"Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? .....                     Məleykə Abbasazadə iradları dinləmək istəmir .....                     Paşinyanın “sülh baxışları” .....                     Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu .....                     “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” .....                     UNEC-in tenderini udan şirkətin vergi borcu varmış .....                     İsrail Türkiyə ilə savaşın qoxusunu alır .....                     ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib .....                     Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? .....                     44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə .....                     ABŞ İranın 7 şərtini yerinə yetirməlidir .....                     "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..." .....                     "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu .....                     Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? .....                     İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                     “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib .....                     Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? .....                     “Azərbaycan bizə yardım göndərdi” .....                     “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi .....                     DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi .....                     Azərbaycanda daha bir lombard şirkəti .....                     İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                     Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI .....                     Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi .....                     Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək .....                     Azər Bağırovun cəzası açıqlandı .....                     Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq .....                     "Bu adamların efirlərdə nə işi var?" .....                     "Laçınlılar yas içindədir, deputat toya gedir" .....                     Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                 

Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Tarix: Bu gün, 01:29 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi imzalandıqdan sonra Ermənistanla Azərbaycan arasında sülhün necə olmalı olduğuna dair baxışlarını açıqlayıb. O, anklav və eksklavların aradan qaldırılması üçün ərazilərin mübadiləsini, bütün kommunikasiyaların açılmasını və qarşılıqlı iddialardan tamamilə imtina edilməsini təklif edib.

Paşinyan vurğulayıb ki, Ermənistanın ərazisi 29 743 kvadrat kilometr təşkil etməlidir. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi isə Alma-Ata Bəyannaməsi əsasında həyata keçirilməlidir.

Anklav və eksklav məsələsinə toxunan Ermənistanın Baş naziri problemin ərazilərin mübadiləsi yolu ilə həllini təklif edib.

“Anklav/eksklav məsələsi aşağıdakı düstur əsasında həll edilməlidir: sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Yəni Ermənistan və Azərbaycan ərazilərin dəqiq ölçülərinə uyğun mübadilə həyata keçirməlidirlər”, – Paşinyan qeyd edib.

Paşinyan bütün yolların və kommunikasiya xətlərinin açıq olmalı olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin ərazisindən keçməklə nəqliyyat əlaqələri imkanı təmin etməlidir.

“Bütün kommunikasiyalar işləməli və açıq olmalıdır. O cümlədən Azərbaycanın ərazisindən keçməklə Ermənistandan yenə Ermənistana, Ermənistanın ərazisindən keçməklə isə Azərbaycandan yenə Azərbaycana hərəkət mümkün olmalı, əlaqələr bu məntiq əsasında təmin edilməlidir”, – Paşinyan bildirib.

Ermənistanın Baş naziri davamlı sülhün digər mühüm şərti kimi tərəflərin qarşılıqlı tələblərdən tamamilə imtina etməsini göstərib.

“Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlərdə və bütün sahələrdə bir-birinə rahatlıq verməlidirlər – heç bir tələb olmamalıdır. Bura Qarabağ, Girdiman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məsələləri ilə bağlı yanaşma da daxildir”, – o qeyd edib.

Paşinyan həmçinin Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarından sonra bu şərtlər əsasında sülhə nail olmağın mümkünlüyü barədə ilkin qənaətə gəldiyini bildirib.

“Yaxın gələcəkdə bu imkanı reallaşdırmaq və həyata keçirmək üçün çalışacağıq”, – Ermənistanın Baş naziri yekunlaşdırıb.

Bəs, ərazilərin (anklav və eksklavların) mübadiləsi zamanı tərəflər hansı məişət, kartoqrafik və humanitar çətinliklərlə üzləşə bilərlər? Tərəflər açıq nəqliyyat marşrutlarının təhlükəsiz və fasiləsiz fəaliyyət göstərəcəyini necə yoxlaya və təminat altına ala bilərlər?

Hər iki tərəfin Qarabağ, Naxçıvan, Girdiman, Şirvan və Qərbi Azərbaycan məsələlərinin müzakirəsindən tamamilə imtina etməsi uzunmüddətli sülhün möhkəmlənməsinə kömək edəcəkmi?

Razılaşmaların icrasını yoxlamaq və mübahisələri həll etmək üçün daimi müstəqil qurumlar yaradılmadan qarşılıqlı iddialardan tamamilə imtina etmək realdırmı?

Məsələ ilə bağlı Pressklub.az-a danışan siyasi coğrafiya və geoiqtisadiyyat üzrə mütəxəssis, beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə səsləndirilən bəyanatın maraqlı və orijinal olduğunu, lakin konyunkturdan asılı olaraq praktikada bu cür mövqeyə tez-tez yenidən baxıldığını bildirib.


“Eksklavlarla bağlı mövqeyə gəlincə, beynəlxalq təcrübədə bu cür problemlərin, o cümlədən ərazilərin mübadiləsi yolu ilə həllinə dair kifayət qədər nümunələr var. Lakin bütün bunlar xüsusi komissiyalar tərəfindən həll edilməlidir. Hadisələri qabaqlamaq lazım deyil. Ən azı əvvəlcə bütün eksklavlar qarşılıqlı şəkildə təhvil verilməlidir. İlk növbədə, bu, Ermənistana aiddir. Yalnız bundan sonra hansı addımların atılacağını, hansı ərazilərin və hansı müddətdə mübadilə edilə biləcəyini müəyyənləşdirmək olar.

Söhbət eksklavların özlərinin mübadiləsindən getməməlidir. Eksklavları əsas ərazi ilə birləşdirmək və fasiləsiz nəqliyyat əlaqəsini təmin etmək üçün onların ətrafında yerləşən ərazilər mübadilə edilə bilər. Azərbaycanın bütün eksklavları strateji əhəmiyyətli ərazilərdə yerləşir və mühüm obyektlərdir. Onları Ermənistana heç kim verməyəcək”, – analitik hesab edir.

Onun sözlərinə görə, sərt ritorikadan və düşmənçilik dilindən imtina qarşılıqlı olmalı, eyni zamanda, Ermənistan tərəfindən konkret addımlarla müşayiət edilməlidir. Ermənistan münaqişədən sonrakı gündəmlə bağlı ona qarşı ciddi sualların olduğunu anlamalıdır.

“Xüsusilə, söhbət Azərbaycan dövlətinə qarşı cinayətlər törətmiş və hazırda Azərbaycan həbsxanalarında saxlanılan separatçıların rəhbərlərindən və başçılarından gedir. Onları “əsirlikdə saxlanılan hərbi əsirlər” kimi təqdim etmək və təhvil verilmələrinə nail olmağa çalışmaq yolverilməzdir. Ermənistan tərəfi bu məsələlərdə konstruktiv mövqe nümayiş etdirsə, ona qarşı cavab xarakterli iddialar irəli sürülməyəcək.

Ermənistan tərəfi sülh müqaviləsi üzrə razılaşmaların həyata keçirilməsini hər vəchlə ləngidir. Hazırda konkret addımlar yoxdur. Qiymətləndirmə qruplarının səfərləri və gələn il tikinti işlərinə başlanacağı barədə açıqlamalar, işlərə faktiki olaraq başlanmayana qədər, praktikadan uzaq, sadəcə ritorikadan ibarətdir.

Sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və digər məsələlərlə bağlı praktiki addımları çox gözləməyəcəyimizə ümid etmək qalır”, – Vəlizadə yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
• İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13
• ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57
• Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54
• 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Dünən, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Dünən, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Dünən, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Dünən, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Dünən, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Dünən, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Dünən, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Dünən, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Dünən, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Dünən, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Dünən, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Dünən, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Dünən, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Dünən, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Dünən, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Dünən, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Dünən, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Dünən, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Dünən, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Dünən, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Dünən, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Dünən, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Dünən, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Dünən, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Dünən, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Dünən, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Dünən, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Dünən, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Dünən, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru