"Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? .....                     Məleykə Abbasazadə iradları dinləmək istəmir .....                     Paşinyanın “sülh baxışları” .....                     Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu .....                     “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” .....                     UNEC-in tenderini udan şirkətin vergi borcu varmış .....                     İsrail Türkiyə ilə savaşın qoxusunu alır .....                     ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib .....                     Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? .....                     44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə .....                     ABŞ İranın 7 şərtini yerinə yetirməlidir .....                     "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..." .....                     "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu .....                     Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? .....                     İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                     “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib .....                     Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? .....                     “Azərbaycan bizə yardım göndərdi” .....                     “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi .....                     DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi .....                     Azərbaycanda daha bir lombard şirkəti .....                     İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                     Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI .....                     Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi .....                     Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək .....                     Azər Bağırovun cəzası açıqlandı .....                     Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq .....                     "Bu adamların efirlərdə nə işi var?" .....                     "Laçınlılar yas içindədir, deputat toya gedir" .....                     Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                 

“Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Tarix: Bu gün, 01:20 | Çap et

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini, politoloq Fərhad Məmmədov Pressklub.az-a müsahibəsində Azərbaycan-Türkiyə münasibətlərində son dövrlər müzakirə olunan gərginliklərə, enerji və müdafiə sənayesi sahəsində əməkdaşlığa, Ermənistanla bağlı proseslərə, fikir ayrılığı yaradan digər məsələlərə aydınlıq gətirib.

– Fərhad bəy, son günlər Azərbaycan və Türkiyə cəmiyyətlərində ən çox müzakirə olunan mövzulardan biri iki ölkə arasındakı münasibətlərdə müşahidə edilən gərginlikdir. İctimai müstəvidə qarşılıqlı ittihamlarla, hətta sərhədləri aşan hallarla müşayiət olunan bu müzakirələri necə təsnif etmək olar? İndiyədək pərdəarxası diplomatik müstəvidə müzakirə olunan məsələlər indi niyə açıq müstəviyə çıxıb?

– Doğrudan da, son günlər həm Azərbaycan, həm də Türkiyə cəmiyyətində bu mövzu ən çox müzakirə olunan məsələlərdəndir. Lakin hər hansı böhranı izah edərkən ilk növbədə Azərbaycan-Türkiyə münasibətlərini strukturlaşdırmaq lazımdır. Yəni bu münasibətlər nədən ibarətdir və böhran haradadır, hansı səviyyədədir? Bu, çox vacib məqamdır. Çünki bəzən elə təəssürat yaradılır ki, guya böhran çox genişdir və münasibətlər geridönməz həddə çatıb. Halbuki, təhlil apardıqda görünür ki, bu geniş və çoxşaxəli münasibətlərdə problemlər yalnız konkret, məhdud istiqamətləri əhatə edir. Gəlin, geosiyasi amildən başlayaq. Geosiyasət coğrafiya ilə sıx bağlıdır. Müxtəlif coğrafi istiqamətlərə nəzər salaq və vəziyyətin necə olduğunu görək.

Birincisi, yerləşdiyimiz Cənubi Qafqaz regionudur. Azərbaycan və Türkiyə burada qarşılarına qoyduqları məqsədlərə nail olublarmı? Birmənalı şəkildə, bəli, istədiklərimizin hamısına nail olmuşuq. Neft və qaz boru kəmərləri, dəmiryolu, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı, Xəzər dənizindən enerji resurslarının Aralıq dənizinə nəqlini təmin edən xəttin uzun illər ərzində heç bir problem olmadan fəaliyyəti, Cənubi Qaz Dəhlizi və digər layihələr buna nümunədir.

Bütün bu iri geosiyasi layihələr Cənubi Qafqazdan keçir. Azərbaycanla Türkiyənin müttəfiqliyi, o cümlədən üçtərəfli əməkdaşlıq formatları imkan verib ki, bu bölgədə qarşımıza qoyduğumuz məqsədlərə nail olaq. Ən əsası isə Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Deməli, Cənubi Qafqaz istiqamətində hər hansı bir problem yoxdur.

İkincisi, Mərkəzi Asiya istiqamətidir. Mərkəzi Asiyaya çıxışın təmin edilməsi Azərbaycanın üzərinə düşən funksiyadır. Türkiyə Mərkəzi Asiyaya Rusiya, Azərbaycan (Xəzər dənizi vasitəsilə) və İran üzərindən çata bilər. Hazırda Rusiya və İranda baş verənlər fonunda şimal və cənub marşrutlarının fəaliyyətində çətinliklər yaranan dövrlərdə ticarət məhz Azərbaycan üzərindən həyata keçirilib.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə Türkiyənin Mərkəzi Asiyanın beş ölkəsindən dördü ilə əlaqələri formalaşıb. Azərbaycan bu funksiyanı həm coğrafi, həm də geosiyasi baxımdan tam şəkildə həyata keçirib. TDT-nin başlanğıc nöqtəsi məhz Naxçıvandır və Azərbaycan bu təşkilat çərçivəsində təşəbbüslərin reallaşdırılmasında lokomotiv rolunu oynayır.

Üçüncüsü, Qara dəniz istiqamətidir. Qara dəniz Türkiyə üçün onunla həmsərhəd olan çox vacib bölgədir. Bu istiqamətdə də Azərbaycanın Türkiyə ilə heç bir problemi yoxdur. Gürcüstan vasitəsilə Qara dənizə, oradan isə boğazlar vasitəsilə dünya bazarlarına çıxış təmin olunub.

Dördüncüsü, Balkan yarımadasıdır. Burada da Azərbaycan Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Məsələn, enerji xətlərinin formalaşdırılması Yunanıstanla müəyyən əlaqələrin qurulmasına səbəb olub. Bu, eyni zamanda Azərbaycanın lazım gəldikdə Yunanıstana qarşı kəskin bəyanatlar verməkdən çəkinməməsinə də imkan yaradıb.

Ən çox müzakirə olunan məsələlərdən biri də Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə bağlıdır. Bu, Şərqi Aralıq dənizi regionudur və Türkiyə buranı özünə qarşı ən böyük təhdidlərdən biri hesab edir. Çünki adalar və Kipr Respublikası vasitəsilə, Avropa İttifaqının ikili standartları tətbiq olunmaqla, Ankaraya təzyiqlər göstərilir.

Ankara üçün ŞKTC məsələsi son dərəcə prinsipialdır. Xatırladım ki, vaxtilə Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında böyük bir sənəd hazırlanmışdı. Aİ həmin sənədə Kipr məsələsini də daxil etmişdi. Mərkəzi Asiya ölkələri də bunu dəstəkləmiş və orada səfirliklərini açmışdılar.

Bundan sonra Türk Dövlətləri Təşkilatı çərçivəsində böhran yaranacağı proqnozlaşdırılsa da, Azərbaycan Respublikası vəziyyətə müdaxilə etdi. Nəticədə, növbəti sammitdə ŞKTC prezidenti tamhüquqlu üzv kimi iştirak etdi, Mərkəzi Asiya dövlət başçıları ilə birlikdə şəkil çəkdirdi və rəsmi protokola daxil edildi.

Bu o deməkdir ki, Azərbaycan həmin məsələnin Mərkəzi Asiyanın türk dövlətləri ilə Türkiyə arasında böhrana çevrilməsinin qarşısını aldı. ŞKTC-nin Azərbaycanda səfirliyi var, rəsmi protokollarda onun diplomatları və rəhbəri xarici dövlət başçılarının protokoluna uyğun şəkildə qarşılanır.

Türkiyədən kənarda ŞKTC-nin müstəqilliyinin tanınması istiqamətində addımların atılmasında Azərbaycan əsas tərəfdaşdır. Gələcəkdə müvafiq imkanlar yarandıqca Azərbaycan Respublikası da ŞKTC-nin müstəqilliyini tanıyacaq.

Yaxın Şərq istiqamətinə gəldikdə, İranla bağlı üçtərəfli format mövcuddur və Bakı ilə Ankara daim koordinasiyalı şəkildə işləyirlər. Körfəz ölkələri ilə münasibətlərdə də Azərbaycan hər zaman Türkiyənin maraqlarını nəzərə alaraq, əlaqələrin normallaşmasına töhfə verib.

Ən maraqlı ölkələrdən biri Suriyadır. Vaxtilə, Bəşər Əsəd rejimi dövründə Azərbaycan Türkiyədən sonra Suriya ilə bütün əlaqələrini kəsmiş və səfirliyini bağlamışdı. Yeni hakimiyyət formalaşandan sonra Türkiyənin fəaliyyətini dəstəkləyən ikinci ölkə məhz Azərbaycan oldu. Qaz tədarükü, Suriya prezidentinin Bakıya səfəri, səfirliyin fəaliyyətinin bərpası və humanitar yardımların göstərilməsi bunun sübutudur. Suriyadakı layihələrdə Türkiyə, Azərbaycan və Qətərin birgə iştirakı rasional əməkdaşlığın göstəricisidir.

– Türkiyənin Yaxın Şərqdəki fəaliyyətindən danışarkən, məsələn, Səudiyyə Ərəbistanı və Pakistanla Məkkədə imzalanan sazişə Azərbaycan da qoşulmağa dəvət olunurmu, yaxud bu istiqamətdə hər hansı niyyət olubmu?

– Bu məsələ daha çox Yaxın Şərqə aid olan bir sahədir. Mənə rəsmi və ya qeyri-rəsmi şəkildə hər hansı məlumat daxil olmayıb.

Amma bir məqamı qeyd etmək lazımdır: “Məkkə paktı” hazırlanarkən Azərbaycanın bundan xəbəri yox idi. Digər tərəfdən, Səudiyyə Ərəbistanı husilərə qarşı fəaliyyətə keçəndə məlum olur ki, baş qərargahda ABŞ məsləhətçiləri ilə yanaşı, İsrail məsləhətçiləri də var.

Türkiyə və Pakistan öz məsləhətçilərini ora göndərəcəksə, onlar ABŞ və İsrailin məsləhətçiləri ilə birlikdə fəaliyyət göstərməli olacaqlar. Əks halda, Türkiyə və Pakistan məsləhətçiləri Səudiyyə Ərəbistanında peyda olmazdılar. Bu, olduqca həssas və diqqətçəkən məqamdır.

– Fərhad bəy, iqtisadiyyat və enerji sahəsində ümumi mənzərənin müsbət olduğunu dediniz. Lakin cəmiyyətdə tez-tez müzakirə olunan bir məqam da var: Azərbaycan Türkiyəyə ildə təxminən 11-12 milyard kubmetr qaz satır. 2024-cü ilin avqustunda imzalanmış və 2030-cu ilə qədər qüvvədə olan son müqaviləyə əsasən, qaz dünya bazarındakı qiymətlərlə müqayisədə xeyli aşağı qiymətə – min kubmetri təxminən 270-280 dollara satılır. Hazırda isə dünya birjalarında qazın qiyməti 500 dollardan yuxarıdır. Ümumi qaz ixracımızın təxminən 38 faizini təşkil edən bu ticarət itkilər baxımından Azərbaycanda müəyyən suallar doğura bilərmi? Bu barədə nə deyərdiniz?

– İqtisadiyyat və enerji sahəsində şərtlərə yenidən baxılması məsələsi hər zaman müəyyən şərtlərlə bağlı olur. Bəli, Azərbaycan Türkiyəyə qaz tədarük edir və Türkiyənin enerji qovşağına çevrilməsində müstəsna rola malikdir. Lakin bütün bu məsələlər dövlətlərarası strateji münasibətlər, müttəfiqlik öhdəlikləri və ümumi geosiyasi maraqlar kontekstində qiymətləndirilir. Azərbaycanın enerji siyasəti hər zaman rasional prinsiplərə və uzunmüddətli hədəflərə söykənir. Bu müqavilələr qarşılıqlı maraqların qorunması və qardaş ölkənin enerji təhlükəsizliyinin təmin olunması prinsipi əsasında tənzimlənir.

– Fərhad bəy, bəs Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı yaradan real problemlər hansı istiqamətlərdədir? Cəmiyyətdə xüsusilə İsrail və Ermənistanla bağlı məsələlər qabardılır. Bu barədə nə deyərdiniz?

– Bəli, problem yaradan əsas istiqamətlərdən biri İsrail məsələsidir. Bu kontekstdə Türkiyənin Azərbaycandan gözləntiləri daha böyükdür. Azərbaycan isə hər zaman bildirir ki, Fələstin məsələsində prinsipial mövqeyimiz var və bu, İsrail rəhbərliyinə də bəllidir.

Lakin İsraili boykot etmək məsələsində fikir ayrılıqları mövcuddur. Ticarəti tamamilə sıfırlamaq, yoxsa milyonlarla dollarlıq dövriyyəni davam etdirmək – bunlar fərqli yanaşmalardır. Türkiyənin özünün də İsraillə ticarəti davam etdirməsi fonunda Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, regionda dialoq qorunub saxlanmalıdır.

Bakıda keçirilən son sammitlərdə Mərkəzi Asiya ölkələrinin də İsraillə münasibətlərini qoruduğunu gördük. Azərbaycan çalışır ki, Türkiyə ilə İsrail arasında birbaşa toqquşma və ya böhran yaşanmasın. Çünki proseslərin ritorikadan proksi qüvvələr vasitəsilə qarşıdurmaya, oradan isə birbaşa hərbi toqquşmaya keçməsi riski var. Azərbaycan tərəfi tərəflər arasında təmasların qurulmasında neytral platforma rolunu oynaya bilər.

İkinci problemli istiqamət Ermənistan məsələsidir. Türkiyədə elə dairələr var ki, “Qarabağ artıq azad olunub, Azərbaycan öz siyasətini qurub, sərhədlər açılmalıdır” düşüncəsindədirlər.

-Son dövrlər Türkiyə rəsmilərinin, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbərliyinin və bəzi dairələrin bəyanatlarında Ermənistanla sərhədlərin açılması, diplomatik və siyasi münasibətlərin bərpa olunması ilə bağlı nikbin fikirlər səslənir. Türkiyənin bu məsələdə qəti mövqe ortaya qoyduğu, yəni Ermənistanla sərhədləri açmaq niyyətində olduğu barədə iddialar da var. Bu, doğrudurmu?

-Məndə belə bir qəti mövqenin ortaya qoyulması barədə məlumat yoxdur. Əksinə, bildiyimiz kimi, Türkiyədə bu məsələyə dair fərqli baxışlar mövcuddur. Bu fikri dəstəkləyən müəyyən diplomatlar və solçu qüvvələr var, lakin onlar azlıq təşkil edirlər.

Azərbaycanın məntiqi isə tamamilə aydındır və dəyişməz olaraq qalır: Ermənistan hazırda Azərbaycan ərazisini birbaşa işğal etməsə də, onun Konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı açıq ərazi iddiaları mövcuddur. Azərbaycan çalışır ki, bu maneə aradan qaldırılsın.

Ermənistan hakimiyyətini yeni Konstitusiya üzrə referendum keçirməyə və həmin iddiaları qanunvericilikdən çıxarmağa təşviq edən iki əsas vasitə var: birincisi, Ermənistan-Türkiyə sərhədinin bağlı qalması, ikincisi isə Azərbaycanla sərhədlərin qapalı olmasıdır.

İrəvanda olarkən bunu daha çox hiss edirsən: pəncərədən baxanda Türkiyəni görürsən və sərhədin bağlı olması onlar üçün ciddi problem yaradır. Bəzi Avropa dairələri sərhədin birtərəfli qaydada açılmasını dəstəkləyirlər.

Lakin burada məntiq nədən ibarətdir? Ermənistan-Türkiyə sərhədi heç bir şərt qoyulmadan, referendum keçirilmədən açılarsa, Nikol Paşinyanı yeni Konstitusiyanın qəbuluna nə təşviq edəcək?

-Paşinyan artıq bəyan edib ki, 2031-ci ilə qədər bu məsələni həll etməyi düşünür…

-Sərhədlər açılsa, ticarət başlasa və cəmiyyətə “onsuz da hər şey açılıb, sülh var” deyilərsə, vətəndaşları Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda səs verməyə necə təşviq edəcəklər? Belə olan halda, referenduma maraq tamamilə itəcək.

Azərbaycan gözləməyi bacarır və de-fakto sülh gündəliyinə sadiqdir. Lakin sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması üçün ərazi iddiaları Konstitusiyadan çıxarılmalıdır.

Türkiyə ilə dəmir yolu və ya elektrik enerjisi xətlərinin birləşdirilməsi kimi infrastruktur layihələri gələcəkdə aktuallaşa bilər. Ancaq diplomatik münasibətlərin tam normallaşması və sərhədlərin açılması məhz Ermənistanın üzərinə düşən hüquqi öhdəlikləri yerinə yetirməsindən asılı olmalıdır.

– Fərhad bəy, bütün bunlarla yanaşı, son günlər ictimai rəydə böyük səs-küy doğuran daxili bir məsələ də məktəbli forması ilə bağlı qərar və onun ətrafında aparılan müzakirələrdi. Bu, münasibətlərə necə təsir etdi?

– Baxın, bu, ən vacib məqamlardan biridir. Geosiyasi və xarici siyasət məsələlərində müəyyən müzakirələr ola bilər. Lakin mövcud gərginliyə yeni çalar qatan əsas məqam Azərbaycanda məktəbli forması qaydaları ilə bağlı məsələ oldu. Bu, 100 faiz Azərbaycanın daxili suveren məsələsidir.

Türkiyədə müxtəlif siyasi proseslər gedir və Azərbaycan heç vaxt bu proseslərə müdaxilə etmir. Türkiyənin 2008-2009-cu illərdə Ermənistanla münasibətləri normallaşdırmaq cəhdləri və ya Fətullah Gülən təşkilatı ilə bağlı məsələlər daxili problem kimi başlayıb xarici siyasətə təsir göstərdiyi üçün Azərbaycan hər zaman rəsmi Ankaranın yanında olub. Çünki bu, ümumi təhlükəsizlik məsələsi idi.

Amma Azərbaycanda məktəbli forması ilə bağlı qəbul edilən qayda tamamilə suveren qərardır. Əlbəttə, hər bir qaydada olduğu kimi, burada da müəyyən müzakirələr ola bilər. Lakin bu məsələnin Türkiyədə rəsmi səviyyədə qabardılması və səfirlik qarşısında aksiyaların keçirilməsi arzuolunan deyil.

Faiz nisbəti ilə yanaşsaq, Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur, hər şey əladır. Təəssüf ki, həmin 5 faizlik daxili və xarici xarakterli mübahisəli məqamlar bəzən bütün institusional əməkdaşlığa kölgə salmaq təhlükəsi yaradır.

– İqtisadiyyat, enerji, nəqliyyat və hərbi sahədə mövcud vəziyyət necədir? Azərbaycanda Türkiyə ilə İsrail arasında hərbi sənaye sahəsində hər hansı rəqabət və ya problem mövcuddurmu?

– İqtisadiyyat baxımından ümumilikdə heç bir problem yaşanmır. Sahələr üzrə baxsaq, birinci növbədə enerji sahəsini qeyd etmək lazımdır. Enerji baxımından Azərbaycanla Türkiyə arasında heç vaxt hər hansı problem olmayıb, bütün layihələrimiz işləyir. Azərbaycanın Türkiyənin əsas enerji qovşağına çevrilməsində rolu müstəsnadır.

İkinci olaraq sərmayə və investisiyalar sahəsində Azərbaycan Türkiyə iqtisadiyyatına yatırılan sərmayələrə görə ön sıralardadır. Azərbaycanın dövlət və özəl qurumlarının Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi milyardlarla dollarla ölçülür (21 milyard dollardan çox, təxminən 20 milyard dollar səviyyəsindədir, Türkiyənin Azərbaycandakı sərmayələri isə təxminən 18.5 milyard dollardır).

Üçüncüsü, nəqliyyat sahəsi artıq strateji əhəmiyyət daşıyan bir sahəyə çevrilib. Vaxtilə bölgəyə diqqət o qədər də yüksək deyildi, lakin Azərbaycan Türkiyə ilə birlikdə bu strateji layihələri həyata keçirdi. İndi orta dəhliz deyəndə məhz Bakı-Tbilisi-Qars dəmir yolu xatırlanır ki, bu da Azərbaycanın maliyyəsi ilə tikilən infrastrukturdur. Bundan əlavə, Qars-Naxçıvan dəmir yolu layihəsi üzrə artıq maliyyələşmə təmin olunub, minlərlə insan bu layihədə çalışır və tikinti işləri davam edir. Yəni iqtisadiyyat istiqamətində bizim heç bir problemimiz yoxdur, əksinə, nailiyyətlərimiz ən yüksək səviyyədədir.

-Hərbi sənaye sahəsinə gəldikdə, bəzi dairələr Azərbaycanın İsraillə hərbi əməkdaşlığı fonunda Türkiyə ilə rəqabət aparıldığını iddia etməyə çalışırlar…

- Bu, tamamilə yanlış yanaşmadır. Azərbaycan Türkiyə ilə hərbi sənaye sahəsində artıq sadəcə alıcı qismində deyil, sərmayəçi və istehsalçı qismində çıxış edir. Azərbaycan hərbi sənayesi elə bir inkişaf mərhələsinə çatıb ki, bizim müəyyən şərtlərimiz var. Hərbi istehsal və əməkdaşlıq çərçivəsində biz təkcə hazır malı almırıq, onun istehsalında da birbaşa iştirak edirik və bu təcrübəyə yiyələnirik.

Azərbaycan məhz bu şərtləri təklif edən və onlarla razılaşan ölkələrlə hərbi sənaye sahəsində əməkdaşlıq edir. Türkiyə ilə də hərbi-sənaye sahəsində əməkdaşlığımız ən yüksək səviyyədədir və Türkiyənin bu sahədə qazanacağı nailiyyətlərdə Azərbaycan həmişə olduğu kimi yenə də ilk tərəfdaşlar sırasında olacaqdır.

– Bəs bu böhranı necə aradan qaldırmaq olar? Ankarada keçiriləcək TDT sammiti ərəfəsində nələr gözlənilir?

– Hər hansı yanğın baş verəndə onu ortadan söndürmürlər, əvvəlcə lokallaşdırırlar. Biz də hazırda bu böhranı lokallaşdırmalı, məsələləri bir-birindən ayırmalıyıq. Xarici işlər nazirlikləri səviyyəsində təmaslar çox genişdir.

Ayın 29-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin zirvə görüşü keçiriləcək və Azərbaycan təşkilata sədrliyi qardaş Türkiyəyə təhvil verməlidir. Türkiyədə Türk dünyasını və milli maraqları üstün tutan qüvvələrlə din üzərindən xarici siyasət yürüdən radikal dairələr arasında müəyyən balans qorunmalıdır. Türkiyə hakimiyyəti Azərbaycana qarşı yönələn süni kampaniyaların və spekulyasiyaların qarşısını almalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
• İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13
• ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57
• Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54
• 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Dünən, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Dünən, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Dünən, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Dünən, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Dünən, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Dünən, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Dünən, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Dünən, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Dünən, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Dünən, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Dünən, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Dünən, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Dünən, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Dünən, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Dünən, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Dünən, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Dünən, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Dünən, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Dünən, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Dünən, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Dünən, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Dünən, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Dünən, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Dünən, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Dünən, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Dünən, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Dünən, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Dünən, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Dünən, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru