Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                     SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur .....                     AYNA ehtiyat hissələrin alışı və tərmirinə .....                     Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu .....                     "Oğlumun başına silah dirəsən də, oxumaz" .....                     Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir .....                     Avrasiya Universitetinin tələbələri bezib: .....                     Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? .....                     Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb .....                     General Zeynalovla kapitanın “şabalıd davası” bitdi .....                     Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub .....                     Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi .....                     Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! .....                     Köçəryanın həbs müddəti uzadılır .....                     Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı .....                     İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq .....                     Nəsimi Musayev Ermənistanda belə həbs olundu .....                     Kim Çen In insultdan sonra ölüb .....                     Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb .....                     Zəngilanın dirçəliş və qayıdış dövrü .....                     Yeni prokuror tanınmış hakimin oğludur .....                     Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi .....                     Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək .....                     Eldar Əzizov gələcək haqqında... .....                     10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? .....                     Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, .....                     Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                     “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                     Vətəndaş Starex-dən narazıdır .....                     Məhkəmə zalında həbs edilən məmurdan .....                     Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib .....                     Binəqədi rayonuna yeni prokuror təyin edilib .....                     “Yapı Kredi Bank” fırıldaqçıdır” .....                     Rəşid Behbudovun qızından şok iddia .....                 

Ankaranın Ukrayna ilə bağlı “qırmızı xətti” - Ərdoğanın qərarı nə olacaq?
Tarix: 10-04-2021, 09:32 | Çap et
Ankaranın Ukrayna ilə bağlı “qırmızı xətti”
Moskva və Kiyev arasında gərginlik pik həddə yaxınlaşmaqdadır. 10 apreldə Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında Ankarada müharibə öncəsi kritik görüş gözlənilir. Zelenski Donbasda vəziyyətin kəskinləşməsi, Rusiyanın sərhədə qoşun cəmləşdirməsi və irimiqyaslı müharibə riskinin artması fonunda Türkiyəyə səfər edəcək. O da məlumdur ki, Ukrayna Türkiyədən “Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin iri partiyasını alıb, habelə bu təyyarələrin birgə istehsalı barədə razılıq əldə olunub.

Hər kəsi bu sual düşündürür, Türkiyənin Ukrayna qərarı və ya seçimi necə olacaq? Rəsmi Ankara necə etməlidir ki, Rusiya ilə inkişafda olan münasibətlər zərər görməsin? Ərdoğan tərəflər arasında vasitəçi ola bilərmi?

Bu arada Rusiya prezident administrasiyası rəhbərinin müavini Dmitri Kazak Ukraynanı hədələyərək deyib ki, Kiyev hərbi əməliyyatlara başlasa, bu, Ukraynanın sonunun başlanğıcı olacaq. Bu informasiya savaşının elementidir, yoxsa real hədə?

Politoloq Əhəd Məmmədli mövzu barədə “Yeni Müsavat”a danışdı: “Türkiyə Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Rusiya ilə Ukrayna arasında müharibə olacağı təqdirdə belə Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək. Azərbaycanın ərazi bütövlüyü kimi Ukraynanın da suverenliyi Türkiyə üçün qırmızı cizgidir. Lakin bütün bunlara rəğmən, Türkiyə Rusiya ilə də münasibətləri qoruyub saxlayacaq. Hər iki dövlət çox milyardlı münasibətlər, kontraktlar, sazişlər bağlayıb. Bu əlaqələrdən imtina nə Ankara, nə də Moskvanın maraqlarına qətiyyən cavab vermədiyi üçün bu iki derjava bir-birləri ilə münasibətləri qoruyub saxlayacaq.

Bəli, Ərdoğan tərəflər arasında vasitəçi ola bilər. Təbii, bu vasitəçiliyi Zelenski ilə Putin qəbul etsə. Amma görünən odur ki, Rusiya hələlik barış yox, təhdid yolunu seçib. Rusiya 2016-cı ilin aprel müharibəsində Azərbaycanla da təhdid dili ilə danışmışdı. Rusiya real güc görməyənə qədər geri çəkilmir. Bunun üçün Ukrayna, Azərbaycan kimi real güc göstərməlidir ki, Rusiya geri çəkilsin. Rusiyanın da geri çəkilməyi üçün ABŞ birmənalı şəkildə Ukraynanın arxasında durmalıdır. Təbii ki, Türkiyə də Ukraynaya dəstək verməlidir. Ancaq belə olan halda Rusiya geri çəkiləcək. Rusiya, Donbasa görə ABŞ, Türkiyəni arxasına alıb, Ukrayna ilə müharibənin riskini dərk edib, güzəştə gedə bilər".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın vasitəçi olacağına inanmır: “Ukrayna-Rusiya münasibətləri o qədər gərgindir ki, heç bir dövlət bu istiqamətdə vasitəçi ola bilmir. Avropa dövlətləri çalışır, amma nəsə aldıra bilmirlər. Müəyyən formatlar yarandı. Bunların heç biri kömək edə bilmədi. Rusiya separatçılara dəstək verməyə davam edir. Atəşkəs intensiv olaraq pozulmaqdadır. Rusiyanın planında var ki, Ukraynanı iki yerə bölsün. Türkiyə üçün də çətin durum yaranıb. Çünki həm Rusiya, həm də Ukrayna ilə çox yaxın münasibətləri var. Digər tərəfdən siz də doğru olaraq xatırlatdınız ki, Ukrayna qardaş ölkədən pilotsuz uçuş təyyarələri alıb. Bu, Kremlin heç bir halda xoşuna gələ bilməz. Amma Türkiyənin öz milli və təhlükəsizlik maraqları var. Rəsmi Ankara daha ağır çətinliyə sürüklənə bilər. Amerika öz hərbi gəmilərini Qara dənizə göndərib. 1936-cı ildəki Montro anlaşması var. Böyük hərbi gəmilər üçün Türkiyədən icazə almalı idilər. İndi qardaş ölkə həmin gəmilərin Qara dənizə girişinə icazə versə, Rusiya ilə münasibətlərdə böyük gərginlik yaşayacaq. İcazə verməyəndə isə Ukrayna və Amerika ilə böyük gərginlik yaşayacaq. Yaxın günlərdə Türkiyə belə çətin seçimlə üz-üzə qala bilər. Bütün hallarda Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Amma istənilən halda qardaş dövlət münaqişədə iştirakçı olmayacaq. Separatçılıqla bağlı şimal qonşumuzun siyasətini Türkiyə bəyənməsə də, bunu etməz. Çünki ortaq layihələr var. Qaz anlaşmaları mövcuddur. Hərbi anlaşmalar var. S 400-lər məsələsi də var. Türkiyə çalışacaq ki, bu məsələdə çox da üzdə görünməsin. Amma çətin seçimlərlə üzləşməyə də özünü hazırlamalıdır. Yuxarıda dediyim kimi bunlardan biri ABŞ hərbi gəmilərinin Qara dənizə yaxınlaşmasıdır”.

Politoloq Dmitri Kazakın açıqlamasına da toxundu: “Bu, birbaşa real hədədir. Rusiyanın konkret planı hər kəsə məlumdur, Ukraynanı bölmək planı. Rusiya tək Krım, Donbasla kifayətlənmək istəmir. Rusdilli olan və Rusiyaya simpatiya bəsləyən Ukrayna ərazilərini ələ keçirmək istəyir. Bu açıqlama həm də sırf real proqramdır. Ukraynaya mesaj göndərilir ki, müharibəyə başlasanız, biz daha çox irəliləyə bilərik. Kremli sanksiyalar da qorxutmur. Çünki rəsmi Moskva kifayət qədər sanksiyalarla üz-üzədir. Rusiya işğalçılıq siyasətini Ukrayna yönəlik davam etdirmək istəyir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Bu gün, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Bu gün, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Bu gün, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Bu gün, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Bu gün, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Bu gün, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Bu gün, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Bu gün, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Bu gün, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Bu gün, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Bu gün, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
• Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
• "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12
• DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09
• Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04
• “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01
• Azərbaycanda süd istehsalı “yerində sayır” - RƏSMİ
Bu gün, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru