Erməni müxalifəti Paşinyanı niyə devirə bilmədi: Real müqavimət, yoxsa idarəolunan xaos siyasəti? - İNCƏLƏMƏ...
Tarix: 7-05-2022, 10:08 | Çap et
 Ermənistan müxalifətinin Paşinyan hakimiyyətinə qarşı apardığı mübarizə artıq səngiməkdədir. Bəs, erməni xalqı Paşinyanı istefaya göndərmək istəyən müxalifətə niyə yetərincə dəstək vermədi? DİA.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, bu sual Ermənistan ictimaiyyəti tərəfindən də ciddi şəkildə müzakirə olunur. Erməni köşə yazarı Qalust Qriqoryan özünün “Ədalətli birləşmə: xalq niyə müxalifətə “yox” dedi?” sərlövhəli məqaləsində bu suala belə cavab verir: “Cavab sadə və respublikanın hər bir vətəndaşı üçün aydındır. Çünki bu hakimiyyəti süpürüb atmaq istəyənlərin kimliyi xalqa bəllidir. Onların reputasiyası dəhşətlidir... Amma ən əsası odur ki, xalqı indiki hakimiyyəti devirməyə çağıranların heç biri ölkənin onsuz da üzləşdiyi problemlərin aradan qalxacağına təminat vermir. Onların yeni proqramları yoxdur. Bəli, “Artsax”ın qalan hissəsini xilas etməyin vacibliyi barədə qışqırırlar. Amma necə?! Müharibədə itirilmişləri geri qaytarmağı, ordunu, ölkə iqtisadiyyatını necə bərpa olunmasını təklif edirlərmi? Yox, müxalifləriin hər hansı resepti mövcud deyil. Həm də onların azadlığı və həyatı qurban verməyə qadir, həqiqətən güclü biri kimi cəsarətli hərəkət etmək qabiliyyətləri də yoxdur. Müxaliflər Moskvanın Paşinyandan o qədər narazı qalacaq ki, onu vəzifəsindən uzaqlaşdıracağına ümid edirlər.
Bizim indiki vəziyyətimiz isə Rusiyadan asılı deyil. Və çox uzun müddət də belə olacaq. Çünki o, Ukraynadakı müharibəni uduzur. Zelenskinin devrilməsi baş vermədi, Kiyevin işğalı da həmçinin. Rusiya qoşunları Dneprə, hətta Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə belə çata bilməyib. Ukrayna Silahlı Qüvvələri yüksək döyüş qabiliyyətini qoruyub saxlayır və Qərbin hərbi texnikasını aldıqdan sonra genişmiqyaslı əks-hücum əməliyyatına başlamaq niyyətindədir. Bəli, Putin öz xalqını Ukrayna üzərində “qələbəyə” inandırmağa çalışa bilər. Ruslar artıq o qədər yaxşı hazırlanıblar ki, Putinin sevimli kəlamına ciddi əməl etməyə də razıdırlar: “Bəyənmirsən, xoşuna gəlmirsə, səbr et, gözəlim”. Ancaq Ukraynada da aldandıqlarını tezliklə başa düşəcəklər. Onda bizim vəziyyətimiz ümumiyyətlə Putindən asılı olmayacaq. Bu, Rusiyaya yönəlmiş qüvvələr üçün çox üzücüdür. Xalqımız isə demokratik dünyaya, Qərbə yönəlib. Müxalif etirazların uğursuzluğunun bir başqa səbəbi də budur”. Erməni yazarın ümidsizliyinə baxmayaraq, mitinqlərin rəsmi İrəvanın siyasətində müəyyən dəyişiklərə yol açdığı da ortadadır. Etiraz aksiyalarının Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normalaşdırması, İrəvana sülh danışıqlarına başlanılması üçün verilən möhlət ərəfəsində baş verməsi zənnimizcə, təsadüfi deyildi. Görünür, Paşinyan hakimiyyətinin rəsmi Bakıya və Ankaraya, həmçinin Rusiyanın ayağını Cənubi Qafqazdan kəsmək istəyən Qərb dövlətlərinə “müxalifət buna razı deyil və xalqı ayağa qaldırıb məni yıxa bilər” mesajı vermək üçün “idarəedilən xaos”a ehtiyacı vardı. Bununla da ondan tələb olunan son addımı atmaqdan yayınmağa çalışır.
Etiraz aksiyalarının şiddətləndiyi günlərdə -3 may tarixində Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistan nümayəndələrinin keçirdikləri münasibətləri normalaşdırma prosesinin 3-cü turunun uğursuz başa çatması “idarəolunan xaos” siyasətinin başlıca nəticələrindən biridir. Eyni günlərdə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Vaşinqtona səfəri və super dövlətin müxtəlif dairələri ilə dünənədək davam etdirdikləri danışıqların nəticəsi də yəqin ki, yaxın günlərdə bəlli olacaq. Görünən budur ki, İrəvan işğal altında tutduğu Azərbaycan ərazilərini boşaltmaq istəməməsini Rusiyanın təzyiqləri ilə əsaslandırmağa çalışır. Bu vəziyyətdə Azərbaycanın öz ərazilərini işğaldan azad etmək və tarixi torpaqları geri qaytarmaq üçün hərbi əməliyyatlara başlamaqdan başqa çarəsi qalmaya bilər.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
|