Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                 

Avropa “xalqdan oğurlanan” 11 milyardı necə yedi…
Tarix: 10-03-2018, 10:05 | Çap et
Avropa “xalqdan oğurlanan” 11 milyardı necə yedi…
Günlər öncə Belçikanın “Eoruclear Bank” adlı bankında Müəmmər Qəzzafinin adına olan 16 milyard avro dəyərində pulun böyük bir hissəsinin oğurlandığı haqda məlumatlar yayıldı. Xəbərdə deyilirdi ki, həm qiymətli kağızlara yatırlmış vəsaitlərin, həm də nəğd şəkildə yerləşdirilmiş valyutanın 11 milyard avrosu harasa qeyb olub və yerində cəmi 5 milyard avro pul qalıb. Məlumatı heç də sarı media deyil, nüfuzlu “Le Vif” jurnalının yayması yağmalama əməliyyatının gerçəkliyinə şübhə yeri qoymurdu.

2011-ci ildə Liviyada bədəvi ərəbləri ayağa qaldıran NATO qırıcıları sonda demokratiya tanklarını Benqaziyə yeridəndə cümhuriyyətin lideri ölkəsində qaçıb zorla özünə gizli bir sığınacaq tapdı. Qərbin informasiya nəhəngləri, BBC və CNN də hər gün xalqdan oğurlanan pulların Avropa banklarına yatırılmasından, Sarkozinin seçki kampaniyasına göstərilən yardımlardan, xalqın səfil günündə yaşaması müqabilində özünü gənc qızlarla əhatə edən inqilab başçısının rok ulduzu kimi bəzənib səhnəyə çıxmasından bəhs edən çarxları təkrar-təkrar beyinlərə yeridirdi.

Onlarla ölkədə sınaqdan çıxarılan “devrim planı” “Panaqavk” raketlərindən daha öldürücü gücə malik olduğundan, 42 illik xanimanı iki ay içərisində yerlə-yeksan etdilər. Tarixən qum krallarını qəbul etməyənlər qan karxanalarını sazlayıb təzədən tayfa davalarına çıxdılar. Dəvədən avtomobilə düşənlər üçün orta əsrin qaranlığına qayıtmaq toy-bayram idi. Neyləmək olar, hökm Allahındır!

Quduzlaşmış kütlə səhra cənnətini ən azı 4 klan arasında əbədi davam edən qanlı müharibələrə dəyişməyə razılıq veribsə, bir kimsə onların qarşısını ala bilməz. Halbuki o vaxt milləti savaşdan xilas etmək üçün hərəkətə keçməli olan BMT sülh konvoyu göndərməkdənsə, qərar çıxarıb Liviyanın pullarını Belçika banklarında dondurdu. Pan Gi Munun aldığı məvacibin hardan gəldiyini bilən yox idi. Ona görə də bütün dünyada azadlıq carçılarının və ərəb müstəmləkəçiliyinə son qoyulacağını iddia edənlərin yalnız bir məşğuliyyəti vardı, o da xalqdan oğurlandığı iddia olunan, halbuki xaricə əlverişli investisiya kimi yönəldilən vəsaitlərin taleyi nə olacaq?

Cavab göz qabağındadır - 11 milayrd avronu oğurlayıblar. Landormatın gücünə bir baxın. Amma Qərbin hərbi-siyasi mərkəzi Brüsseldəki fırıldağın miqyası heç kəsi təəccübləndirmir. Aman Tanrı, məzlum insanlara, Tripolidə can bazarında olum-ölüm mübarizəsinə çıxanlara çatmalı olan sərvətə qoca qitənin aristokratları, anqlo-saks dünyasının zənginləri necə göz tikə bilər?

Yox, inanılmazdır, ədalət mücəssiməsi olan parlamentlər, media quruluşları və hakimlər adını “Qəzzafinin pulları” qoyduqları əmanətləri toxunulmaz olaraq saxlayacaqlar. Axı heç kəs onlardan əlavə faiz istəmir, hərçənd ki, ötən 7 ildə qiymətli kağızlar bazarında yetim ərəbin səhmləri qat-qat bahalanıb.

Bəli-bəli, Strasburq və Berlin indi ayağa qalxıb diktatorun əzazilliyinə və sərvət düşkünlüyünə misal kimi böyütdükləri avro-dollar piramidasını dünyanın gözü qarşısında dəvələrə yükləyib “qara qitə”nin özünə göndərəcəklər. Yoxsa, elə çıxar ki, demokratiyanın qiyməti, yaxud bədəli, o da olmasa, bir ölkəni işğal etməyin qəniməti budur. Hə, göysatan afrikalını, asiyalını hökumətinin üstünə qaldırmağa 1 milyon xərcləyirsən, əvəzində gör nə qədər sərvətə yiyələnisən. Əcəb siyasi biznesdir.

Hər sent əmanət bir bomba olub düşür liviyalıların öz başına. Amma nə olsun, diktatura cənnəti demokratiya cəhənnəmindən pisdirsə, qoy onda hər kəs xaosda yaşasın.

Yaxşı-yaxşı baxın, bir vicdanlı televizya kanalı belə ərəblərin oğurlanan, itən pullarından danışmır. Bəlkə onları da Qəzzafinin pulları ilə susdurublar…

Əvəzində siz zəngin lordların, konqresmenlərin yaxasında böyük dövlət qurucularının qızılı statuası ilə yüksək tribunalardan mənəvi təmizlik və siyasi bakirəlik haqda alovlu nitqləri dinləməli olursuz. Məgər, Obama inqilabın baş ideoloqu kimi xanım Klintonla birgə qələbə raportlarını verəndə əlifba sırası ilə A-dan Z-yədək hər yerə hürriyyət çələngi taxacaqlarını vəd etməmişdilər?!

Cəmi 20 min dollar pulun üstündə bir ölkəyə az qala sanksiya tətbiq etməyə çalışırlar ki, amandır, qoyma, diktatura qalıqları gəlib onların ərazisində lobbi və ələalma fəaliyyəti aparır. Qəzzafi öləndən sonra isə ən azı 150 milyard avronu Strasburqun həndəvərində əridiblər, CNN-də isə qul kimi satılan bədəvi ərəbinə göz yaşı tökürlər ki, baxın, 21-ci əsrdə hələ də köləlik qalır. Çox əcaib mənzərədir. Azadlıq bəzən diktatura qədər ikrah doğurur...

İndi əsas sual budur: daha neçə ərəb dövlətinin pulunu xərcləyib onlara gün ağlamaq olar? Səud krallarının tabutunun altına girən avroliderləri, məsələn, elə, Devid Kemeronu, görəsən, belə əyilməyə vadar edən nədir?

Yoxsa, hamı bac-xərac verib inqilabdan canını qurtarır?

Krallar ölüblər, cənablar… Lakin onların pullarını xərcləyən demokratlar hələ yaşayır…

Axı, pulyuyan camaşırlar ərəb qanını avrolardan və dollarların üstündən necə təmizləməyi yaxşı bilir…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru