" “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY
Tarix: 6-05-2024, 11:57 | Çap et
“2014-cü ildən “Luxe Home” tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığında tikdilər. Sonradan keçdilər mənim evimin bir addımlığında ikinci binanı inşa etməyə. 2019-cu ildə mənimlə gəlib razılaşmadan, icazəmi almadan evimin 1 metrliyimdə 8 metr dərinliyində özül qazdılar. Mənim evim 3 mərtəbəlidir, üstü mansartlıdır. Bu evi o vaxt İcra Hakimiyyətinin və “Baksovet”-in sərəncamı ilə tikdirmişəm. Birinci evləri başladılar sökməyə, divarlarımı dağıdıb bərbad günə qoydular. Bizdə də evlər bir-birinə bitişik idi. Qonşunun divarını dağıdanda istər-istəməz mənim də evimin divarı zədələnirdi. Tikintinin səs-küyü evimizin içində idi. Səhər saat 6-dan axşam saat 6-ya qədər işləyirdilər. Axşamlar da beton gətirib tökürdülər. Nə gecəmiz var idi, nə də gündüzümüz. O binanı tikib qurtardılar. Bu biri tərəfində başladılar yenidən 8 metrlik özül qazıb, 2 mərtəbəli obyekt tikməyə. Heç bir icazələri falan yox idi. Mənim 3 tərəfdən bütün çıxışlarımı bağladılar. Bir qabağa çıxışım var. Nə divarlarımı təmir etməyə qoyurlar, nə də özləri edirlər. Dağıtdıqları evin görüntüsünü çəkib məhkəməyə verib deyirlər ki, “bu sakinin evi qəzalı vəziyyətdədir”. 2011-2012-ci illərdə tikdirdiyim evdir. Necə qəzalı ola bilər? Əraziyə gətirdikləri ekspertlərin hamısını rüşvətlə ələ alıblar, onlar da bunlar deyəni deyir” Bunu Moderator.az-açıqlamasında Cəlil Rəşidov deyib. Şikayətçi iddia edir ki, bir çox yerlərə müraciət etsə də hələ də probleminə baxan olmayıb.


 “Nəriman rayon məhkəməsi də onların diktəsi ilə qərar çıxarır. 4 il bundan olub məhkəmə. Nərimanov rayon məhkəməsi mənim 12 otaqlı 3 mərtəbəli evimə 3 otaqlı ev qərarı çıxardı. Apellyasiya məhkəməsinə müraciət etdim. O da göndərdi Məhkəmə Ekspertizası mərkəzinə. Ekspertiza mərkəzinin çıxardığı qərar onların xoşuna gəlmədi. Ərizələrini geri götürdülər ki, biz şikayətçi deyilik, imtina edirik, evi almırıq. Bundan sonra da mən onları məhkəməyə verdim. Apellyasiya Məhkəməsindəki hakim qərar çıxardı ki, şirkət imtina etdiyi üçün təkrarən onların bu mövzu ilə məhkəməyə müraciət etməyə ixtiyarı yoxdur. Yenidən Nərimanov rayon məhkəməsinə müraciət etdim. 1 il məhkəmə prossesi sürdü. Qarşı tərəf də iddia ərizəsi verdi. Hansı ki, onların ixtiyarı yox idi bu iddia ərizəsini versinlər və hakimin də ixtiyarı yox idi ki, buna baxsın. Hakim Nərgiz Tağıyeva mənim iddiamı ləğv edib, onların qanunsuz iddiasını saxladı. Onların satılmayan bir evləri var. 4 otağı ortadan bölüblər, 5 otaq ediblər. Üzr istəyirəm, nə ayaqyolusu var, nə “demaxod” u. Onu mənə təqdim etdilər, hakim də qərar çıxarıb. Ora da mən getmərəm. Apellyasiya məhkəməsinə vermişəm, o da uzana-uzana gedir. İndi ordan qurtarıblar. Mənə verdikləri 4 metrəlik yolun qarşısında, qapımdan 3-4 metrə aralıda yeni bina ucaldırlar. Eyni şirkətdir, sadəcə adını “Luxe Home inşaat” qoyublar. Digəri isə “Luxe Home” dir. Bu işlərin hamısı Şəhərsalma və Arxitektura komitəsinin sərəncamı ilə gedir. Əslində bu qurumun ixtiyarı yoxdur ki, insanlar ordan köçürülmədən sərəncam versin, amma veriblər. Hamısına müraciət etmişəm, heç bir xeyri də yoxdur. İndi düz başımızın üstündə ucaldırlar binanı. Qapıdan çıxmağa qorxuruq ki, başımıza nəsə düşər. Uşaqlar, böyüklər üçün təhlükəlidir. Nə setka vurublar, nə də bir şey. 2-3 dəfə yuxarıdan mismarlı taxtalar, armaturlar düşüb. Allah saxlayıb bizi. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin qaynar xəttinə zəng edib məlumat vermişəm. Heç kim gəlib maraqlanmır, heç nə də etmirlər. O tikdikləri 2 mərtəbəli obyektin üstünü də penoplastır adlı yanan materialla örtüblər. Hansı ki, 2015-ci ildə cənab prezident bunu qadağan etmişdi. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşları ümumiyyətlə bu tərəfə çevrilib baxmırlar ki, o adamın nə problemi var?! Şirkətin rəhbəri də, həmin şirkətin vəkili də deyir ki, “biz hamısının hörmətini etmişik, nə istəyirsiz edin, siz məğlub olacaqsız!”. Hamı köçüb, bir tək mən qalmışam. Qonşularda 1 mərtəbəli ev idi, evləri pis vəziyyətdə idi. Mənimlə prinsip edirlər. “Luxe Home” evimi təhlükə ilə üz-üzə qoyub, uçurdur. Çox xahiş edirəm aidiyyatı qurumlar bu məsələyə bir çarə qılsınlar” deyə şikayətçi bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42 |
|
|
|
| • "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38 |
|
|
|
| • Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33 |
|
|
|
| • "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25 |
|
|
|
| • Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04 |
|
|
|
| • Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56 |
|
|
|
| • Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51 |
|
|
|
| • Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46 |
|
|
|
| • Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41 |
|
|
|
| • “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01 |
|
|
|
| • Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59 |
|
|
|
| • LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33 |
|
|
|
| • Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31 |
|
|
|
| • “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24 |
|
|
|
| • Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16 |
|
|
|
| • Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14 |
|
|
|
| • Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08 |
|
|
|
| • Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04 |
|
|
|
| • “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21 |
|
|
|
| • "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16 |
|
|
|
| • Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00 |
|
|
|
| • Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54 |
|
|
|
| • Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51 |
|
|
|
| • “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48 |
|
|
|
| • Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44 |
|
|
|
| • Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38 |
|
|
|
| • Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35 |
|
|
|
| • Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31 |
|
|
|
| • Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28 |
|
|
|
| • Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26 |
|
|
|
| • Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22 |
|
|
|
| • Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19 |
|
|
|
| • Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17 |
|
|
|
| • SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Dünən, 16:41 |
|
|
|
| • Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Dünən, 16:37 |
|
|
|
| • YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Dünən, 16:32 |
|
|
|
| • Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Dünən, 16:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Dünən, 16:25 |
|
|
|
| • Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Dünən, 16:17 |
|
|
|
| • Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Dünən, 16:15 |
|
|
|
| • "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Dünən, 16:08 |
|
|
|
| • LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Dünən, 16:06 |
|
|
|
| • "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Dünən, 16:03 |
|
|
|
| • “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Dünən, 15:10 |
|
|
|
| • İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Dünən, 15:08 |
|
|
|
| • “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Dünən, 15:05 |
|
|
|
| • Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Dünən, 13:46 |
|
|
|
| • “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Dünən, 13:29 |
|
|
|
| • Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Dünən, 13:24 |
|
|
|
| • AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Dünən, 13:21 |
|
|
|
|