Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                 

Qazaxıstanda etirazlar niyə böyüdü - İNCƏLƏMƏ...
Tarix: 6-01-2022, 10:40 | Çap et
Qazaxıstanda etirazlar niyə böyüdü
DİA.AZ: - Qazaxıstanda gərginlik illərdi qaynayırdı, amma heç kəsin ağlına gəlməzdi ki, yanvarın 2-də Janaozen şəhərində onlarlar etirazçının küçəyə çıxması ölkədə kütləvi nümayişlərə, baş nazirin istefasına gətirəcək, etirazçılar hökumət binalarına girəcək, polisi, əsgərləri tərksilah edəcəklər.

DİA.AZ-ın məlumatına görə, AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Brüs Panyer yazır ki, Janaozendə maye qazın iki dəfə bahalanması əhalidə illərlə yığılmış məyusluğu alovlandırdı. Hökumət korrupsiyası, təbii resurslarla zəngin ölkədə pis iqtisadi şərait, azad və ədalətli seçki keçirilməməsi əhalinin səbr kasasını daşdırdı.

2016-cı ilin yazında Qazaxıstanda minlərlə insan torpaq özəlləşdirilməsi islahatlarına qarşı çıxıblar. Onda torpağın özəlliklə çinlilər olmaqla əcnəbilərə satılacağı haqda şayiələr yayılmışdı.

Ancaq etirazçıların tələb siyahısındakı məsələlərdən biri milli valyuta tengenin devalvasiyasından öncə xarici valyutada kredit götürmüş şəxslərin borc yükünün azaldılması ilə bağlı idi.

2015-ci ilin sonunda bir dolların 182 tengedən 340-a qalxması inflyasiyanı yüksəltdi. 2016-cı ilin yazında əhali etiraza çıxdı.

O zaman hökumət torpaq islahatı təklifini geri çəkdi, borcluların yükünü azaltmaqdan ötrü banklarla işlədi, maaşları, sosial müavinətləri qaldırdı.

Amma bütün bunlar əhalinin problemlərinin həllinə cüzi təsir göstərdi.

2019-cu ilin martında Qazaxıstanın ilk və o vaxtdan yeganə prezidenti Nursultan Nazarbayev istefa verərək, dostu və tərəfdarı Kasım Jomart Tokayevi varisi seçdi.

Tokayevin ilk addımlarından biri paytaxt Astananı Nur-Sultan adlandırmaq oldu. O, Nazarbayevin qızı Dariqanı ölkədə ikinci vəzifəyə, Senatın spikeri postuna gətirdi.

Bu addımlar da qazaxıstanlıların çoxunu qəzəbləndirdi. 2019-cu ilin 9 iyun erkən prezident seçkisindən əvvəl və sonra etirazlar baş verdi.

Üstəlik, Tokayevin dəyişiklik vədinə baxmayaraq, Nazarbayev Təhlükəsizlik Şurasının katibi kimi ölkə siyasətində əsas rolunu saxladı.

Müəllif Tokayevin istənilən islahat cəhdinin əhalinin ümidlərini doğrultmadığını yazır. Koronavirus pandemiyası isə hakimiyyətə etiraz nümayişlərinin qarşısını almaq fürsəti verdi.

Qazaxıstan parlamentinin aşağı palatası Məclisə 2021-ci ilin 10 yanvar seçkilərindən əvvəl və sonra da etirazlar oldu. Qeyri-demokratik keçmiş seçkilərin nəticələrinə görə, eyni hökumətyönlü partiyalar qanunverici orqana keçdi. Müxalifət partiyalarının seçkiyə getməsinə imkan verilmədi.

Senat üzvlərinin seçilməsində isə seçicilər ümumiyyətlə iştirak etmir.

O zaman Qazaxıstanda leksikona “ketlinq” termini daxil oldu. Polisin etirazçıları mühasirəyə alaraq həmin əraziyə heç kəsin girib-çıxmasına icazə verməməsinə “ketlinq” deyilir. Bəzən saatlarla çəkən bu taktikanın məqsədi etirazçıların planlarnı pozmaqdır.

İctimai yürüşlərlə bağlı yeni qanun isə hakim orqanlardan icazə alınmasını məcburi etdi. Hökumətin siyasətinə qarşı nümayiş planlaşdıranlara bir qayda olaraq icazə verilmirdi.

Hakimiyyət eyni zamanda fəallara, yürüş təşkilatçılarına qarşı qabaqlayıcı reydlər keçirdilər, sosial şəbəkələr vasitəsilə elan olunan nümayişlərdən öncə, ta aksiya müddəti bitənədək onları naməlum ittihamlarla saxladılar.

Bu arada bəzi sosial müavinətlər qaldırılsa da, adamlar tələblərinin hamısını əldə edə bilmirdilər. ötən il ölkədə hər şeyin bahalanması son 20 ilin ən böyük fəhlə etirazları və tətillərinə səbəb oldu.

Tətilçilərə müəyyən güzəştlər olunsa da, tələbləri tam yerinə yetirilmədiyindən tətili davam etdirdilər.

Nazarbayev istefa verəndə Qazaxıstanın yeni eraya daxil olacağı, əhalinin siyasətdə daha böyük rol oynayacağına, həyat səviyyəsinin yüksələcəyinə ümidlər yaranmışdı.

Üç il keçməsinə baxmayaraq, Tokayevin idarəçiliyi altında bunlar baş vermədi, sonucda məyus xalq kütləvi etirazlara çıxdı.

Nazarbayevin ailəsi və dostlarının inanılmaz sərvəti, dəbdəbəli həyatı haqda informasiyalar yayıldığı bir dönəmdə bir çox sakinlərin dolanışığı çətindir. Siyasi sistem isə əhalini çıxdaş etməkdədir. Bəzi müxalifət qrupları qeydiyyata alına bilmir.

Janaozendə hökumət bəzi məmurları etitrazçılarla görüşə göndərsə də, onlar nifrətlə qarşılanıblar. 2021-ci il etirazlarında da oxşar hal yaşanmışdı. İki hökumətyönlü partiyadan rəsmilər tətil edən neftçilərlə görüşdə onlara deyiblər ki, “biz sizin seçdiyiniz deputatlarıq”. Fəhlələr isə belə cavab veriblər: “Sizi bu postlara təyin ediblər – sizi xalq seçməyib”.

Son illər Qazaxıstanda “Şal ket”, yəni “rədd ol, qoca” sözləri tez-tez eşidilirdi. Bu sözlər həm Nazarbayevə, həm də onun yaratdığı sərt rejimə aid edilir.

Brüs Panyer Qazaxıstanda indiyədək görünməyən etirazların xalqın hökumətə etimadsızlığının göstəricisi olduğunu yazır.

“Görünən odur ki, rəsmilərin qazaxıstanlılara verdiyi yarımçıq vədlər, etdiyi cüzi güzəştlər bu dəfə işə yaramayacaq”, – müəllif yazır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru