Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                 

BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Tarix: 3-02-2025, 06:28 | Çap et
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər...
Azərbaycanda bölgələrdə idmançılara qarşı münasibət getdikcə pisləşir. Bu vəziyyət, xüsusilə Təhsil Nazirliyinin balansında olan idman məktəblərində, Cəmiyyətlərdə və onlara göstərilən münasibətdə özünü açıq şəkildə biruzə verir. Rayon və Regional Təhsil İdarələrinin balansında olan idman məktəblərinin idmançıları, demək olar ki, baxımsız vəziyyətdədir. Onların yarışlara göndərilməsi isə ciddi problemlərlə müşayiət olunur.

Bizimxeber.az-a daxil olan məlumata görə, Şirvan-Salyan Regional Təhsil İdarəsi və onun rəhbərliyi, tabeçiliyində olan rayonların idmançılarına normal diqqət ayırmır, idmançılar lazımi avadanlıqlarla təmin edilmir, hətta Respublika səviyyəli yarışlarda iştirakları təmin edə bilmir.

Bu vəziyyət, gənc və məktəbli idmançıların gələcəyini sual altında qoyur. Çünki, yarışlar idmançıların necə deyərlər, imtahanıdır.

Redaksiyaya daxil olan məlumata əsasən, bu ilin fevralın 4-də, iki gün sonra Bakıda keçiriləcək yeniyetmə boksçular arasında Respublika Birinciliyinə bütün rayonlardan idmançılar qatılmalıdır. Bu yarışda ən güclü idmançılar seçilərək Azərbaycanı beynəlxalq idman arenasında təmsil etməlidir. Lakin Şirvan-Salyan Regional Təhsil İdarəsinin balansında olan məktəblərin idmançıları bu yarışlardan kənarda qalıb. Bildirilir ki, idmançılar son günə kimi cavab gözləsələr də, onlara heç bir cavab verilməyib.

Daha doğrusu, qəribə vəziyyət yaranıb. Qurumlar maliyyə vəsaitinin ayrılmasını bir-birinin üzərinə atmış kimi görünür və nəticədə əziyyəti idmançılar çəkir, yarışlardan qalırlar.

Rayonlarda həm Təhsil həm də idman nazirliyinin balansında olan məktəblər fəaliyyət göstərir. Yarışlar zamanı yarışın təşkilatçısının kimliyi əsas götürülərək, maliyyənin də o qurum tərəfindən ödənilməsi əsas gətirilir.

Hazırda eyni vəziyyət yaranıb. İdmançıların əməyini heçə sayaraq, onları yarışlara göndərmək üçün dövlət tərəfindən ayrılan vəsaiti belə onlardan əsirgəyirlər. İdarə, bölgədəki idman məktəblərinin yarışa qatılmaq üçün göndərdiyi müraciətləri ya cavablandırmır, ya da cavablar açıq şəkildə laqeyd olur.

Nəticədə, rayon idmançıları yarışlara göndərilmir. İdman məktəblərinin rəhbərləri, məşqçilər isə, "yarışa getmək istəyirsinizsə, öz cibinizdən, ya da valideynlərinizin pulu ilə gedin" kimi cavablarla qarşılaşırlar.

Şirvan-Salyan Regional Təhsil İdarəsi, paytaxtda keçiriləcək Respublika Birinciliyinə hazırlaşan Neftçala, Salyan və Şirvandan olan idmançılarını bu yarışa göndərmək üçün heç bir tədbir görmür. "Mənim yarışım deyil" deməklə kifayətlənir və maliyyə ayırılmır. Nəticədə, Neftçaladan olan idmançılar 2 gün sonra keçiriləcək yarışda iştirak etmək üçün maliyyə axtarır.

Müraciətlər cavabsız qalır, maliyyə vəsaiti ayrılmır.

Eyni zamanda Neftçala rayonu Gənclər və İdman İdarəsi də yaranmış vəziyyətə laqeyd münasibət göstərir. İdarənin rəisi Araz Əhmədovdur. Yarış İdman nazirliyinin təşkilatçılığı ilə keçirildiyi üçün bu idarə tərəfindən idmançılara dəstək verilməlidir. Amma təəssüflər olsun ki, Neftçala rayonu Gənclər və İdman İdarəsinin rəhbərliyi rayondan kimlərin yarışa gedəcəyini, daha güclünün iştirakını təmin etmək istəmir.

Qeyd edək ki, yarışlarda iştirak etmək üçün hər bir idmançıya 120 manat ayrılmalıdır. Bu məbləğə yol xərci, otel pulu, yemək-içmək və digər gündəlik xərclər daxildir. Bu pul olmadığı halda, idmançılar yarışa da qatıla bilmir.

Bundan əlavə, idmançılar avadanlıqla təmin edilmir və idman zalları da bərbad vəziyyətdədir. Bu məsələlərə dair daha ətraflı məlumatlar növbəti yazılarda veriləcək. Görünən odur ki, "öz cibinizdən və ya valideynlərin pulu ilə gedin" deyənlər, sonradan bu səfərləri sənədləşdirərək "bu qədər idmançı apardıq" kimi məlumatlar təqdim edərək büdcə vəsaitini mənimsəməli olurlar.

Bu cür halların ilk olmadığı ehtimal edilir və Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə Neftçala rayonu Gənclər və İdman İdarəsinin fəaliyyətinin ciddi şəkildə araşdırılması, idmançıların hüquqlarının pozulmasının önlənməsi vacibdir.

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmruallayevin, gənclər və idman naziri Fərid Qayıbovun diqqətinə çatdırırıq ki, bu məsələlər araşdırılmalı və xüsusilə, gənc, yeniyetmə idmançılara qarşı bu cür münasibət göstərən şəxslər cəzalandırılmalıdır. Bu məsələnin həlli üçün aidiyyatı qurumlar qarşısında müvafiq tədbirlər görülməlidir.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbəri Vüqar Dadaşov, Neftçala rayonu Gənclər və İdman İdarəsinin rəisi isə Araz Əhmədovdur.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Dünən, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Dünən, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Dünən, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Dünən, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Dünən, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Dünən, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Dünən, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Dünən, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Dünən, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Dünən, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Dünən, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Dünən, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Dünən, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Dünən, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Dünən, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Dünən, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Dünən, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru