Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB... - Görünəni budur...
Tarix: 29-04-2022, 10:38 | Çap et
Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB...
Voronej vilayəti yaxınlığında “Bayraktar” PUA-sının vurulması Rusiya telekanallarında anti-Türkiyə əhvalını artırıb. вЂ?’Rossiya 1’’ telekanalında yayımlanan “60 dəqiqə” analitik proqramında Türkiyə hədəfə alınıb. Rusiya ekspertlərinə görə, Ukraynada sülhyaratma niyyətini ortaya qoyan Türkiyə Kiyevi silahlandırmaqda davam edir. İddia olunur ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayan Ankara birtərəfliyini qorumalıdır. Bildirilib ki, Türkiyə Kiyevi silahlandırmaqda davam edərsə, bu, gələcək münasibətləri ciddi şəkildə zədələyə bilər.

Qeyd edək ki, hələ Ukrayna müharibəsindən əvvəl də Kiyevə “Bayraktar”lar satılması Moskvanın etirazına səbəb olmuşdu... Maraqlıdır ki, aprelin 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Halbuki tərəflər cəmi iki gün öncə də telefonla danışmışdılar.

Bəs Türkiyə PUA verməkdən imtina edə bilərmi? Rusiya ilə münasibətlər önəmlidir, yoxsa Ukraynaya “Bayraktar” vermək?

Bəzi məlumatlara görə, Ukrayna türk PUA-larını öz ölkəsində istehsal edir. Burada bir məqam da var - Ukraynanın silah arsenalında kifayət qədər böyük həcmdə Rusiya silahları var. Eləcə də Azərbaycana qarşı döyüşən, ərazilərimizi işğal edən Ermənistan tam halda Rusiya silahları ilə təchiz olunub. Rusiya bütün dünyaya silah ixrac edən ən böyük dövlətlərdəndir. Elə Azərbaycanda da kifayət qədər Rusiya silahları var. O zaman gərək hər kəs Rusiyaya qarşı bəyanat versin... Bu mövzuda Rəcəb Tayyib Ərdoğana qədər Türkiyə rəsmilərinin açıqlamaları var. Onlar deyirlər ki, Türkiyə вЂ?’Bayraktar’’ları silah bazarında şəffaf şəkildə satır. Kim onu alırsa, silah da, işlətməsinə görə məsuliyyət də onun olur. Necə ki, Rusiya tanklarını satın alan hər hansı ölkə onu hansı istiqamətə, hansı hədəf ölkənin üstünə sürməsinə görə özü məsuliyyət daşıyır. Rusiya təbliğat vasitələri bu sadə gerçəyi görmürmü? Niyə buna cığallıq edirlər?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli buna səbəb kimi rusların keçmişi unutmadıqlarını görür: “Rusiyada çox güclü anti-Türkiyə əhval-ruhiyyəsi var. Bu da rusların milli genefondundan irəli gəlir. Ruslar üçün türk tarixən bir nömrəli düşmən olub. Çünki onların xərac vermə tarixləri yaddaşlarından silinməyib. Şimal qonşumuzun dövlətçilik tarixi 300-400 il öncədən o tərəfə yoxdur. Həmin ərazilər türk hökmdarlarının nəzarətində olub. Rusların antitürk hisslərinin ikiqat yüksək olmasında İslam faktoru da böyük rol oynayır. Təbii ki, burada erməni lobbisinin də təsirləri az deyil. Regionda Türkiyə-Rusiya maraqlarının toqquşmasını da burada gözardı etmək olmaz. Antitürk əhval-ruhiyyəsində olan rus elitasına Türkiyənin üzərinə getmək üçün bir bəhanə lazımdır. Bir sözlə, bəhanələr axtarmaq izindədirlər. Türkiyə hamıya silah satır. Bu baxımdan sualınızda qeyd olunanı məsələni bəhanə hesab edirəm. Qardaş ölkə Ukraynaya ”Bayraktar"ları pulsuz vermir. O məntiqlə Azərbaycan daim etiraz etməlidir ki, Rusiya, sən Ermənistanı silahlandırırsan. Türkiyə də etiraz edə bilər ki, Rusiya, mənə rəqib, düşmən olan Yunanıstana S300-ləri satırsan. Rəsmi Ankaranın özü Rusiyadan S400-ləri alıb. Rusiya da istəsə, “Bayraktar”ları ala bilər. Sadəcə, özlərinə hələ ki bu silahı almağı sıxışdırmırlar. Çünki türk hərbi istehsalı daha güclü silah icad edib. Sözün əsl mənasında bu silah rus silahını “döyür”. Suriyada, Liviyada, Qarabağda, indi də Ukraynada bunun şahidi olmuşuq. Rusiya ərazisində partlayışlar olub. Deyilənə görə, bu “Bayraktar”larla olub. Rusiyanın müdafiə sistemi bu silahın qarşısında aciz qalıb. Bu da rusları yerindən oynadır. Türkiyəyə olan hücumların kökündə məhz bu dayanır".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın heç bir tələb irəli sürməyə haqqının olmadığını diqqətə çatdırdı: “2014-cü ildə Rusiya Krımı işğal edərək özünə birləşdirərkən Türkiyə bunu tənqid etsə də, NATO-nun Rusiyaya qarşı sanksiyalarına qoşulmayan yeganə üzv dövləti olub. Lakin bu, Türkiyənin Rusiyaya hər sahədə və hər zaman güzəştə gedəcəyi anlamına gəlmir. Bu gün Türkiyə Rusiyaya qarşı savaşan Ukrayna ordusunu ”Bayraktar"larla təmin edirsə, bu, tamamilə silah ticarəti və biznes maraqları çərçivəsində dəyərləndirilməlidir. Belə ki, “Bayraktar”ların Suriya, İraq, Liviya, Qarabağ və Ukraynada uğurlu istifadəsi ona olan marağı daha da artırmaqdadır. Hətta Almaniya da bu silahı satın alacağını elan edib. Keçən ilin dekabrında Qırğızıstan, bugünlərdə isə onunla münaqişə vəziyyətində olan Tacikistan bu uçuş aparatını əldə edib. Halbuki tarix boyu yaşanan münaqişələrin hər iki tərəfinə silah satan Rusiya bu gün Türkiyəni ən yaxşı anlamalı olan dövlətdir. Odur ki, Rusiyadan Türkiyənin davranışına “həddən artıq kəskin” reaksiyanın gəlməyəcəyi, həmçinin NATO-nun ona sanksiya tətbiq etməyən yeganə üzvünü Rusiyanın itirmək istəməyəcəyini də deyə bilərik. Silahın münaqişə tərəflərindən yalnız birinə satılması, həmin tərəfin silah satan ölkənin strateji və təbii müttəfiqi olması halında olur, məsələn, Türkiyə və İsrailin 44 günlük müharibə dövründə yalnız Azərbaycana silah satması kimi. Ümumiyyətlə, birtərəfli mövqe də məhz bu cür strateji və təbii müttəfiqlik halında mümkün olur. Bu gün Rusiyanın Türkiyə qarşısında belə bir tələb irəli sürməsi üçün heç bir siyasi, hüquqi, yaxud mənəvi haqqı yoxdur".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru