“Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                     AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb .....                     Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır .....                     DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                 

CƏLİLABADDA “KREDİT DƏLƏDUZU” ƏHALİNİ TALAYIR
Tarix: 10-11-2012, 12:11 | Çap et
CƏLİLABADDA “KREDİT DƏLƏDUZU” ƏHALİNİ TALAYIR
10 MİNLƏRLƏ MANAT PULU “ATAN” ŞƏXSİ KİMLƏR HİMAYƏ ETMƏKDƏDİR?

DİA.AZ: - Cəlilabad rayonu Xanagah kəndinin sakini, hazırda Qarazəncir kəndində yaşayan Əliağa Musayev bu günlərdə redaksiyamıza maraqlı bir məktubla müraciət edib. O, DİA.AZ-a ünvanladığı məktubda yazır:

“Cəlilabad rayonunun ən ucqar kəndlərindən biri də Xanagahdır. Bu ərazi vahidi Təzəkənd, Pərdi və Sarıçeşmə kəndlərini əhatə edir. Bu kənddə Hüseynov Rasəddin Qulam oğlu adlı bir şəxs yaşayır. Bu adamın işi-gücü müxtəlif adlarla əhalini aldadıb, onların adına kredit götürmək, sonra aradan çıxmaqdır.

Xatırladım ki, Rasəddin Hüseynov Sovet dövründə “selpoda”, kənddəki mağazalara rəhbərlik edən ticarət idarəsində mühasib işləyirdi. O vaxtkı pulla ayağına 78 min manat pul gəldi. Əhali onun çıxılmaz vəziyyətini görüb, ona kömək etdi, qapı-qapı düşüb pul yığaraq Rasəddini həbsdən xilas etdilər. İndi bu Rasəddin onu vaxtı ilə xilas edənlərə zülm edir. Adamların etimadından istifadə edərək “Finka” və “Aksiz Bank”dan onların adına pul götürür və vəd edir ki, siz narahat olmayın, sadəcə müvafiq kağızlara imza edib, pulu mən özüm aybaay ödəyəcəyəm. Əsas bəhanəsi də odur ki, qızım üçün mebel götürmüşəm, pulunu ödəyə bilmirəm.

Konkret olaraq öz başıma gələnləri sizə çatdırmaq istəyirəm. Bir neçə ay öncə qardaşım Rusiyadan gəlmişdi. Evimi bərbad vəziyyətdə görüb mənə 14 min manat pul verdi və dedi ki, özünə babat bir ev tik. Bunu haradansa eşidən Rasəddin bizə gəlib yalvar-yaxar etdi ki, bankdan qrup halında pul götürmüşük. Həmin pulu sabah ödəməliyik ki, qarşılığında 2 gün sonra həmin puldan da artığını götürə bilək. Qısası, dəfələrlə yalvar-yaxarla xahiş etdi ki, ona 2 günlüyə 6 min 200 manat pul verim. Mən bir az tərəddüd etsəm də, sonra razılaşdım. İndi həmin 2 gün olub 3 ay, amma nə pulu ala bilirəm, nə Rasəddini tapa bilirəm. Çox xahiş-minnətdən sonra çıxılmaz vəziyyətimi görüb, onun qohumları kənd ərazi nümayəndəsinin təkidi ilə pulun təxminən yarısını ödədilər. Lakin pulun qalanını almaq üçün Rasəddini tapmaq olmur.

Sonradan məlum oldu ki, aldanan tək mən deyilmişəm. O, kiminin inamından, kiminin kasıbçılığından istifadə edərək, kimlərisə şirnikləndirərək onlarla adamı aldadıb.

Birinə deyir ki, sabah öhdəmdə olan qrupun pulunu bağlayacağam. Buna görə 2 günlük təcili pul lazımdır ki, bu qrupu bağlayıb, sonra o biri qrupun adına pul götürüm. Bununla da borcumu qaytaracağam. Başqa birinə deyir ki, qızıma mebel alıram. Sən sənədi ver, pulu sənin adına götürüm, amma ödənişi özüm edəcəyəm.

Rayonun Pərdi kəndində Quliyev Azər Allahaman oğlu adlı şəxs var. Özü də, uşaqları da ağır xəstədir və əlliliyə görə təqaüd alırlar. Rasəddin yaxın qohumu, xalası əri İslam Cəfərovla (Təzəkənd məktəbinin direktoru) həmin Azəri aparıblar “Aksiz Bank”a. Məktəb direktoru İslam Cəfərov da qohumuna zamin duraraq Azəri inandırıb ki, bu şəxs qızına toy edir. Qoy sənin adına 2 min manat pul götürək, amma hər ay pulu özümüz ödəyəcəyik. Amma 7 aydır ki, həmin əlil Azər almadığı, lakin imza atdığı pula görə hər ay ödəmələr etməyə məcbur olub. Bu azmış kimi Rasəddin Azərin 300 manat dəyərində olan iki baş qoyununu 1-2 günə pulunu verəcəyi vədi ilə ondan almış, sonra pulu verməmişdi. Hələ üstəlik Rasəddin öz xalası oğlu ilə həyətlərində həmin qoyunların ətindən kabab çəkib Azərə də verərək: “Utanma, öz malın kimi ye”, - deyə ələ salmışlar. Ən acınacaqlısı isə ali təhsilli müəllim, məktəb direktoru İslam Cəfərovun Rasəddinin dələduzluq hərəkətlərinə şərait yaratmasıdır.

Rasəddin Hüseynov Azər Quliyevin qardaşı Ələddin Quliyevin də adına “FinkaBank”dan 1000 manat götürüb. Özünə isə 300 manat verib. İndi Ələddin 7 aydır ki, pulu özü ödəməli olur.

Saxtakarlıqlar bununla da bitmir. Rasəddin Hüseynov elə həmin Pərdi kəndinin sakini Mirheydərdən, onun mərhum qardaşının ailəsindən, Oqtay adlı şəxsdən, eləcə də digər bir neçə nəfərdən müxtəlif miqdarda pul götürüb. Hətta bəzilərinin almadığı pulunun üstünə vaxtında ödəmədiklərinə görə cərimə də gəlib.

Xanagah kəndində Qarabirçək Hətəm qızının da (tənha qadın, 2 uşaq anası) adına 1500 manat götürüb. Bu pulun 500 manatını həmin qadına verib, 1000 manatın isə özünə götürüb və deyib ki, hər ay bankla özüm hesablaşacağam. İndi həmin qadın məcburən banka almadığı pulu ödəyir.

Həmçinin, mənə çatan məlumata görə, Telman Səmədov adlı şəxsin adından da bankdan 1500 manat çıxarıb, onun özünə isə 500 manat verib.

Təxmini hesablamalara görə, bu adam onlarla şəxsin adından banklardan 10 min manatdan artıq pul çıxarıb.

Lakin təəssüf ki, bu iş lazımınca araşdırılmır. Bu gün də bəzi bankların xüsusi dəllalları var ki, müxtəlif yollarla insanları tora salır, aldadır, onları əlacsız vəziyyətə gətirir, sonra da aradan çıxırlar.

Bu məktubu yazmaqda da birinci məqsədim hüquq mühafizə orqanlarının, digər əlaqədar təşkilatların diqqətini bu rüsvayçılığa cəlb etmək, ikinci məqsədim isə əhalini məlumatlandırmaqdır ki, fırıldaqçıların toruna düşüb, kredit saxtakarlığının qurbanı olmasınlar.”

Məktubda ziyan çəkən, eləcə də ziyanvuran şəxs kimi adı hallanan şəxslərin də mövqeyini qəzetdə işıqlandırmağa hazırdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Bu gün, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Bu gün, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Bu gün, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Bu gün, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Bu gün, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Bu gün, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Bu gün, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Bu gün, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Bu gün, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Bu gün, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Bu gün, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Bu gün, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Bu gün, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru