Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Putinizm çökür, regionda çox ciddi hadisələr baş verəcək” - Sabiq nazir
Tarix: 19-04-2022, 14:59 | Çap et
“Putinizm çökür, regionda çox ciddi hadisələr baş verəcək”
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın günlərdə qətlə yetiriləcəyini iddia edib. Deyib ki, Ukrayna rəhbəri son günlərini yaşayır: “Burada oxudum ki, Zelenski on il döyüşməyə hazır olduğunu bəyan edib. Ay axmaq, sən nəsən? O qədər vaxtımız yoxdur, bu günlərdə səni bitirəcəyik. Məncə, səndə şizofreniya xəstəliyi var. Sən son günlərini yaşayırsan”.

Qeyd edək ki, ukraynalılar kimi, çeçenlər da Rusiyanın hücumuna məruz qalıblar. 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş müharibədə 18 min çeçen hərbçisi və qeyri-rəsmi mənbələrə görə, 100 min (rəsmi məlumatlara görə isə 50 min) mülki şəxs qətlə yetiriib. Bu, Rusiya daxilində muxtar vilayətlərin Kremlə qarşı ilk azadlıq tələbi sayılır.

Moskvanın hücumları zamanı 100 mindən artıq soydaşının qətli fonunda Çeçenistan Prezidentinin bu açıqlaması birmənalı qarşılanmır. Ortaya suallar çıxır: niyə digər muxtar vilayətlərin deyil, məhz Çeçenistanın rəhbəri Ukraynaya və onun rəhbərinə qarşı kin püskürür? DİA.AZ xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində bu və digər məsələlər ətrafında danışıb.

- Ramzan Kadırovun Zelenskini qətlə yetirəcəkləri barədə bəyanatı dünya gündəminin manşet mövzularından biridir. Sizcə, Çeçenistan rəhbəri Ukraynaya qarşı niyə belə fəallıq nümayiş etdirir?

- Çeçenistanda vaxtilə baş vermiş etirazlarla Ramzan Kadırovun arasında heç bir əlaqə yoxdur. Kadırov təslimçi və Qroznının Kreml tərəfindən təyin olunmuş rəhbəridir. Burada situasiya kifayət qədər aydındır. O, Rusiyanın vətəndaşıdır və Prezident Vladimir Putini dəstəkləyən bir siyasət yürüdür. Rusiya hüquq-mühafizə orqanlarının zabitidir, hətta general rütbəsinə də layiq görülüb. Sözsüz ki, onun bu cür bəyanatı Putinin siyasətini dəstəkləmək məqsədilə səsləndirilib. Burada təəccüblü bir şey görmürəm. Bu, onun vəzifə borcu olmaqla yanaşı, həm də ənənəvi tərzidir. Sual oluna bilər ki, o, vəzifə borcunu necə anlayır, necə başa düşür. Lakin bu, tamamilə ayrı bir mövzudur. Kadırovun ruhuna uyğun bir bəyanatdır və ondan fərqli mövqe gözləməyə də dəyməz.

- Təbii ki, Kadırov Kremlin sözünü deyir. Onun fəallaşmasının əsas səbəbi ağır sanksiyalar fonunda daxildə etiraz dalğasını neytrallaşdırmaq cəhdindən qaynaqlanır?

- Müasir dövrün üstünlüyü ondan ibarətdir ki, istənilən ölkədə baş verən hadisələrdən anında xəbər tuta və buna müvafiq olaraq müəyyən mühakimələr yürüdə bilirsən. Görünən odur ki, Rusiya daxilində məmurlar, o cümlədən vilayət rəhbərləri arasında Prezident Vladimir Putinə daha yaxşı görünmək üçün gərgin bir rəqabət mövcuddur. Belə bir həssas məqamda həmin məmurlar özlərinə olan ehtiyacı artırmağa çalışırlar. Hətta rusiyalı məmurlar arasında münasibətlər bəzən qarşıdurma səviyyəsinə də çatır. Misal olaraq deyə bilərik ki, bir müddət öncə Kadırovla Putinin sözçüsü Dmtiri Peskov arasında da qarşıdurma yaranmışdı. Hətta Çeçenistan rəhbəri Prezidentin sözçüsünü əsl vətənpərvər kimi davranmamaqda ittiham edir və bu xüsuda ona qarşı tədbir görülməsi tələbini irəli sürürdü.

Başa düşməliyik ki, Rusiyada dərin siyasi böhran hökm sürür. Bu daxili böhranın elitanın arasında getdiyi də hər kəsə məlumdur. Yəni, ilk baxışdan bu, bir o qədər də müşahidə edilməsə də, əslində böhran xaotik xarakter almaqdadır. Bu kimi bəyanatlar həm də daxili çəkişmələrin təzahürüdür. Daxildə olan məmurlar Putinə daha sadiq olduqlarını nümayiş etdirməyə səy göstərirlər. Kadırov da özünü Putinə ən sədaqətli kadr kimi göstərməyə çalışır. Məsələnin mahiyyətində məhz bu amil dayanır.

- Mümkündürmü ki, Çeçenistanda yenidən etirazlar baş qaldırsın və digər vilayətlər üçün zəmin rolunu oynasın?

- Birmənalı şəkildə söyləmək olar ki, mövcud böhran nəticəsində mərkəzi hakimiyyətin proseslərə təsir imkanları azalacaq. Mərkəzdənqaçma meylləri davam edəcək. Onsuz da bu faktor Rusiya Federasiyası üçün hər zaman böyük təhlükə mənbəyi idi. Bu tendensiyaların güclənməsi gözlənilən bir məsələdir. Yəni, təxminən bu vəziyyət Sovet İttifaqının dağılmasına bənzəyə bilər. Məhz mərkəzdənqaçma meylləri sovet imperiyasının süqutunu şərtləndirdi. Bu gün Rusiyada baş verənlərlə o vaxtı hadisələr arasında oxşarlıqlar çoxdur.

Çeçenistana gəldikdə isə, çeçenlər həm Rusiya, həm də Ukrayna tərəfdən döyüşlərdə iştirak edirlər. Kadırova müxalif olan qüvvələr Ukrayna, onunla həmrəy olan qüvvələr isə Rusiya tərəfindən döyüşlərə qatılıblar. Təbii ki, Ukraynada döyüşən çeçenlər müstəqillik tələbi ilə çıxış edirlər. Hadisələrin gedişatı ilə bağlı qəti fikirlər söyləmək çətin olsa da, demək olar ki, bir müddət sonra Rusiya daxilində mərkədənqaçma meylləri güclənəcək və Kadırova müxalif çeçenlər də bu prosesdə aktiv iştirak edəcəklər.

- Rusiyanın gələcəyi ilə bağlı proqnozunuz nədir? Kreml iddia edir ki, bir müddət sonra Qərb özü sanksiyaların ləğv edilməsi qarşılığında birgə əməkdaşlıq təklifləri edəcək.

- Hesab edirəm ki, bu müharibənin ən əsas nəticələrindən biri o olacaq ki, “putinizm” adlandırılan siyasi təsisat süquta uğrayacaq. Düzdür, Rusiyada keçirilən sosioloji sorğularda Putinin xalq tərəfindən dəstəkləndiyi öz əksini tapır. Əslində isə bu, qətiyyən belə deyil. Əminəm ki, həm siyasi, həm sosial-iqtisadi baxımdan Kremlə müxalif olan qüvvələrin sayı daha çoxdur. Sanskiyalar fonunda isə onların sayı durmadan artacaq. Çünki Rusiya iqtisadiyyatı çökür və bu, Putin rejiminin sonuna gətirib çıxaracaq. Konkret müddətlə bağlı qəti proqnoz səsləndirmək mümkün olmasa da, bunun bir o qədər də uzaq tarixdə baş verməyəcəyi yəqindir. Artıq putinizm sürətlə finişə doğru irəliləyir və söylədiyim kimi, Rusiya daxilində ciddi etirazlar baş qaldıracaq. Mərkəzdənqaçma meylləri isə daxili böhranın pik həddə çatmasını şərtləndirəcək. Biz ciddi tarixi hadisələrin ərəfəsindəyik. Bir müddət sonra regionda çox ciddi hadisələr baş verəcək.

- Artıq iki aydır ki, qızğın müharibə gedir. Təcavüz nə zamana qədər davam edəcək? Tərəfləri kompromisə gətirən səbəblər nə ola bilər?

- Rusiya ilə Ukrayna arasında müvəqqəti razılaşmalar ola bilər və artıq bunun əlamətləri də ortadadır. Hazırda bu istiqamətdə intensiv müzakirələr aparılır. Lakin tərəflər şərtlər məsələsində razılığa gələ bilmirlər. Hər iki tərəf çalışır ki, öz zəfərini tezliklə ictimaiyyətə elan etsin. Ona uyğun ilkin razılaşma ola bilər ki, hər iki tərəf özünü qalib kimi təqdim edə bilsin. İstanbul danışıqları nəticəsində artıq müəyyən razılaşmalar da əldə olunub. Lakin uzunmüddətli razılaşmalar istisnadır və bu müharibə məntiqi yekuna qədər davam edəcək. Hər iki tərəf ümid edir ki, hərbi üstünlüyə nail ola biləcək. Hərbi müqavimətin nəticəsiz olduğunu başa düşən tərəf yekunda kompromisə hazır olacaq. Bundan sonra müharibənin dayanması və müvəqqəti atəşkəsin imzalanması baş verə bilər. Donetsk və Luqanskın gələcək statusu ilə bağlı müzakirələr isə danışıqların əsas mövzusu olacaq. Digər mövzularda isə razılıq əldə oluna bilər. Lakin bütün hallarda razılaşma olarsa belə, bu müvəqqəti xarakter daşıyacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru