki reallıq tam fərqli idi – gömrük sistemində rüşvət mexanizmləri daha da sistemləşdirilmişdi. Sahibkarlar gömrük keçid məntəqələrində sonsuz “gizli tariflər” və qeyri-rəsmi ödənişlərlə üzləşirdilər. Dövlət Gömrük Komitəsinin gəlirlərinin artmasına baxmayaraq, bu artım idxal edilən real mal həcmi ilə uzlaşmırdı. Yəni, dövlət büdcəsindən milyonlarla manat vəsait yayındırılırdı...

 

Mehdiyev isə medianı aktiv şəkildə yönləndirir, islahatçı imicini yaratmağa və qorumağa çalışırdı. Çıxışlarında rəqəmlərlə manipulyasiyalar edir, gömrükdə “dönüş yaratdıqlarını” iddia edirdi. Halbuki sahibkarlar üçün gömrük keçid məntəqələri daha çox rüşvət qapısı, yük daşıyıcıları üçünsə “əlavə xərclərin mənbəyi” idi.

DGK-da Mehdiyevin təyin etdiyi kadrların əksəriyyəti özünün doğulduğu regiondan, hətta həmin kənddən idi və onlara mühüm vəzifələr etibar olunurdu. Bu təyinatların “qapalı bir sistem” qurmaq məqsədi daşıdığı iddia edilirdi. Bu baxımdam sadiqlik və sədaqətin peşəkarlıqdan önəmli olduöu bildirilirdi.

Səfər Mehdiyevin dövründə gömrük sistemində davam edən problemlər təkcə sosial şəbəkələrdə deyil, hüquq-mühafizə orqanlarının əməliyyatlarında da öz əksini tapdı. Sahibkarların şikayətləri bəzi gömrük prosedurlarının daha da mürəkkəbləşməsi, əlavə gizli haqların tələb olunması, vəsaitlərin yayındırılması və rüşvət sisteminin genişlənməsi barədə idi.

İqtisadi tədqiqatlar göstərir ki, o dövrdə gömrük rüsumlarından dövlət büdcəsinə daxil olan gəlirlər artmasına baxmayaraq, bu artım ölkəyə idxal edilən malların həcmilə uyğun gəlmirdi. Bu isə Mehdiyevin xələfi Aydın Əliyevin dövründə genişlənən problemləri həll edə bilmədiyini göstərirdi.

Dövlət Təhlükəsizlik Xidmətinin 2022-ci ildə həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar da bunu təsdiqlədi. İrimiqyaslı həbslər DGK daxilindəki şəbəkənin Mehdiyevin dövründə də böyük korrupsiyaya əməliyatları həyata keçirdiyini, rüşvət və qaçaqmalçılığa şərait yaratdığını aşkara çıxardı. Bu əməliyyatlar ictimaiyyətdə həm böyük rezonans doğurdu, həm də struktur dəyişikliklərinin labüdlüyünü göstərdi. Bu kontekstdə Səfər Mehdiyevin islahatçı imici də tamamilə illüziya şəklini aldı.

Səfər Mehdiyev dövründə yaxınlarının biznes fəaliyyəti

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə rəhbər təyin olunması ilə eyni dövrdə onun yaxınlarının biznes fəaliyyəti də diqqət çəkməyə başladı. Bu bizneslərin əsasən gömrük sistemi ilə bağlı sektorlarla - idxal-ixrac, logistika, ticarət və “DutyFree” (gömrükdən azad zonalar) sahələrində fəaliyyət göstərməsi ciddi şübhələrə səbəb oldu.

Məlumdur ki, ölkəmizdə gömrük sistemi ilə bağlı şirkətlərə xüsusi imtiyazlar verilir. Belə ki, idxal-ixrac sahəsində işləyən şirkətlər gömrük rüsumları və prosedurlarının yumşaldılması, malların keçidinin sürətləndirilməsi, bəzi hallarda isə gömrük nəzarətindən qismən azad olunma hüququ qazana bilir. Bu cür imtiyazlar isə yalnız çox sıx əlaqələri olan şəxslərə və ya yüksək səviyyəli rəsmilərə yaxın adamlara verilir.

Səfər Mehdiyevin yaxınları məhz bu seqmentdə fəaliyyət göstərən “DutyFree.az”, “Vadi-4” kimi şirkətlər vasitəsilə böyük biznes şəbəkəsi qurmuşdular. Bu şirkətlər, təkcə gömrükdən azad ticarət zonalarında deyil, həmçinin idxal və logistika sahəsində də fəaliyyət göstərirdi. Məhz bu şirkətlər vasitəsilə rəsmi və qeyri-rəsmi şəkildə gömrük qanunlarının “yumşaldılması”, gömrük prosedurlarının manipulyasiyası həyata keçirilirdi.

Məlumatlara görə, “DutyFree.az” şirkəti gömrükdən azad zonalarda fəaliyyət göstərməklə yanaşı, gömrükdə malların saxlanılması və satışı sahəsində inhisarçı səlahiyyət əldə etmişdi. Bu isə sahibkarların həmin mallara çıxışını və rəqabət mühitini ciddi şəkildə məhdudlaşdırırdı. “Vadi-4” isə əsasən idxal-ixrac və logistika xidmətləri ilə məşğul olur, sahibkarlardan rəsmi sənədlərdə göstərilən qiymətlərdən kənar əlavə haqlar tələb edilirdi. Bu haqların böyük hissəsi isə məmurların cibinə gedirdi.

Bu isə həm də onu göstərir ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə yaxın çevrəsinə biznes şəbəkəsini gücləndirmək imkanı verib. Bu biznesin əsl sahibinin isə elə onun özü olduğu iddia edilir...

Gömrük Komitəsinin sədrliyindən getdikdən sonra da onun həmin dövrdə əldə etdiyi imkanlar hesabına yaratdığı biznesin başına keçdiyi bildirilir. Belə ki, Mehdiyevin hazırda inşaat, kənd təsərrüfatı, otelçilik və qida və logistika sektorunda geniş biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. Bu məqsədlə yaxınlarının adına çoxsaylı şirkərtlər yaratdığı bildirilir. məsələn, “APF Group” MMC bunlardan biri kimi gpstərilir. Şirkətə Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbərlik etsə də sahibinin Səfər Mehdiyev olduğ qeyd edilir. Şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlaması da Mehdiyevin əlaqələri ilə izah olunur. Necə deyərlər, məmur kimi “qazandığını” biznesmen kimi xərcləməyə başlayıb.

Nəhayət, şəxsi keyfiyyətlərinə gəlincə, S.Mehdiyevin Yol Patrul Xidməti əməkdaşı ilə dialoqunu əks etdirən məşhur videogörüntülər onun da “islahatçı məmur” imicindən nə qədər uzaq olduğunu, daha çox “harınlamış məmur” təbəqəsinə yaxın olduğunu göstərdi. Özünün bahalı, lyuks avtomobilindən düşərək, onu saxlayan polis əməkdaşını aşağılayan, özünü ”general Mehdiyev” kimi təqdim edən, sonra da maşınına oturub yoluna davam edən gömrük rəisi bir daha Azərbaycanda məmur mədəniyyətinin səviyyəsini göstərmiş, yekəxana məmurların qanuna, hüquqa saymaz münasibətinin, həmçinin, ölkəmizdə “qanun hamı üçün eynidir” tezisinin nə qədər deqradasiyaya uğradığını və gülünc forma aldığını isbatlamışdı...

Bir sözlə, Səfər Mehdiyevin rəhbərliyi dövründə də gömrük sistemindəki korrupsiya və rüşvətlə bağlı problemlərin həll olunmaması ölkə iqtisadiyyatına ciddi zərər vurdu. Bu, sahibkarların, xarici investorların ölkəyə investisiya qoymaqdan çəkindirən ən mühüm faktorlardan biri oldu.

Bu situasiyanın dəyişməsi üçün həm qanunvericilik səviyyəsində islahatlar, həm də rəhbərlikdə ciddi dəyişikliklər zəruri idi. Səfər Mehdiyevdən sonra da davam edən bu “sistemin” dəyişməsi, gömrükdə hamı üçün bərabər imkanların yaradılması və “yad sahibkarlara” qarşı düşmən münasibətin aradan qaldırılması öz aktuallığını qoruyur...

“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru