Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır .....                     "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" .....                     Azərbaycanda kirayə haqqı 3,9%, .....                     Təhsil sisteminin KOLLEC BAZARI... .....                     Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir .....                     Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə .....                     Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... .....                     Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                     Moskvaya son iki ilin ən böyük dron hücumu olub .....                     Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... .....                     Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: .....                     Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı .....                     Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır .....                     “Sabah” qələbəyə görə nə qədər qazanıb? .....                     Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik .....                     Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi .....                     Nazir müavininə yeni köməkçi təyin olundu .....                     Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib .....                     "Med Kredit" ləğv olunur .....                     Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş .....                     İran müxalifətlə danışıqlara başladı .....                     Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” .....                     “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, .....                     AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi .....                     “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” .....                     “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi .....                     "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." .....                     AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... .....                     Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? .....                     Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ .....                     Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: .....                     "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." .....                     Azərbaycan nefti 128 dollar civarında ticarət olunur .....                     Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib .....                     Azərbaycan-Laos münasibətləri inkişafdadır .....                     İcra Hakimiyyətində yeni təyinatlar .....                     Dövlət qurumlarının saytlarına kiberhücum olub .....                     Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar .....                 

"SƏNİ NELSON MANDELLA ETMƏK İSTƏYƏNLƏRİ BAĞIŞLAMAYACAM"
Tarix: 18-02-2013, 12:03 | Çap et
"SƏNİ NELSON MANDELLA ETMƏK İSTƏYƏNLƏRİ BAĞIŞLAMAYACAM"
FAZİL MUSTAFA CAVAB VERDİ

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa həbsdə olan REAL sədri İlqar Məmmədovun həbsxanadan göndərdiyi ismarışa cavab verib. Musavat.com-un məlumatına görə, Fazil Mustafa İlqar Məmmədovun sözlərinə özünün Facebook səhifəsində münasibət bildirib

“Mən Nelson Mandela deyiləm…”. Bəs mən nə deyirdim? Sən Nelson Mandela deyilsən. Nelson Mandela şəxsiyyət idi. Nelson Mandela deyilsənsə, demək şəxsiyyət də deyilsən. Nelson Mandela prinsip adamıydı. Nelson Mandela deyilsənsə, demək prinsip adamı da deyilsən. Nelson Mandela idealist idi. Heç şübhəsiz sən idealist də deyilsən. O, 28 il oturmuşdu, bir dəfə də olsun özünün cumhuriyyətə bərabər bir dəyər olduğunu dilə gətirmədi, sən həbsdə 28 gün oturmamısan, özünü cumhuriyyətə bərabər dəyər olaraq təqdim etdin. İndi mən Nelson Mandela olmayanı necə müdafiə edim?

Mən bunu, sadəcə həbsdə oturan birisi haqqında yazmıram. Allah kimsəyə həbsxana həyatı qismət etməsin, o cümlədən də İlqar Məmmədova. Hətta həbsdə olmasının da əsaslılığı barədə bir söz söyləməmişəm. Sadəcə bildirmişəm ki, adam bütün deputatları təhqir etmiş və üzr istəməmiş. Sadəcə bəzi deputatların onu müdafiə etməsinin məntiqli olmadığını söyləmişəm. Məsələn, Əkrəm Əylisli də şəxsən məni söyməmiş, Azərbaycan xalqını aşağılamış, eyni məntiqlə gərək biz, onu da müdafiə edək.

Bu yazı ümumi bir münsibətimdir Nelson Mandela ola bilməyənlərə. Xalq hərəkatı başlarkən cəbhədə olan KQB-nin qışqırıqçıları, avantüristləri hamıdan çox söyürdülər, təhqir edirdilər Mütəllibov hakimiyyətini. Barışmaz qəhrəmanlara çevrilmişdilər. Əbülfəz bəy başda olmaqla yüzlərlə təmiz niyyətli cəbhəçi mədəni siyasi üslubdan kənara çıxmadılar, səmimi mübarizələrini apardılar. Hakimiyyətə gələnə qədər arxayın addımlar atan bu avantüristlər daha cəsur obrazları ilə üstünlük qazandılar və strateji postlarda vazkeçilməz oldular. Rüşvəti də onlar aldılar, Xalq Cəbhəsinə hörmətsizliyi də onlar gətirdilər. Hakimiyyətin devrilməsi zamanı əksəriyyətinin kimliyi az-çox bəlli oldu. Nə olsun? Hakimiyyətin devrilməsinin bədəlini o səmimi, mədəni cəbhəçilər, müsavatçılar ödəməli oldular.

Bu gün klassik KQB yoxdur. Onun əvəzinə CİA var. Yenə də səmimi mübarizə aparanlar mədəni üslubdan kənara çıxmır. Arxasında cəmiyyətin dəstəyi olanlar, siyasi mübarizə təcrübəsi olanlar, Avropa Şurasından, ATƏT-dən, səfirliklərdən təminatı olmayanlar daha ehtiyatlı və ardıcıl öz prinsipləri üçün mübarizəni aparırlar. Həbsxanada da daha uzun müddət yatırlar, ancaq özlərinə nəinki cumhuriyyətlə, heç Rəsulzadə ilə, Elçibəylə bərabər dəyər olaraq qiymət vermirlər. Sanki biriləri daha cəsur görünərək, hakimiyyətə istədiyi ölçüdə təhqirlər yağdıraraq gələcək situasiya üçün bir addım öndə görünməyə çalışırlar... Ancaq arada bir sual edin ki, adam təkcə hakimiyyəti söymür, İsa Qəmbəri də, Rəsul Quliyevi də, başqalarını da söyür. Prinsipcə onsuzda zəifləmiş müxalifət cinahında bir-birinə dayaq olmaq əvəzinə, bir-birini qəfildən düşməncəsinə söyməyə başlayırlarsa, bəlkə bunu yalnız emosiyalarla əlaqələndirməyəsiniz.

Mən, Azərbaycanın gələcəyində tərbiyəsizlərin, avantürüstlərin üzərimizə çıxmaması üçün İlqar Məmmədovu müdafiə etmirəm. Mən gələcəyimizdə vətəni canı ilə qorumuş, səmimi mübarizə yolçularının həbsxanada olmayacağı, sayğı görəcəyi bir cəmiyyət qurulması üçün Tofiq Yaqublunu müdafiə edirəm.

Sən, məni bağışlamayacağını söyləyirsən. Bu, əlbəttə, sənin haqqındır. Ancaq mən səni bağışlayıram. Çünki, sən, Nelson Mandela deyilsən. Heç uzun bayrağını səmimiyyətlə sevən Elman Türkoğlu da deyilsən. Sadəcə 90-cı illərin avantüristlərinin yeni libasda peyda olan prototipisən. Mən isə 90-cı illərin Azərbaycan idealını bir daha avantüristlərin öhdəsinə buraxmaq istəməyənlərin yeni vizyonla çıxış edən təmsilçisiyəm.

Ancaq “Həbsxana tamaşası” oynayaraq səni Nelson Mandela etmək istəyənləri heç cür bağışlamayacağam.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
• Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42
• Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
• Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57
• Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54
• "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru