Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Ukrayna başlanğıcdır, böhran bitməyəcək” – Amerikalı professor
Tarix: 10-05-2022, 10:54 | Çap et
“Ukrayna başlanğıcdır, böhran bitməyəcək”
Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb ki, Rusiya Ukraynaya hərbi müdaxiləsini 2022-ci ilin sentyabr ayına qədər davam etdirməyi planlaşdırır. Halbuki bundan öncə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç Rusiyanın Donbassı ələ keçirməyi yaxın günlərdə qələbə kimi elan edəcəyini demişdi. Rəsmi Kiyevdən verilən informasiyaya görə, Moskva Ukraynada faktiki məğlubiyyətə uğrayıb və məhz elə bu səbəbdən də təcavüzü davam etdirir.

Bu müharibənin nə vaxta qədər davam edəcəyi hazırda dünya gündəmini məşğul edir. Bəziləri müharibənin digər ölkələrin ərazisinə keçəcəyini, nəticədə Üçüncü Dünya müharibəsinin başlayacağını, digərləri isə Rusiyanın təzyiqlərə tab gətirməyərək geri çəkiləcəyini düşünürlər. diaaz.space xəbər verir ki, ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin professoru, Dr. Əli Əskərli AYNA-ya müsahibəsində Ukraynada baş verənlərdən danışıb.

- Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir. Sizcə, bu münaqişəni alovlandıran səbəb nə oldu?

- Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda bu məsələyə daha çox subyektiv aspektdən yanaşırlar. Çünki ölkəmizin son 200 illik tarixi Rusiya ilə bağlı olub və əsas təhlükələr də məhz Rusiyadan gəlib. Bu mənada soydaşlarımızın Rusiya əleyhinə fikirlər bildirməsi və birmənalı şəkildə şimal qonşumuzu tənqid etməsi anlaşılandır. Təbii ki, vətənini, dövlətini sevən, Rusiyanın təhdidlərindən əziyyət çəkən bir xalqın nümayəndəsi, azərbaycanlı olaraq mən də bu məsələdə Rusiyanın əleyhinə, Ukraynanın isə tərəfindəyəm.

Lakin bir alim kimi məsələyə daha çox akademik müstəvidən yanaşılmasının vacibliyini də anlayıram. Bu mənada hər hansı fikir bildirərkən daha çox obyektiv mülahizələr səsləndirməyə çalışacağam. Bu münaqişənin tarixi ötən əsrin 90-cı illərinə dayanır. XX əsrdə Ukrayna üç müharibədə iştirak edib. 1917, 1925 və 1944-1950-ci illər. SSRİ dağılandan sonra Rusiyanın birinci Prezidenti Boris Yeltsin açıq şəkildə bəyan edirdi ki, Sovet İttifaqı olmadığına görə NATO dağılmalıdır. Hələ o zamandan rəsmi Moskva bəyan edirdi ki, NATO-nun mövcudluğu Rusiyaya qarşı təhdiddir.

Digər yandan ABŞ hər hansı ciddi atım atarkən bunu təxminən 10 il öncədən planlaşdırmağa başlayır. Bu mənada Qərb onillərdir ki, Rusiya ilə münaqişəyə hazırlaşırdı. Hər bir müharibə üç mərhələdən ibarət olur: Müharibə öncəsi, müharibə dövrü və müharibə sonrası mərhələlər. Bu gün artıq Avropada müharibə sonrası planlar haqqında danışmağa başlayıblar. Ukraynaya gələcək yardımlar, bərpa planı və s. istiqamətlərdə müzakirələr başlayıb.

Açıq şəkildə deyim ki, Zelenski müharibə öncəsi vəziyyəti peşəkar şəkildə idarə edə bilmədi. O, təcrübəsiz bir siyasətçi olsa da, artıq ona qarşı şəxsiyyətə pərəstiş səviyyəsində münasibət formalaşmağa başlayıb. Adətən ictimaiyyətin emosiyalarına xitab edir ki, bu da öz növbəsində təcrübəli dövlət rəhbərinə xas keyfiyyətlər kimi qiymətləndirilə bilməz. Misal üçün, müharibə yeni başlayanda Türkiyəni özünün təminatçısı adlandırırdı - hansı ki, bu, müqavilə ilə tənzimlənir və Türkiyə ilə Ukrayna arasında belə müqavilə mövcud deyildi. Sonradan isə yunan televiziyalarına müsahibələri zamanı Türkiyənin əleyhinə fikirlər səsləndirdi.

Qərb Ukraynaya açıq şəkildə dəstək verir, artıq böhran Rusiya-Ukrayna münaqişəsi kontekstindən çıxıb və NATO-Rusiya münaqişəsi səviyyəsinə qədər irəliləyib. Bundan sonra Zelenski istəsə də, bu müharibəni dayandıra bilməz. Rusiya beynəlxalq hüquq normalarını, əxlaq kodeksini, suveren dövlətin ərazi bütövlüyünü pozur və buna görə məsuliyyət daşımalıdır. Lakin Qərbin özündə də bu gün beynəlxalq hüquq normalarına riayət olunmur. Təsəvvür edin ki, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt kameralar qarşısında deyirdi ki, “İraqa tətbiq olunan sanksiyalar nəticəsində yarım milyon uşaq ölüb və buna dəyərdi”. Bu, qeyri-əxlaqi yanaşma deyilmi?! Siyahını uzatmaq da olar.

- Bayden Ukraynada baş verənləri “demokratiya ilə avtokratiya arasında ilk real döyüş” adlandırıb. İddialar var ki, ABŞ-ın məqsədi demokratiyanı qorumaq yox, Rusiyanı zəiflətməkdir...

- Əvvəla onu qeyd edim ki, dünyada ideal demokratiya yoxdur və nisbi demokratiya anlayışı mövcuddur. Misal üçün, ABŞ, Böyük Britaniya demokratiyası Türkiyə və ya Hindistan demokratiyasından daha yaxşıdır. 2000-ci illərin əvvəllərində İraqda baş verənlərə nəzər yetirsək, görərik ki, ABŞ tərəfindən ciddi korrupsiya faktlarına yol verilib. Bu mənada Baydenin demokratiya və avtokratiya arasında döyüş olması ilə bağlı açıqlaması səmimi sayıla bilməz. Amerika və Avropa nə üçün bu müharibənin qarşısını almağa cəhd etmədi? Hazırkı şəraitdə əsas sual məhz bu olmalıdır. Halbuki 2008-ci ildə Rusiya qoşunları Qoriyə qədər gəlib çıxanda, 2014-cü ildə Krımı işğal edəndə Qərb buna ciddi reaksiya vermədi. Dağlıq Qarabağ münaqişəsi zamanı da oxşar münasibətin şahidi olduq. Bayden ABŞ-ın vitse-prezidenti olanda deyirdi ki, “Ərdoğanı iqtidardan devirmək üçün əlimdən gələni edəcəyəm”. Axı Türkiyə demokratik ölkədir və Ərdoğan xalq tərəfindən mandat alıb. Niyə xalqların iradəsinə hörmət etmirlər?

Hesab edirəm ki, ABŞ bu gün Ukraynada təşəbbüsü ələ alıb və bütün bunların fonunda dünyaya nəzarəti təmin edir. Demokratiyanı isə silahla qorumurlar. Şübhəsiz ki, burada əsas məqsəd Rusiyanı zəiflətmək və hegemon dövlət olaraq dünyaya tam nəzarəti ələ almaqdır. Böyük Britaniya Avropa Birliyini tərk etdi və bundan sonra Bayden yeni dünya düzənindən danışmağa başladı. Bu dünya düzəni özündə nəyi ehtiva edir - bu suala da konkret cavab yoxdur. Aydın şəkildə demək olar ki, ABŞ və Böyük Britaniya supergüc olaraq mövqeyini qorumaq niyyətindədir və atılan addımlar da bu məqsədə xidmət edir.

- Putin belə bir açıqlama verib ki, SSRİ daim sanksiyalar altında yaşayıb və inkişaf edib. Doğrudanmı bu sanksiyaların şimal qonşumuza ciddi təsiri olmayacaq?

- Putin bu müqayisə ilə çox ciddi səhvə yol verir. Ona görə ki, SSRİ fərqli idarəetmə modelinə malik idi. Planlı iqtisadiyyat hökm sürürdü və daxili imkanlar hesabına öz müqəddəratını həll edə bilirdi. Müasir Rusiyada isə belə deyil. Dünya artıq qloballaşıb və inteqrasiya olunmuş iqtisadi şəraitdə yaşayırıq. Artıq sovet dövründən fərqli olaraq qarşılıqlı iqtisadi asılılıq deyilən anlayış mövcuddur. Nəticə etibarilə SSRİ də çökdü və iqtisadi baxımdan o da yetərsiz oldu.

Digər tərəfdən SSRİ ciddi sanksiyalarla üzləşməyib. Düzdür, Qərbin Rusiyaya qarşı sanksiyaları da hərtərəfli deyil. Misal üçün, Almaniya sənayesinin 80 faizi Rusiyadan alınan təbii qazın hesabına ayaqdadır. Bu mənada neft-qaz embarqoları effektiv olmayacaq və fikir ayrılıqlarına gətirib çıxaracaq. Hindistan, Çin və digər ölkələrin hesabına Rusiya alternativ bazar axtarışına çıxıb və və yeni maliyyə sistemi formalaşdırmağa çalışır. Rusiyanı bu yolla bir müddət zəiflətmək mümkündür, ancaq tarixi baxımından bu sanksiyalar Rusiyanı daha da gücləndirəcək. Sanksiyalar çıxış yolu deyil və alternativ mübarizə üsulları tapılmalıdır. Türkiyənin dialoq təklifi daha uyğundur və bu münaqişədə ən obyektiv tərəf də Türkiyədir. ABŞ və Qərb Rusiyanı zəiflətmək üçün müharibənin davam etməsində maraqlıdır və bu, aydın şəkildə müşahidə olunur.

- Hadisələrin gələcək inkişaf perspektivləri ilə bağlı gözləntiləriniz nədən ibarətdir? Ukrayna bir başlanğıcdır, yoxsa böhran elə burada bitəcək?

- Açıq şəkildə söyləmək olar ki, böhran Ukraynada bitməyəcək. Çünki dünyada “Qlobal Şimal” və “Qlobal Cənub” adlanan qüvvələr arasında kəskin mübarizə gedir. Qlobal-Şimal Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya və s. inkişaf etmiş sənaye ölkələridir. Onlar digər dövlətləri - hansılar ki, biz onları şərti olaraq “Qlobal Cənub” adlandırırıq - onillərdir söndürməyə çalışırlar. Müəyyən mənada buna nail olublar da. Təbii ki, Qərb bu nizamın dəyişməsində maraqlı deyil. Mövcud dünya güc amili üzərində qurulub və kim daha güclüdürsə, daha çox hakimiyyət əldə edir. Nə qədər ki, bu prinsip dünyaya hökmranlıq edəcək, vəziyyət belə də davam edəcək. Mövcud şəraitdə isə ABŞ, Böyük Britaniya və Qərb imkan vermək istəmir ki, yeni güc mərkəzləri formalaşsın. Bütün qlobal mübarizələrin mahiyyətində də bu səbəb dayanır. Təbii ki, böhran Ukraynada bitməyəcək. Buna əmin olun. Forma dəyişəcək, şəkil dəyişəcək, amma münaqişələr və böhran bitməyəcək.

- Pandemiya, müharibələr, iqtisadi böhran... Dünyanın nizami dəyişir. Hamını düşündürən sual da budur: Qarşıda bizi nələr gözləyir?

- Hər zaman insanları düşündürən bir sual olub: Biz hara gedirik? Bu gün dünya insanı böhran içindədir, qiymətlər sürətlə artır. Bir müddət öncə Azərbaycandaydım və ölkəmizdə qiymətlərin ciddi şəkildə artımına şahid oldum. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Səbəbləri isə müxtəlifdir. Koronavirus pandemiyası, müharibələr, münaqişələr və s. Yeni kəşflər - hansılar ki, bəşəriyyətin tərəqqisinə xidmət edir - çox azdır, dialoq platformaları formaldır, insanların kütləvi ölümündən zövq alınır, qlobal dəyərlər anlayışı itib. Birləşmiş Millətlər Təşkilatı isə yeni dövrün çağırışlarına cavab vermir, tam əhəmiyyətsiz bir quruma çevrilib. Baxış bucağı, format dəyişməlidir. Şübhəsiz ki, yanaşma və zehniyyət dəyişməyənə qədər, daim faciələrlə üz-üzə qalqacağıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru