Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

Ermənistanın İran arzuları reallaşmır
Tarix: 12-10-2017, 08:59 | Çap et
Ermənistanın İran arzuları reallaşmır
Ermənistanın baş naziri Karen Karapetyanın İran səfəri erməni siyasi dairələrində və mətbuatda geniş müzakirələrə yol açıb. İrana ikigünlük səfəri zamanı baş nazir prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani və digər ölkə rəsmiləri ilə görüşüb. Amma ən vacib görüş neft naziri Bijan Zanganeh ilə olub. Görüşdə Ermənistanın İrandan qaz alması məsələsi müzakirə olunub, xüsusilə də "Qaz əvəzinə elektrik enerjisi”, "Mehri SES” və Ermənistan-İran-Türkmənistan üçtərəfli əməkdaşlıq proqramlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

İranın neft nazirin müavini Əmirhüseyin Zamaniniayinin sözlərinə görə, İran Türkmənistan qazının öz ərazisindən Ermənistana daşınmasını dəstəkləməyə hazır olduğunu bildirib. Bu ilin avqustunda bəlli oldu ki, Yerevanla Tehran İrandan alınan qazın 2,5 dəfə artırılmasını müzakirə edirlər. Amma yeni razılaşmaya görə, Ermənistan İrana bunun əvəzində elektrik enerjisi yox, pul ödəyəcək. Bununla belə, mənbə yazır ki, Ermənistan hazırda iki ölkədən - Rusiya və İrandan qaz alır və görünür, son vaxtlar İrandan idxal olunan qazın həcmi Rusiya qazının xeyrinə azaldılıb. Əgər 2012-ci ildə Ermənistanın qaza olan tələbatının 19,8 faizini İran verirdisə, bu rəqəm ötən il 16,6 faizə düşüb.

Erməni icması ilə görüşdə isə baş nazir soydaşlarını Ermənistan və İran arasında möhkəm körpü olmağa çağırıb. Soydaşlarını Ermənistanda layihələrə maliyyə ayırmağa çağıran baş nazir onları inandırmağa çalışıb ki, ölkədə ciddi iqtisadi inkişaf hiss olunur...

Lakin rəsmi Yerevanın İranla əsasən iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi barədə səsləndirdiyi bəyanatlar və cəmiyyətə yeritdiyi fikirlərin cəfəngiyat olduğunu elə ermənilər özləri də etiraf etməyə başlayıblar. Məsələn, parlamentin deputatı Vardan Postancyan hesab edir ki, indiyə qədər tərəflər arasında razılaşdırılan irimiqyaslı layihələr kağız üzərində qalıb. Əlavə edib ki, Rusiya Ermənistanla İran arasındakı münasibətlərə böyük təsir göstərir. Deputat bildirib ki, İranda çox gözəl anlayırlar ki, Moskvanın nüfuz dairəsində olan Ermənistan Tehranla iqtisadi və siyasi münasibətləri genişləndirmək imkanında deyil.

Ermənilərə yaxınlığı ilə seçilən "Reqnum” agentliyində dərc edilən məqalədə isə Karapetyanın Tehrana səfəri kəskin tənqid olunub. Müəllif yazır ki, iki ölkə arasında enerji layihələrinin reallaşmasında hər hansı bir irəliləyiş hiss olunmur. "Bu dəfə Ermənistan baş nazirinin danışıqlar gündəliyində artıq adiləşmiş energetik əməkdaşlıq, yatırımlar, İran yüklərinin Ermənistan üzərindən Qara dəniz limanlarına nəqli mövzuları var idi. Lakin İran qazının Gürcüstana tranziti, həmçinin İranla Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət haqda saziş kimi nə zamansa populyar məsələlərə praktik olaraq toxunulmayıb”, - deyə müəllif yazıb. Baş nazirin İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşünün yekunları üzrə Ermənistan hökuməti mətbuat xidmətinin məlumatında deyilir ki, onlar 400 kV gərginlikli üçüncü İran-Ermənistan elektrik qüvvəsinin ötürülməsi xəttinin inşasını günün önəmli ikitərəfli iqtisadi proqramları sırasında göstəriblər. Tərəflər Mehri SES proqramının gerçəkləşdirilməsinin böyük əhəmiyyətini qeyd ediblər. Nəşrdə qeyd olunur ki, nə qədər qəribə olsa da, sözügedən layihələrin gerçəkləşdirilməsində aşkar tərpəniş müşahidə edilmir: "Mehri SES ən perspektivli Ermənistan-İran layihəsi hesab edilirdi və bu elə belə də qalır. Öz növbəsində İran qazının Gürcüstana, Türkmənistan qazının Ermənistana tranziti məsələlərini qapanmış saymaq olsa da, İran və Ermənistan arasında azad ticarət haqda saziş bağlanmasına hələ ümid var. Amma iqtisadi icmalçı Ayk Gevorkyanın qeyd etdiyi kimi, praktikada bu cür sazişin bağlanması ehtimalı son dərəcə azdır. Gevorkyanın fikrincə, görünür, azad ticarət haqda sazişin gələcəkdə bağlanmayacağı ilə rəsmi Yerevan da barışıb”.

Ermənistan-İran dəmiryolu və yaxud iki ölkə sərhədində neft emalı zavodu kimi mifik layihələrə gəlincə, tərəflər bununla nə bir-birini, nə də artıq insanları üzməməyi qərara alıblar.

"Daha bir aktual mövzuya da toxunulub - İranın Qara dəniz sahilləri ilə əlaqəsini asanlaşdıracaq Şimal-Cənub avtoyolunun salınması. 1 milyard dollardan yuxarı kredit vəsaitinin sərf ediləcəyi planlaşdırılan yolun inşası çox uzandığından, mütəxəssislər isə onun tam həcmdə gerçəkləşməsini tamamilə şübhə altına aldığından biz də bu müzakirəni gələcəyə saxlayırıq. Amma qeyd etmək lazım gəlir ki, Ermənistanda hələ də həyata keçirilməmiş layihələrdən danışılınca, bölgənin başqa ölkələri arasındakı əməkdaşlıq ölkəmizi havada qoyur. Həm də avtomagistralın inşası nə zamansa başa çatsa, tamamilə mümkündür ki, artıq heç kimə gərək olmayacaq”, - deyə müəllif sonda bildirib.
\\kaspi.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru