Rusiya-Ukrayna qarşıdurması növbəti mərhələyə qədəm qoyur - İNCƏLƏMƏ...
Tarix: 19-02-2022, 09:22 | Çap et
 ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın danışıqlar aparmaq təklifinə müsbət cavab verdiyini deyib. Onun sözlərinə görə, gələn həftənin sonunda Rusiya XİN başçısı Sergey Lavrovla Amerikanın dövlət katibi Entoni Blinken Avropada görüşəcək: “Biz Rusiyanın Ukraynanı işğal etməyəcəyi şərti ilə razılaşdıq. Əgər yaxın günlərdə işğal etsələr, məlum olacaq ki, onlar heç vaxt diplomatiyaya ciddi yanaşmayıblar”.
Xatırladaq ki, iki gündür Ukraynanın Donbass əyalətində lokal döyüşlər baş verməkdədir. Fevralın 17-dən etibarən separatçılar Ukrayna silahlı qüvvələrinin mövqelərini atəşə tuturlar. Amerika Prezidenti Cozef Bayden Rusiyanın bir neçə gün ərzində Ukraynaya hücum edəcəyini deyib. Bayden müharibə riskinin çox yüksək olduğunu söyləyib. Ukraynanın NATO-dakı missiyasının rəhbəri Natalya Qalibarenko da bildirib ki, separatçılar Rusiyanın hücumu üçün zəmin yaradır.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması Rusiyanın hücum üçün bəhanə axtardığını göstərir: “Ötən gün təkcə Stanitsa Luqansk deyil, eyni zamanda Marinka və Troitskoe də atəşə tutulub. Təəssüflər olsun ki, Rusiyanın Ukraynanın vəziyyəti gərginləşdirməsi bəhanəsi ilə hücuma keçəcəyi barədə proqnozlar özünü doğruldur”. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov da qeyd edib ki, Moskva Kiyevə qarşı təxribatlara başlayıb: “Ukrayna hakimiyyəti bu gün dövlətə qarşı genişmiqyaslı əməliyyat təhlükəsi görmür, lakin Rusiyanın təxribatlarını qeydə alır”. DİA.AZ-ın məlumatına görə, Ukrayna ətrafında cərəyan edənləri “Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ukraynanın Donbass bölgəsində lokal döyüşlər Rusiyanın öz ordu birləşmələrinin bir qismini geri çəkməklə başladı. Analitikin sözlərinə görə, Rusiya 100 mindən artıq qoşunu Ukrayna sərhədlərinə yerləşdirsə də, “işğal siyasəti” iflasa uğradı:
“Rusiya rəhbərliyi hesab edirdi ki, Qərbin birliyi baş tutmayacaq və parçalanacaq. Amma soyuq müharibənin memarlarından olan Co Baydenin Ağ Evdə oturmasını hesaba almadılar. Bayden Avropa İttifaqını toparlayaraq Rusiyaya qarşı Qərbin vahid cəbhəsini təşkil edə bildi. Moskva belə bir koalisiyanı gözləmirdi. Qərbin geri çəkilməməsi Rusiyanın Ukraynaya güc tətbiq etməməsinə səbəb oldu. Ukraynaya genişmiqyaslı hücum ABŞ və NATO qarşıdurması deməkdir. Bu isə Rusiya iqtisadiyyatının tamamilə məhv olması anlamına gəlir. Rusiya qoşunlarını sərhəddən geri çəksə də, Donbassda separatçılar vasitəsilə Ukraynaya qarşı artilleriya zərbələri endirdi. Əgər Ukrayna öz ərazilərini işğaldan azad etməyə başlasa, Moskva dərhal separatçıların “müstəqilliyini” tanıyacaq. Rusiya növbəti dəfə Qərblə danışıqlarda öz təkliflərinin qəbul edilməsinə nail olmağa çalışacaq. Donbassda gərginlik isə səngiməyəcək. Artıq ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar paketini qəbul etdi. Bununla tərəflərin siyasi-hərbi qarşıdurması növbəti mərhələyə keçir”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23 |
|
|
|
| • Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15 |
|
|
|
| • ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13 |
|
|
|
| • Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06 |
|
|
|
| • ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01 |
|
|
|
| • Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11 |
|
|
|
| • Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08 |
|
|
|
| • Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36 |
|
|
|
| • Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28 |
|
|
|
| • "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21 |
|
|
|
| • ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17 |
|
|
|
| • “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16 |
|
|
|
| • Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12 |
|
|
|
| • Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10 |
|
|
|
| • Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07 |
|
|
|
| • Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05 |
|
|
|
| • Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01 |
|
|
|
| • "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55 |
|
|
|
| • Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46 |
|
|
|
| • Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21 |
|
|
|
| • "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15 |
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56 |
|
|
|
|