Belə getsə, Sumqayıt Azərbaycanın Las-Veqasına çevriləcək... - Gənclər şəhərində gizli qumarxanalar problemi...
Tarix: 19-03-2015, 12:34 | Çap et
 Etiraf etmək lazımdır ki, son vaxtlar ölkəmizdə, xüsusən də paytaxt Bakıda qeyri qanuni fəaliyyət göstərən totalizator və digər qumarxanalara qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir. Lakin təəssüflər olsun ki, bu tədbirlər hələ də gözlənilən nəticələri vermir. Qəzetimizin ötən saylarında biz bir neçə dəfə Bakı və Sumqayıtın müxtəlif rayonlarında kafe və çayxana adı altında qanunsuz fəaliyyət göstərən totalizator və digər qumarxanalar barədə materiallar dərc etmişik. Məlum olduğu kimi bu tip obyektlərdə futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir. Bəzi hallarda isə obyekt sahibləri bununla da kifayətlənməyərək müxtəlif kompüter proqramları vasitəsilə əsil qumar oyunlarını da təşkil edirlər. Dərc olunan materiallarda biz xüsusilə belə bir məqamı vurğulamışdıq ki, əvvələr aşkar olunmuş bir sıra qanunsuz totalizatorların sahiblərinə qarşı cinayət işləri başlansa da onların yerini tez bir zamanda yeniləri tuturlar. Belə təəssürat yaranır ki, aşkar olunan qumarxanaların sahibi kimi məsuliyyətə cəlb edilən şəxslər əslində heç də bu işin başında duran adamlar deyillər. Dərc etdiyimiz materiallarda biz hər dəfə belə bir fikri də xüsusi vurğulamışdıq ki, istənilən ictimai-iaşə obyekti yerləşdiyi rayonun müvafiq polis orqanlarının tam nəzarətində fəaliyyət göstərir. Deməli, əksər hallarda qeyri-qanuni totalizator və qumarxanalara da məhz həmin rayonun vəzifəli polis məmurlarının himayədarlıq etmələrini düşünmək məntiqə uyğundur. Yeri gəlmişkən bəzi qumarxana sahibləri bilavasitə himayəsində olduqları vəzifəli şəxslərin adını açıq-aşkar bəyan etməkdən belə çəkinmirlər. Buna misal olaraq Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində, Koroğlu prospektində yerləşən “Samovar” çay evinin sahibi Vüqar müəllimin dediklərini də nümunə göstərmək olar. Bu xüsusda məlumatları təqdim edən mənbə iddia edir ki, Vüqar müəllim hətta bir deyil, üç belə havadara malik olduğunu dəfələrlə bəyan edib. Onun sözlərinə görə “Samovar” çay evinin problemsiz işləməsi üçün Vüqar müəllim guya ki, hər ay Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Sahib Mirzəyevə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışan daha bir nəfərə “haqq” verir. Qeyd etmək lazımdır ki, “Samovar” çay evi nəinki gizlin fəaliyyət göstərən obyekt kimi təqdim oluna bilməz, əksinə onun reklam çağırışları açıq-aşkar yeni müştərilər cəlb etməkdədir. Belə ki, ““Samovar” çay evi” sözlərinin yazıldığı reklam lövhəsinin üzərində əlavə olaraq ““Çelsi” idman klubu” yazısının da mövcudluğu, burada qeyri-qanuni futbol totalizatorunun fəaliyyət göstərməsinə işarə edir. Qəribədir ki, əvvələr aşkar olunmuş bir sıra qanunsuz totalizatorların sahiblərinə qarşı cinayət işləri başlansa da onların yerini tez bir zamanda yeniləri tuturlar. Belə təəssürat yaranır ki, aşkar olunan qumarxanaların sahibi kimi məsuliyyətə cəlb edilən şəxslər əslində heç də bu işin başında duran adamlar deyillər. Necə deyərlər, kölgə iqtisadiyyatının əsil rəhbərləri elə kölgədəcə qalaraq və hər dəfə əlləri altında hazır saxladıqları növbəti qurbanlarını irəli verərək öz sərvətlərini artırmaqda davam edirlər. Bəs görəsən şəhərin hakimiyyət orqanları bu qanunsuzluğa niyə göz yumurlar? Ən azından Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizovdan bu məsələyə qarşı sərt tədbirlər gözləmək olardı. Lakin qumarxana hələ də fəaliyyətdədir. Görəsən nə vaxta qədər..? \\ bizimdovr.az \\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Dünən, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Dünən, 12:50 |
|
|
|
|