"Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? .....                     Məleykə Abbasazadə iradları dinləmək istəmir .....                     Paşinyanın “sülh baxışları” .....                     Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu .....                     “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” .....                     UNEC-in tenderini udan şirkətin vergi borcu varmış .....                     İsrail Türkiyə ilə savaşın qoxusunu alır .....                     ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib .....                     Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? .....                     44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə .....                     ABŞ İranın 7 şərtini yerinə yetirməlidir .....                     "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..." .....                     "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu .....                     Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? .....                     İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                     “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib .....                     Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? .....                     “Azərbaycan bizə yardım göndərdi” .....                     “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi .....                     DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi .....                     Azərbaycanda daha bir lombard şirkəti .....                     İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                     Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI .....                     Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi .....                     Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək .....                     Azər Bağırovun cəzası açıqlandı .....                     Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq .....                     "Bu adamların efirlərdə nə işi var?" .....                     "Laçınlılar yas içindədir, deputat toya gedir" .....                     Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                 

"Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Tarix: Bu gün, 01:34 | Çap et

Mənbə: Azadlıq Radiosu

"Buğda əkib nə qazanacağam axı? Yaz başlayan kimi borca batırıq". Cəlilabad rayonundan olan 51 yaşlı fermer Abbasəlinin səsində həm yorğunluq, həm də torpağa qarşı bir küskünlük duyulur. Onun sözlərinə görə, yaz girəndə əkin üçün götürülən borclar biçin vaxtı kəndlinin boynunu bükür.

Fermer söyləyir ki, üstəlik, yığılan məhsulun satış qiyməti çəkilən xərcləri belə ödəmir: "Toxum bir yandan, gübrə, traktor pulu bir yandan. Su davası isə lap zülmdür. Məhsul yetişəndə də görürsən ki, əldə qalan pul xərci çıxarmır. Nə borcu bağlamaq olur, nə də gələn ilin səpininə pul qalır – zəhməti çox, xeyri yox".

Azərbaycanın taxıl bazarında isə kəskin bir təzad hökm sürür. Yüksək maya dəyəri və ziyan ucbatından kəndlinin sahədən çəkildiyi bir vaxtda, ölkəyə idxal buğdası artan xətlə daşınır.

Buğdaya xərclənən 224 milyon dollar

Dövlət Gömrük Komitəsinin rəqəmlərinə görə, bu ilin ilk doqquz ayında Azərbaycan xaricdən 224 milyon dollarlıq buğda alıb. Ölkəyə gətirilən buğdanın ümumi çəkisi 1 milyon 44 min tonu ötüb. Keçən ilin eyni dövrü ilə müqayisədə gətirilən buğdanın həcmi 166 min tondan çox artıb ki, bu da təxminən 19 faizlik sıçrayış deməkdir.

İdxalın artdığı bir vaxtda ölkə daxilindəki taxıl zəmilərində əks mənzərə yaranıb. Dövlət Statistika Komitəsinin (DSK) avqustun əvvəlinə olan məlumatına görə, cari mövsümdə sahələrdən yığılan buğdanın həcmi 1 milyon 534 min ton təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 faiz azalma deməkdir.

Bu azalma torpağın az bar verməsindən qaynaqlanmır. Əksinə, hər hektardan götürülən orta məhsuldarlıq 33.6 sentnerdən 36.5 sentnerə yüksəlib. Əsas səbəb kəndlinin buğda əkdiyi sahələri kiçiltməsidir. Hesabat tarixinə qədər biçilmiş sahə bir ildə 467 min hektardan 421 min hektara qədər daralıb. Üstəlik, bu geriləmə təkcə builki məsələ deyil. DSK-nın məlumatları göstərir ki, ölkədə buğda istehsalı ardıcıl olaraq azalır; ötən il bu göstərici 4.5 faiz aşağı düşmüşdü. Buğda sahələrinin ildən-ilə daralması kəndlinin taxılçılıqdan uzaqlaşmasının sistemli xarakter daşıdığını deməyə əsas verir.

Məsələ təkcə sahələrin azalmasında deyil...

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, buğda idxalının artması təkcə daxili istehsalın azalması ilə bağlı deyil. Ekspertin sözlərinə görə, əhalinin ərzaq istehlakının çoxalması, yerli məhsulun tələbatı tam ödəməməsi və keyfiyyətli ərzaqlıq buğdaya olan ehtiyac da idxalın həcminə birbaşa təsir göstərir.

A.Nəsirlinin fikrincə, məhsuldarlığa mənfi təsir edən amillərdən biri suvarma problemidir. Bəzi təsərrüfatlarda bahalılıq ucbatından müasir texnologiyalardan, keyfiyyətli toxumdan və münbitliyi qoruyan aqrotexniki üsullardan kifayət qədər istifadə edilmir. Yanacaq, gübrə, toxum və texnika xərclərinin yüksək olması da işi çətinləşdirir.

Amma ekspert hesab edir ki, əsas məsuliyyət aqrar siyasətin səmərəsiz olması ilə bağlıdır. Dövlət dəstəyi sadəcə torpağın şumlanmasına və ya toxum paylanmasına deyil, hər hektardan götürülən keyfiyyətli məhsula hesablanmalıdır: "Fermerlərə toxum və gübrə paylamaqla iş bitmir. Aqronom məsləhəti, laboratoriya xidmətləri və müasir texnikaya çıxış təmin edilməlidir. Subsidiyalar elə qurulmalıdır ki, nəticəni stimullaşdırsın və şəffaf olsun".

"Yerində sayırıq" – rəsmi etiraf

Taxılçılıqdakı geriləmə ən yüksək rəsmi səviyyədə də təsdiqlənib. Bu ilin mayında prezident İlham Əliyev bildirib ki, ölkənin buğda ilə özünütəminetmə səviyyəsi cəmi 55 faiz təşkil edir. O vurğulayıb ki, aqroparkların mövcudluğuna, eləcə də dövlət dəstəyinə baxmayaraq, bu göstərici illərdir yerində sayır:
"Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq... Təbii ki, coğrafiyamızı, əkin sahələrini və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, özümüzü ərzaq buğdası ilə 100 faiz təmin etmək kimi bir hədəf qoymamalıyıq".

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış yolunu məhsuldarlığın artırılmasında görür. Nazir yerli mediaya bildirib ki, ərzaqlıq buğda proqramına daxil olan fermerlərin əkin sahələri genişləndirilir. Ötən il proqram çərçivəsində 22 min hektardan 126 min ton ərzaqlıq buğda yığılıb. Bu il isə əkin sahəsi 29 min hektara çatdırılıb: "Əsas hədəfimiz Azərbaycanda buğda məhsuldarlığını hektar başına 3 tondan 5 tona çatdırmaqdır".

Proqram çərçivəsində Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən buğdaya 2023-cü ildən başlayaraq beş il müddətinə subsidiya ödənilir. Aqrar Subsidiya Şurasının yeni mexanizminə əsasən, 22 ixtisaslaşmış rayonda müasir suvarma sistemləri ilə yetişdirilən buğda üçün daha yüksək dəstək nəzərdə tutulub. Belə ki, bu sahələrə ənənəvi suvarma və dəmyə əkinləri ilə müqayisədə iki dəfə çox — hektara 400 manat subsidiya verilir.

Amma bir çox müstəqil iqtisadçı hesab edir ki, bu yeni mexanizmdən daha çox oliqarx məmurlar bəhrələnəcək.

Yerli buğda istehsalı necə artırıla bilər?

İqtisadçı A.Nəsirlinin fikrincə, kəndlinin risklərini azaltmaq üçün onlara səpinqabağı ucuz kreditlər verilməli və texnika lizinqi təmin edilməlidir. Çünki idxal olunan buğda yerli məhsuldan ucuz başa gəldiyi müddətcə fermeri zəmidə saxlamaq mümkün olmayacaq. Bundan başqa, yetişdirilən taxılın zülal və keyfiyyət göstəriciləri un standartlarına cavab verməlidir. Bunun üçün də dəyirmanların keyfiyyəti bəhanə edib qiyməti süni şəkildə aşağı salmasının qarşısını alacaq müstəqil laboratoriyalar qurulmalıdır: "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda icra etdiyi layihələr çərçivəsində mühafizəedici əkinçilik texnologiyaları tətbiq olunub. Nəticədə Tərtərdə qışlıq buğdanın məhsuldarlığı hektardan 3.5 tondan 4.4 tona yüksəlib, bəzi təsərrüfatlarda isə su istifadəsinin səmərəliliyi 21-30 faiz artıb. Bu təcrübə sübut edir ki, düzgün texnologiya sayəsində mövcud torpaq və su ehtiyatlarından daha çox məhsul almaq mümkündür".

A.Nəsirlinin yanaşmasına görə, əsas məqsəd idxalı tamamilə dayandırmaq yox, strateji ərzaq məhsulu üzrə xarici asılılığı azaltmaq olmalıdır. Bunun üçün dövlət buğda istehsalı və tələbatı ilə bağlı uzunmüddətli proqnozlar hazırlamalıdır. Amma bütün bu planların uğuru birbaşa fermerin qazancından asılıdır. Elə AzadlıqRadiosuna danışan fermer Abbasəli də əkdiyi buğdadan qazanc götürmədikcə zəmilərdən uzaqlaşacağını gizlətmir: "Adamın torpaqdan soyuması çox ağırdır, amma daha gücümüz qalmayıb. Yəqin gələn il yonca əkəcəyəm, heç olmasa, heyvana bir faydası dəyər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
• İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13
• ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57
• Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54
• 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Dünən, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Dünən, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Dünən, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Dünən, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Dünən, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Dünən, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Dünən, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Dünən, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Dünən, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Dünən, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Dünən, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Dünən, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Dünən, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Dünən, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Dünən, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Dünən, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Dünən, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Dünən, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Dünən, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Dünən, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Dünən, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Dünən, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Dünən, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Dünən, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Dünən, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Dünən, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Dünən, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Dünən, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Dünən, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru