Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                 

Kadırovçular Ukraynada və ya Rusiyanın hələ çoxmu gücü qalıb? - İNCƏLƏMƏ...
Tarix: 17-03-2022, 07:37 | Çap et
Kadırovçular Ukraynada və ya Rusiyanın hələ çoxmu gücü qalıb?
Onlar faktiki olaraq real döyüşlərdə iştirak etmirlər. Amma sosial şəbəkələrdə özlərini reklam edirlər. Kadırovun adından “humanitar yardım” paylayır, bayraqlarla şəkil çəkdirirlər”. DİA.AZ xəbər verir ki, bunu "Current Time" saytına nüfuzlu "Conflict Intelligence Team" təhqiqat qrupunun əsasını qoymuş Ruslan Leviyev deyib.

O diqqəti kadırovçuların Ukraynadakı fəaliyyətinin qəribəliklərinə çəkir:

“Kadırovçular nizami qoşuna daxil deyillər. Onlar formal olaraq Rosqvardiyanın bir bölümü sayılır. Amma mühüm bir məqam var: Onların fəaliyyət zamanı federal mərkəzə heç də həmişə tabe olmadıqları müşahidə olunub. Kadırovçuların Rosqvardiya üzrə əmrlərə məhəl qoymamasına görə dolayısı ilə toqquşmalar da baş verib. Bu hər halda Ramzan Kadırovun özəl ordusudur”.

PR qoşunu

Leviyev bildirir ki, bu “ordunun” əsas fəaliyyəti özünüreklamdır:

“Biz görürük ki, onlar münaqişənin əvvəlindən Ukraynadadırlar, amma onların döyüşlərdə iştirakını bircə dəfə də görməmişik. Bunları biz bir növ “PR-qoşunu” adlandırırıq. Yəni onlar çoxlu qəşəng videolar çəkir, avtomatla gəzir, evləri “təmizləyir”, guya humanitar yardım paylayır və dinc əhalinin qayğısına qalırlar. Onlar Zelenskini və Ukrayna ordusunu hədələyirlər: “biz bütün Ukraynanı iki günə təmizləyirik” filan. Amma artıq müharibə 21 gündür ki, gedir, bəs o iki gün harda qalıb?”

Leviyevin fikrincə, Ramzan Kadırovun dəstəsi ümumiyyətlə döyüşlərdə iştirak üçün nəzərdə tutulmayıb və onları hərbi əməliyyatlarda iştirak üçün hazırlamayıblar:

“Onlar vaxtlarını Kiyev yaxınlığında keçirirlər. Biz onları Melitopolda da görmüşük. Onlar vaxtın çoxunu gəzmək və video çəkməklə məşğuldurlar. Amma bir insident də olub. Fotolardan birindən belə başa düşmək olar ki, həlak olmuş kadırovçuların cəsədləri görünür. Bugünlərdə gülləbatmaz şüşələri olan kiçik bir cipin şəkli vardı. Orada iki cəsəd görünür. Cəsədlərin uzanmasından görünür ki, onları pusquya salaraq güllələyiblər. Onların geyim formasından bu qərara gəldik ki, bunlar kadırovçulardır. Amma kadırovçuların əsl hərbi döyüşdə iştirakını hələki bir dəfə də görməmişik”.

“Ura, biz baza ələ keçirmişik!”

Leviyev deyir ki, kadırovçuları əsasən Kiyev, Qostomel, Buça, İrpen istiqamətində görmək olar:

“Bir videoda onların bayraq asdıqlarını görürük. Bu Ukrayna milli qvardiyasının bazasıdır. Amma çəkdikləri videoda lovğalanırlar ki, milli qvardiyanın bazasını tutublar. Lakin həmin baza onlar gələndə artıq boş olub. Yəni orda döyüş olmayıb, Ukrayna milli qvardiyaçıları öldürülməyib. Onlar sadəcə olaraq boş bazaya gəliblər, öz bayraqlarını asıblar və məruzə ediblər: “Ura, biz baza ələ keçirmişik!””

Ekspert danışır ki, belə görünür, kadırovçular Ukraynanın Varta zirehli avtomobillərini də bu boş bazada tapıblar:

“Onların bütün “qələbələri” belədir. Boş bazaya gəlmək, bayraqlarını asmaq və “ura, biz qalib gəldik” qışqırmaqdır. Onların PR-ı ümumilikdə aqressiv ritorikalıdır. Məsələn, “biz igid oğlanlarıq, biz Kiyevi iki günə təmizləməyə hazırıq, Putin bizə əmr elə”. Amma ötən üç həftə ərzində onlar bir döyüşdə də iştirak etməyiblər”.

Ruslan Leviyev bu yaxınlarda Ukraynanın Donetskə Toçka U raketi atmasına da inanmır. O bildirir ki, raketin yerdəki quyruğu və başqa qalıqları onun cənub-şərqdən atıdlğını göstərir.

Leviyev Donbas separatçılarının guya bu raketi göydə vurduqlarına dair iddiaları da rədd edir. Onun sözlərinə görə bu halda vurulan raketin yerə düşən hissələri bütöv qala bilməzdi.

Rusiya üçün böyük mühasirə təhlükəsi

Rusiyanın canlı qüvvəsi haqqında suallara cavab verən Leviyev bildirir ki, Moskvanın müharibə ərəfəsində sərhədə yığdığı ehtiyat canlı qüvvənin əksəriyyəti artıq Ukrayna ərazisində gedən döyüşlərdədir:

“Bununla yanaşı biz görürük ki, onlar yeni ehtiyat qüvvələri, texnika gətirirlər. Bunlar Rusiyanın müxtəlif regionlarından gətirilir. Ən sonuncu gördüyümüz isə kadırovçuların yeni karvanıdır. Bu karvan Qafqaz boyunca Rusiyanın qərbinə doğru hərəkət edir. Bundan sonra onlar ya Krıma, ya da Rostov vilayətinə, Belqorod tərəfə burulacaqlar. Bunu hələ izləmək lazımdır”.

Leviyev bildirir ki, Rusiyanın Suriya könüllülərini toplayacağına dair bəyanatlarını əvvəlcə blef kimi qəbul ediblər. Amma hazırda Suriyadakı Latakiya bazası ilə Rusiya arasında nəqliyyat təyyarələrinin fəallaşdığı görünür. Belə bir təsəvvür yaranır ki, onlar kimlərisə daşıyırlar. Ekspert hesab edir ki, Rusiyanın hazırkı döyüş tempini saxlamaq üçün hələ kifayət qədər ehtiyatı var:

“Bir çox ekspertlər deyirlər ki, guya on gündən sonra dönüş nöqtəsi çatacaq və daha sonra eskalasiya öləziməyə başlayacaq. Prinsipcə sakitləşmə artıq başlanıb. Mən Rusiya generallarının yerinə olsaydım Kiyev, Xarkov, Odessanın mühasirəsindən imtina edər, bütün qüvvələri şərqə atardım. Orada birləşmiş əməliyyat qüvvələri Rusiya qüvvələrini mühasirəyə salmağa çalışırlar. Amma Rusiya generalları və Kreml buna inanmaq istəmirlər. Onlar bütün itkilərə, dəyən ziyana baxmayaraq əvvəlcədən planlaşdırılmış yolla gedərək Kiyevi, Çerniqovu, Sumını mühasirəyə almağa, Odessaya dəhliz açmağa çalışırlar”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru