Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                 

Ermənistana sığınan rusiyalılar
Tarix: 8-03-2022, 12:55 | Çap et
Ermənistana sığınan rusiyalılar
Rusiya Ukraynaya irimiqyaslı hücumuna görə sanksiyalarla üzləşəndən Ermənistana sığınan rusiyalıların sayı artıb. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti xəbər verir.

Prezident Vladimir Putinin Ukraynaya qanlı hücumu Rusiyanı beynəlxalq miqyasda təcrid etməkdədir. Aİ-nin 27 üzvü daxil olmaqla 33 ölkə hava məkanını Rusiya şirkətlərinin üzünə bağlayıb.

Əhalinin əksəriyyətinin rusca danışdığı, hökumətinin Rusiyanın təcavüzünü pisləmədiyi, Kremlə qarşı sanksiyalara qoşulmadığı Ermənistan rusiyalılar üçün əlçatan sığınacaqlardır. Elə mediada işləyən rusiyalı Aleksey martın 3-də Yerevana çatıb.

Biletlər satılmışdı

“Mən Ermənistanla Gürcüstan arasında seçim etməli oldum, çünki artıq bəzi aeroportlar bağlanırdı. Logistik baxımdan mənim üçün ən asanı Yerevana gəlmək oldu”, – Aleksey deyir.

Ermənistan Rusiyanın başçılıq etdiyi KTMT üzvü, Rusiyanın strateji tərəfdaşıdır. Moskvanın Ermənistandan hərbi bazası var, Azərbaycanın Dağlıq Qarabağ ərazisinə də Rusiya hərbçiləri yerləşdirilib.

“The Guardian” qəzeti martın 3-də Moskvadan Yerevana, eləcə də İstanbul və Belqrada biletlərin qabaqcadan satılıb qurtardığını yazırdı.

Ermənistana gedən bəzi rusiyalıların radioya dediyinə görə, Rusiyada qalan dostları, tanışları məhz Qərbin sanksiyaları üzündən ölkədən getməyi düşünürlər, ya da artıq bunu həyata keçiriblər.

“Bir çox şirkətlərin yaxın gələcəkdə xaricə köçəcəyini eşitmişəm, çünki Rusiyada idxal, ixrac, maliyyə ilə bağlı sahələrdə biznes qurmaq daha mümkün deyil”, – kimliyini açıqlamaq istəməyən başqa bir rusiyalı deyib.

Şirkətlər köçür

Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobian martın 1-də iddia edib ki, Rusiyanın texnologiya şirkətləri qərbin sanksiyalarından qorunmaq üçün əməliyyatları Ermənistana köçürürlər. “Ondan çox şirkət artıq köçüb, digərləri isə yoldadır”, – nazir vurğulayıb.

Amma o, şirkətlərin adlarını açıqlamayıb.

Rusiyada texnologiya şirkətində işləyən, Yerevana bilet almış bir mühəndis qərarını təkcə iqtisadi səbəblərlə deyil, həmçinin ölkəsinin Ukraynaya hücumuna etirazıyla əlaqələndirir.

“Şirkətimiz getmək istəyənlərə kömək vəd edib, amma necə edəcəyini deməyib. Ona görə mən özüm gedirəm”, – adının çəkilməsini istəməyən qadın əməkdaş vurğulayıb.

Rusiyalı proqramı Yevgeni də ermənistana köçməyi planlaşdırır. O, Ermənistanın 20 minədək işçisi olan informasiya texnologiyaları sahəsində iş tapacağına ümid edir.

ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu ölkənin yüksək texnologiyalara çıxışını məhdudlaşdırmağı, şirkətlərinin xaricdə maliyyə tranzaksiyalarını çətinləşdirməyi nəzərdə tutur.

IT sektoruna maraq böyükdür

Rusiyalı peşəkarlar özəlliklə Ermənistanın IT sektoruna maraq göstərirlər, bəziləri artıq iş də tapıblar. Bunu Müasir Texnologiya Müəssisələri Birliyinin başçısı Hayk Çobanyan deyir. O, bir həftəyə rəqəmlərlə danışmağın mümkün olacağını söyləyib.

Prezident Putin Rusiyadan fərdlərin 10 min dollardan artıq vəsait çıxarmasını qadağan edən sərəncam imzalayıb.

Yerevanın Zvartnots aeroportunda çoxsaylı rusiyalılar Ermənistana niyə gəldiklərini açıqlamayıblar, bəziləri sadəcə turist olduqlarını deyiblər.

AzadlıqRadiosu-nun əməkdaşları Yerevan küçələrində rusiyalıların sayının artdığını bildirirlər. Bəziləri Ukrayna ilə müharibəyə görə gəldiyini deyib, amma heç də hamısı qalmağı planlaşdırmır.

“Çox güman, bir neçə ay qalaram. Sonra Avropada iş taparam”, – bir rusiyalı belə deyib.

Neytrallıqla loyallıq arasında

Baş nazir Nikol Paşinyan hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan neytrallıqla Putinə loyallıq arasında mövqe tutmağa çalışır.

Ermənistan BMT Baş Assambleyasının Rusiyanın Ukraynanı işğalını qətiyyətlə pisləyən qətnaməyə səsvermədə bitərəf qalıb.

Həmin qətnamənin əleyhinə Rusiya, Belarus, Eritreya, Şimali Koreya və Suriya səs verib.

Ermənistan indiyədək Rusiyanın Krımı ilhaqını pisləyən, Ukraynanın bu yarımada üzərində suverenliyini təsdiqləyən BMT qətnamələrinin əleyhinə səs verib.

Fevralın 25-də Yerevan Rusiyanın Avropa Şurasında üzvlüyünə xitam verilməsinin əleyhinəsəs verib və Rusiya ilə birgə mövqe sərgiləyən yeganə ölkə olub. Qurumun 42 üzvü qərarı dəstəkləyib.

Paşinyan isə martın 2-də deyib ki, Ukraynadakı müharibə Yerevanı “dərindən məyus edib”. O, Rusiya-Ukrayna danışıqlarının “nəticə verəcəyinə” ümidini bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru