BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                 

Sahil Babayevin "çarıqlı milyoneri": Fəhlənin adına şirkət açıb və... - İLGİNC FAKTLAR
Tarix: 14-10-2021, 10:18 | Çap et
Sahil Babayevin "çarıqlı milyoneri": Fəhlənin adına şirkət açıb və...
Vaxtilə bu texnologiyadan keçmiş Əmlak Komitəsinin sədri Kərəm Həsənov istifadə etmişdi. Bakıda iki böyük zavodun səhmləri Lerikdən olan bir fəhlənin adına rəsmiləşdirilmişdi. Məlum olmuşdu ki, Gəray Məmmədov adlı "çarıqlı milyoner", bu lerikli fəhlə paytaxtın "Şanxay" adlı ərazisində gecəqonduda yaşayır, özü isə iki zavodun 80 faiz səhminə sahib olmasından bixəbərdir. Demə, Kərəmov bu əli qabar olmuş fəhlənin adına sənədləşdirməklə ona heç qara qəpik də verməyib. İndisə məlum olur ki, eyni yolu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təkrarlayır. Vəzifəyə gəldiyi tarixdən ən çox şikayət və narazılıq olan nazir Babayev K. Həsənov kimi fəhlənin adına şirkət təsis edib. Həmin fəhlə isə nazirin kabinetində təmir işləri görüb. Anaxeber.info bu barədə məlumat verir ki, həmin fəhlənin Elvin Ramazanov olduğu üzə çıxıb. Fəhlənin haqqını kəsən, əlilin pensiyasını kəsən, qazini intihara çatdıran, kütləvi narazılıq yaradan S. Babayevin bir fəhlənin adından istifadə edərək Vətən müharibəsi zamanı şirkət yaradıb Çindən mallar sifariş verib. Hadisə belə vaqeə olub: müharibənin ən qızğın vaxtında, ard-arda şəhid xəbərləri gələndə, camaat övladının boğazından 20-30 manat kəsib cəbhəyə yardım göndərəndə, Türkiyə diplomatik, siyasi, hərbi istiqamətlərdə tam olaraq Azərbaycanın yanında olanda, nazir Sahil Babayev daha çox pul qazanmaq üçün qardaş ölkənin şirkətlərindən imtina edərək, nədənsə Çindən sifarişlər verirmiş. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Özünüməşğulluq proqramı çərçivəsində 2019-da Türkiyədən “Ayzak Mizrak” sifariş edirmiş. Biri zavodda 2600 dollara olsa da, “Aznest" QSC bunu nazirliyə 4735 dollara satırmış. Fərq: 2135 dollardır. 2020-ci ilin oktyabrında, müharibənin qızğın vaxtında “Aznest" QSC həmin avadanlığa oxşar, amma imkanları daha az olan, uyğunluq sertifikatı olmayan avadanlığı Çindən 1200 dollara alıb, nazirliyə isə 4517 dollara satılıb. Fərq: 3317 dollar... Bu proqram çərçivəsində 2019-cu ildə 11 milyonluq türk malının 9 milyon manata qədəri Çinə transfer edilib. 2018-ci ildə Sahil Babayev nazir təyin olunandan bu proqram çərçivəsində bağlanan 7 müqavilənin hamısı, 4-ü isə tendersiz məhz bu QSC ilə bağlanıb. İctimai fəal Bəxtiyar Hacıyev belə yazıb. Aydın olur ki, Sahil Babayev nazir təyin olunandan 2 ay sonra təsis olunan bu QSC-nın təsisçisi KİV-də Elvin Ramazanov olaraq yayılıb. Tanıyanlar onun Sahil Babayevin kabinetini təmir edən fəhlə olduğunu bildirirlər. Nazirliyə tabe olan Dövlət Məşğulluq Agentliyi 2019-da “Aznest” QSC və “Agri KON” QSC-yə 16 milyon manatlıq bir dəfə, 34 milyon manatlıq da bir dəfə satınalma edib. Nə “təsadüf”! Hər iki QSC eyni gündə yaradılıblarmış!28.06.2018 – nazir təyin olunandan 2 ay sonra. Qiymət təxminən eyni gəlirsə, uyğunluq sertifikatı varsa, nazirin kabinetində fəhlə işləyən adama məxsus olduğu deyilən şirkətə on milyonlarla manatlıq tenderlər verilirsə, malları niyə Türkiyədən yox, Çindən aldıqlarını nazirlik açıqlaya bilərmi? Bundan əlavə, fəhlənin şirkəti necə ola bilib? Bəlkə şirkət elə nazirə aiddir, Babayev onun adına yaradıb?! Görünür, Sahil Babayev “özünüməşğulluq” sözündəki “özünü” hissəsini yanlış anlayıb. Camaata 190 manatı düzgün bölüşdürə bilən sistem qura bilməyib, amma tenderlərdə yaxşı sistem qurulub. Yəqin onun kadrı “190 manatları bitirək, öz işimizə qayıdaq” deyəndə öz işləri kimi bunları nəzərdə tuturmuş. Amma təkcə 190 manat məsələsi deyil, nazir 190 min adamın pensiyasını kəsib. Bu, onların dolanışıq yeri idi, həmin vətəndaşların şirkətləri, QSC-ləri yoxdur. Parlamentdə Tahir Kərimli nazirin ünvanına ən yaxşı tənqidləri yağdırdı. Deputat dedi ki, səni ora təyin ediblər islahat aparasan, deməyiblər 190 min yetim-yesirin pensiyasını kəsib həm narazı salasan, həm gəlir mənbəyindən məhrum edəsən. Amma deyəsən, S.Babayev əhalinin sosial vəziyyətini heç dərk eləmir - bu bahalıqda, çətin zamanda insanları 200 manatdan da məhrum edir. Çünki ağzı isti yerdədir, şirkətləri Çindən mal vurur, ona görə xalqın güzəranı yadına düşmür, toxun acdan xəbəri olmazmış... Ümumiyyətlə, həmin QSC və fəhlə Ramazanov faktoru araşdırma predmetidir. Bu işdə korrupsiya şübhələri olub-olmaması da yoxlanılmalıdır. Özünü islahatçı nazir hesab edən Babayev belə işlərə girişibsə, onun reformist olması onda bizim kosmonavt olmağımız kimi bir işdir. Gələn məlumatlar da belə deməyə əsas verir ki, nazirdən total narazılıq olması, hətta parlamentdə bunun dilə gətirilməsi yuxarıların diqqətini çəkib. Ya Babayev fəaliyyətinə düzəliş etməli olacaq, ya da onunla haqq-hesab çəkiləcəyi istisna deyil. Bizsə sözügedən QSC və varlı fəhlə mövzusunda jurnalist tədqiqatını davam etdiririk.
//Anaxeber.info//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru