"BİNƏ" VƏ "SƏDƏRƏK" TM-LƏRİ BAĞLANIR
Tarix: 20-05-2013, 14:58 | Çap et
“Binə” və “Sədərək” ticarət mərkəzləri bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, bu ilin yanvarında “Binə”də baş verən aksiyadan sonra sahibkarlar ticarət mərkəzlərini kütləvi şəkildə tərk edirlər. Rəhbərliyin icarə haqqını qaldırmasından sonra artıq hər iki bazarda yüzlərlə ticarətçi bazarı tərk edib. Halbuki, əvvəllər sahibkarlar ticarət mərkəzində icarəyə götürmək üçün yer tapa bilmirdilər. İndi isə vəziyyət 180 dərəcə dəyişib. Bir-iki il öncə obyektlərini icarəyə verməklə qaz-vurub qazan dolduran sahibkarlar indi kütləvi şəkildə oranı tərk edirlər. İndi bazara gedən sadə vətəndaşlar da müşahidə edə bilər ki, hər addımbaşı ticarət obyektlərinin üstünə “arendaya” verilir sözü qeyd olunub.
Bazarda tacirlər bunu əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edirlər. Bundan başqa məsələnin kökündə duran amillərdən biri də şəhərdə geyim dükanlarının sayının artmasıdır. Çünki haradasa 10 il əvvəl paytaxtda geyim dükanları bu qədər çox deyildi. Amma indi hər 5 metrdən bir pal-paltar mağazalarına rast gəlmək olur. Yəni “Binə” və “Sədərək” ticarət mərkəzləri əhalinin paltar alması üçün getdiyi yer idi. İndi isə buna ehtiyac yoxdur. Bakı sakini yaşadığı evin 2 metrliyindən “Binə” və “Sədərək” bazarında olan qiymətlə fərqlənməyəcək paltarı ala bilir. Üstəlik bura insanların daha Çin istehsalından qaçmasını da əlavə etsək adlarını çəkdiyimiz ticarət mərkəzlərinin vəziyyətini təsəvvür etmək çətin olmaz.
Başqa bir məqam isə ondan ibarətdir ki, bundan əvvəl qonşu Gürcüstan və Rusiya bazarları “Binə” və “Sədərək” ticarət mərkəzlərindən aparılan geyim məhsullarının hesabına fəaliyyət göstərirdi. İndi isə demək olar ki, həmin ölkələrdən bu bazarlara gələnlər barmaqla saymaq olar. Göründüyü kimi indi hər iki ticarət mərkəzində vəziyyət tamam başqa cürdür. Yəni sahibkarın satışdan əldə etdiyi gəlir günlük lazım olan xərci ödəməyə yetmir. Belə ki, ticarət mərkəzinin rəhbərliyi tərəfindən yer haqqının artırılması, əlavə vergilərin tətbiqi sahibkarları bazardan qaçırmağa məcbur edir. Məsələ ilə bağlı Ticarət Mərkəzləri ilə əlaqə saxladıq. “Binə”dən cavab ala bilməsək də, “Sədərək” Ticarət Mərkəzindən bu faktları təkzib etdilər.
“Heç kim ticarət mərkəzini tərk etmir. Yalan məlumatdır. Əksinə yeni dükanlar tikilir. İnformasiya düz olsaydı, heç bu qədər dükanın tikilməsinə nə ehtiyac var idi? Bundan əlavə 1500 dükanlıq şirniyyat platforması tikilir. Sahibkarlar nəinki buranı tərk edirlər, əksinə “arenda”ya verə bilmirlər”. Hər iki ticarət mərkəzindəki olayları mütəmadi izlədiyini söyləyən iqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, sahibkarlara qoyulan haqlar nəticəsində ticarət dövriyyəsinin aşağı düşməsi səbəbindən tacirlər fürsət düşən kimi oranı tərk etmək istəyirlər. Onun sözlərinə görə, bu proses “Binə” ətrafında baş verən məlum olaylardan sonra başladı:
“Bütün aksiyalara baxmayaraq ticarət mərkəzinin rəhbərliyi arzusuna çatdı. Yəni haqları qaldırdılar. Sahibkarların tək vergi xərcləri artmadı. Onlara elektrik enerjisi ilə bağlı da əlavə xərc qoydular. Dövlət elektrik enerjisi tarifini 6 qəpik hesablayıbsa, ticarət mərkəzində enerji sərfiyyatını daha yüksək tariflə hesablayırlar. Hətta oranın sahibləri elektrik tariflərini belə yüksək qoymaqla da əlavə gəlir əldə edirlər. Əslində hakimiyyətin də marağında olmalıdır ki, həmin ticarət mərkəzləri bağlanmasın. Çünki paytaxtdan kifayət qədər uzaqda, əlverişli məkandadır. Bu cür ticarət mərkəzlərinin Bakı kimi meqapolislərdə olması çox məqsədəuyğundur. Bu baxımdan “Binə” və “Sədərək” ticarət mərkəzlərinin bağlanması çox ciddi problemlər yarada bilər. Çox çalışdım ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki olaylarla bağlı nə isə tapım. Amma kələfin ucunu tapa bilmədim. Amma bir məlumat var ki, üzdə olan sahibkarları dəyişmək istəyirlər”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
|