Anti-Putin cəbhəsi: İnqilabı kimlər edəcək? - TƏHLİL
Tarix: 2-02-2021, 13:05 | Çap et
 Son günlər Rusiyanın siyasi həyatına xas olmayan siyasi hadisələr baş verir.
Rusiyada baş verən etiraz aksiyaları protest elektoratın fəallığını xeyli artırıb. Fevral ayının 2-də müxalifət lideri Aleksey Navalnının məhkəmə prosesi keçiriləcək.
Məhkəmə Navalnını həbsdə qalması barədə qərar çıxardarsa, ölkədə növbəti etirazlar baş qaldıra bilər. Ancaq aksiyalarda iştirak edənlərin hamısı Navalnının tərəfdarı olmadığı üçün siyasi qüvvələr nisbətini müəyyənləşdirmək çətindir. Çünki etirazçıların bir çoxu sosial tələblərlə mitinq və nümayişlərə qoşulub.
Navalnı ilə bağlı etirazlar isə bu prosesi baş qaldırması stimulverici hadisə olub.
Qeyd edək ki, Rusiyada bir qayda olaraq, solçu qüvvələrin siyasi mövqeyi üstünlük təşkil edib. İndi isə Qərb tərəfindən dəstəklənən liberalların fəallaşdığını görmək olar. Aksiyaların başlanmasından sonra ölkədə siyasi balansın dəyişəcəyi də istisna olunmur. Ancaq proseslər hələ spontan şəkildə baş verdiyindən sosial bazasına görə solçu, yaxud liberal qüvvələrin üstünlük təşkil etdiyini söyləmək çətindir.
Politoloq Elşən Manafovun sözlərinə görə, Rusiyada solçu qüvvələrin tərkibi yekcins deyil. Qərbin dəstəklədiyi liberalların isə hakimiyyəti dəyişmək gücü yoxdur.
“Rusiya Dövlət Dumasında iki solçu partiya var. Bunlar Gennadi Züqanovun rəhbərlik etdiyi Rusiya Federasiyası Kommunist Partiyası və Mironovun liderlik etdiyi Həmrəylik Partiyasıdır. Hər iki partiyanın Rusiyada kifayət qədər seçicisi və nüfuzu var. Bu siyasi təşkilatlar hakim Vahid Rusiya Partiyasından sonra kifayət qədər elektoral bazaya və seçici səsinə malikdir. Kommunist və Həmrəylik partiyaları Navalnıya münasibətdə Vahid Rusiya Partiyası ilə eyni mövqedən çıxış edirlər. Yəni bu partiyaların rəhbərliyi bildirir ki, Navalnı Qərbin xüsusi xidmət orqanlarının nümayəndəsidir. Navalnının məqsədi Rusiyada sabitliyi pozmaq, vətəndaş qarşıdurmasına getmək və nəyin bahasına olur-olsun, Putin iqtidarını hakimiyyətdən kənarlaşdırmaqdır. Qərbdə Putin rejiminin hakimiyyətdən kənarlaşdırılması üçün müxtəlif layihələr olub. Vaxtilə Sovet İttifaqının çökdürülməsi üçün “Qorbi-1” layihəsi hazırlanıb həyata keçirildi. Dmitri Medvedyevin prezidentliyi dövründə “Qorbi-2” layihəsi hazırlanmışdı. Lakin Putinin yenidən hakimiyyətə qayıdışı ilə əlaqədar Rusiyada avtoritarizmi möhkəmləndirdi. Nəticədə, Qərbin planları pozuldu. Bu gün Co Baydenin hakimiyyət başına gəlməsi ilə əlaqədar əslində, ABŞ Rusiyanı özünün birinci düşməni elan edib. Bu mənada, Navalnının qayıdışı ilə Rusiyada çaxnaşmaların və çəkişmələrin başlanması gözlənilən idi. Amma Navalnının ciddi elektoratı yoxdur. Bir həftə ərzində baş verən hadisələr göstərdi ki, küçələrə miyonlarla insan deyil, müxtəlif şəhərlərdə 5-10 min nəfər civarında gənclər çıxdı. Bu aksiyaların baş qaldırmasında sosial problemlər də öz təsirini göstərir. İşsizlik gəncləri küçələrə çıxmağa sövq edir. Navalnının çağırışlarında sosial tələblərdən daha çox Putin iqtidarının korrupsiyaya uğraması ilə bağlı fikirlər daha çoxdur. İstər Züqanovun, istərsə də Mironovun pensiya islahatlarının aparılması, sosial müdafiəyə ehtiyacı olan əhalinin maaşlarının artırılması, gəlirlərin əldə edilməsində qütbləşmənin dərinləşməsi ilə bağlı xüsusilə, kommunistlərin irəli sürdüyü məsələlər Dövlət Dumasında həll oluna bilər. Qərbə bağlı qüvvələr isə Rusiyada sistem müxalifətini təşkil etmir. Rusiyadakı rejim avtoritar olsa da güclüdür. Əgər Putin Belarusda, yəni qonşu ölkədə Qərbin hakimiyyəti dəyişmək planlarının qarşısını ala bildisə, yaxın perspektivdə mən Rusiyada da ABŞ-ın Putini devirmək planlarının baş tutacağaına inanmıram”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20 |
|
|
|
| • UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16 |
|
|
|
| • İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13 |
|
|
|
| • ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57 |
|
|
|
| • Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54 |
|
|
|
| • 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51 |
|
|
|
| • ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51 |
|
|
|
| • "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49 |
|
|
|
| • "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48 |
|
|
|
| • Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43 |
|
|
|
| • İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07 |
|
|
|
| • Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05 |
|
|
|
| • “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04 |
|
|
|
| • Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01 |
|
|
|
| • “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50 |
|
|
|
| • “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Dünən, 18:47 |
|
|
|
| • DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Dünən, 18:39 |
|
|
|
| • Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Dünən, 18:37 |
|
|
|
| • İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Dünən, 18:17 |
|
|
|
| • Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Dünən, 18:15 |
|
|
|
| • Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Dünən, 18:01 |
|
|
|
| • Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Dünən, 17:57 |
|
|
|
| • Azər Bağırovun cəzası açıqlandı
Dünən, 17:55 |
|
|
|
| • Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Dünən, 17:52 |
|
|
|
| • "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Dünən, 17:49 |
|
|
|
| • "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Dünən, 17:39 |
|
|
|
| • Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Dünən, 17:34 |
|
|
|
| • Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Dünən, 17:28 |
|
|
|
| • Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Dünən, 17:22 |
|
|
|
| • “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Dünən, 17:20 |
|
|
|
| • "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Dünən, 17:09 |
|
|
|
| • TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Dünən, 17:04 |
|
|
|
| • Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Dünən, 17:02 |
|
|
|
| • Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Dünən, 16:46 |
|
|
|
| • İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Dünən, 16:40 |
|
|
|
| • Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Dünən, 16:38 |
|
|
|
| • SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Dünən, 16:31 |
|
|
|
| • AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Dünən, 16:29 |
|
|
|
| • Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:28 |
|
|
|
| • "Oğlumun başına silah dirəsən də, oxumaz"
Dünən, 16:24 |
|
|
|
| • Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Dünən, 16:18 |
|
|
|
| • Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Dünən, 16:14 |
|
|
|
| • Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Dünən, 15:53 |
|
|
|
| • Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Dünən, 15:49 |
|
|
|
| • General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Dünən, 15:42 |
|
|
|
| • Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Dünən, 15:36 |
|
|
|
| • Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Dünən, 15:14 |
|
|
|
| • Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Dünən, 15:07 |
|
|
|
| • Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Dünən, 15:05 |
|
|
|
|