Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                 

“Qapalı səma” nədir və NATO onu Ukraynaya niyə vermir? - İNCƏLƏMƏ...
Tarix: 8-03-2022, 08:01 | Çap et
“Qapalı səma” nədir və NATO onu Ukraynaya niyə vermir?
Qapalı səma – NATO-nun hava hücumundan müdafiə (HHM) sistemidir. NATO-nun özü bu termindən istifadə etmir. Alyansın HHM sisteminin, ümumiyyətlə, vahid adı yoxdur. NATO HHM sistemi – düşmən təyyarə və raketlərindən müdafiə üçün nəzərdə tutulmuş bir neçə sistemin toplusudur. “Qapalı səma” sisteminin ən vacib hissəsi Active Layered Theater Ballistic Missile Defence (ALTBMD) (Aktiv Qatlı Ballistik Raket Müdafiə sistemi – red.) adlanır. Bu, NATO-nun raketdən müdafiə üzrə kontinental qalxanı sayılır.

Sözün əsl mənasında fantastik sistemdir. Buraya yüksək hündürlükdə daimi nəzarət aparan Lockheed Martin F-35 qırıcı-bombardmançıları daxildir. Təyyarələr yüksək həssaslığa malik radiolokasiya sistemləri (RLS) ilə təchiz olunub. Təsəvvür edin, cəmi bir neçə F-35 planetin bir yarımkürəsinə nəzarət etməyə, raketlərin buraxıldığı yeri qeydə almağa və onun trayektoriyasını müəyyənləşdirməyə bəs edir.

F-35-lərin ötürdüyü məlumatlar yerdəki RLS-ə və idarəetmə mərkəzinə daxil olur. Dərhal da önləyici raketlər işə salınır.

Avropada indinin özündə də geniş şəkildə istifadə olunan bu sistemlərin dəyəri bir neçə trilyon dollardır (bu barədə dəqiq məlumat yoxdur – red.). Tək F-35 qırıcısının qiyməti isə milyard dollardan artıqdır.

Ancaq necə deyərlər, verilən pula dəyər. Sistem o qədər mükəmməl qurulub ki, hətta eyni zamanda buraxılan istənilən sayda düşmən raketini məhv etməyə qadirdir.

Yaxşı, bəs NATO bunu Ukraynadan niyə əsirgəyir?

Bu heyrətamiz qalxan NATO üzvü olan ölkələrin üzərində 90 faiz qurulub və normal şəkildə işləyir. Paradoksal olan budur ki, “qapalı səma” sisteminin haqqında söz açdığımız ən vacib komponenti Ukraynanın ən böyük probleminə çevrilib.

Hələ 2009-cu ildə ABŞ prezidenti Barak Obama bu layihənin reallaşdırılmasına başlanıldığını elan etdi. Və… Bəli, bəli. Putin dərhal buna etirazını bildirdi. Etiraz məntiqli idi – NATO-nun bu HHM sistemi Avropanı Putinin raketləri üçün əlçatmaz edirdi! Rusiyanın HHM sistemləri sayılan C-200 və C-300 faktiki olaraq, F-35-ə qarşı dayanmaq gücündə deyildilər. Ekspertlər bildirirdilər ki, hələ 20 il sonra da Rusiya bu sistemin qarşısına nəsə çıxartmaq gücündə olmayacaq. F-35-in ən mühüm özəlliyi eyni zamanda həm hücum etmək, həm də müdafiə olunmaq imkanıdır.

Rusiya hesab edirdi ki, NATO bu sistemi yaratmaqla, Avropada Adi Silahlar Haqqında müqaviləni pozub. Bir sözlə, iş başlamamış gərginlik maksimuma çatdı.

Bax, indi NATO-nun çəkindiyi bu məsələdir – Ukraynada “qapalı səma” sistemi işə salınsa, Alyansın Rusiya ilə hərbi münaqişəsi başlayacaq. Putin NATO sistemlərinin Polşa, Rumıniya və Çexiyadakı bazalarını məhv etməyə cəhd edəcək. NATO, təbii ki, cavab zərbəsi endirəcək. Və üçüncü dünya müharibəsi hazırdır. Onun isə bircə nəticəsi olacaq – sivilizasiyanın məhvi, insanlığın sonu…

Dalan? Yoxsa Ukrayna nəsə edə bilər?

Ukrayna səması bağlansa, Putin doğrudanmı NATO HHM bazalarını vurar? Bu, hələ bəlli deyil. O, bir neçə dəfə xəbərdarlıq edib ki, Ukraynadan gözünüzü çəkməsəniz, Avropanı vura bilərəm. Həqiqətən də vurarmı, heç kim bilmir. Hələ ki, heç kim onu belə bir seçim qarşısında qoymayıb.

Keçmişdəki bütün bənzər epizodlarda (Gürcüstan, Donbas, Suriya) NATO ona baş qoşmamağa çalışırdı. Bəs, birdən öz gücünü göstərməyə cəhd etsə? Onda necə olacaq?

Bir şey aydındır ki, Zelenski “qapalı səma” məsələsində israr göstərməkdə haqlıdır. Yeri gəlmişkən, Avropada Ukrayna prezidentini bu mövzuda dəstəkləyən qüvvələr meydana çıxır. Hələ ki, azlıqda qalsalar da…

Bir sözlə, Ukrayna üçün “qapalı səma” – xilas deməkdir. Bu, müharibənin gedişini və nəticələrini əsaslı şəkildə dəyişdirəcək yeganə faktordur.

Bəlkə “Dəmir günbəz”?

İsrail HHM sistemi olan “Dəmir günbəz” (ivritcə – Kipat barzel) sınaqdan uğurla çıxmış və yaxşı nəticələri olan sistemdir. Ancaq bu sistem orta və uzaq mənzilli raketlərə qarşı hesablanıb. Rusiyanın “İskander”inə qarşı çətin ki, dayana bilsin.

Ukrayna öz “günbəz”ini yarada bilərmi? Əlbəttə. Amma zaman, texnologiya, mütəxəssis hazırlığı, sınaqlar, təlimlər… bütün bunlara vaxt lazımdır, o isə sadəcə, yoxdur.

Bəs bu şəraitdə qərb Ukraynaya real olaraq necə kömək edə bilər?

Cavab sadədir – özünün Patriot, yaxud THAAD tipli HHM sistemlərini verməklə. Bu sistemlər, 100 faizlik olmasa da, hazırkı vəziyyəti xeyli dərəcədə yaxşılaşdıra bilər. Bu cür mobil və universal sistemlər təyyarə və raketləri asanlıqla məhv etməyə qadırdir.

Hə, bu yerdə bir şad xəbəri bölüşmək olar. Ukrayna hazırda bu cür HHM sistemlərini qəbul etməyə hazırlaşır. Nə vaxta, hansı sistemləri, təchizatın həcmi – bunlar, təbii ki, sirdir.

Başqa bir sirr də var. Hələ ki, NATO-nun heç özü də bilmir ki, onun malik olduğu bu taktiki sistemlər Putinin yüksək dəqiqlikli silahları qarşısında nə dərəcədə effektivdir. Bax, bunu yoxlamaq üçün əsl fürsətdir.

Daha bir fürsət isə bu günlərdə meydana çıxıb – NATO-nun Ukraynaya HHM sistemləri göndərməsinə əvvəl etiraz edən Macarıstan indi qərarını dəyişib, qapıları açıb…

Press Klub








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru