İrəvanı KİM QARIŞDIRIR? - İNCƏLƏMƏ...
Tarix: 20-05-2022, 08:40 | Çap et
 Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar yenidən bərpa olunub. Parlamentin vitse-spikeri İşxan Saqatelyanın başçılıq etdiyi etirazçılar qrupu şəhərin Komitas prospekti ilə Amiryan küçəsinin kəsişməsini bağlayıblar. “Müqavimət” hərəkatının üzvləri Paşinyanın istefası tələbi ilə İrəvanın Nor-Nork və Avan istiqamətlərindən mərkəzə doğru irəliləyib. Etirazçılar polisin müdaxiləsi ilə üzləşiblər, tərəflər arasında sərt qarşıdurma halları da yaşanıb.
Saqatelyan iddia edib ki, Paşinyan bir həftə ərzində təxminən 6,5 milyon dollarla polisləri mükafatlandırıb. “Hraparak” nəşri yazıb ki, Ermənistanda daxili siyasi böhranın həll vasitəsi kimi növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkünlüyü “pərdə arxası”nda müzakirə olunmağa başlanılıb. Nəşrə görə, Paşinyanın komandası hesab edir ki, vəziyyət nəzarətsiz həddə çatarsa və hakimiyyətin etirazçıları cilovlamaq üçün resursları olmazsa, növbədənkənar seçkilərin keçiriləcəyi bir daha elan edilməlidir: “Təbii olaraq Nikol Paşinyanın rəhbərliyi altında olmalıdır. Bu, onların yenidən seçilməsi və səlahiyyət müddətlərinin bir daha uzadılması demək olacaq. Təsadüfi deyil ki, son seçkilərdən kənarda qalan bəzi marjinal qüvvələrin liderləri vəziyyətin seçki yolu ilə həll olunacağından danışmağa başlayıblar.
Etiraz dalğasını yatıra bilməsələr, hakimiyyətin bu “B” planı tətbiq olunacaq”. Ermənistanın “Zham.am” nəşri isə Paşinyanla Qorbaçovu müqayisə edib. Mətbu orqan qeyd edib ki, onların bir ortaq cəhəti var, hər ikisi öz ölkələrində islahat aparmaq istəyirdilər, amma öz ölkələrinin dağılmasına səbəb olublar: “Əvvəlcə hər ikisindən böyük gözləntilər var idi, lakin hər ikisi fəaliyyəti yalnız çöküş və məğlubiyyətlə nəticələnən boş fikirli populistlər oldu. Təəccüblü deyildi ki, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov “daxil”dən daha çox “kənarda” məşhurlaşdı. Lakin əvvəlcə sovet xalqı onu “xilaskar” kimi qəbul edirdi. Eyni şey Nikol Paşinyanda oldu, onu da ilkin olaraq “xilaskar” kimi qəbul etdilər. Lakin onun siyasi boşluğu tezliklə üzə çıxdı. Göründüyü kimi, Paşinyan hakimiyyətdə olduğu dörd il ərzində hamımıza sübut etdi ki, o, bizim üçün problemi həll etmək iqtidarında deyil”. diaaz.space-ın məlumatına görə, Ermənistandakı etirazları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Tural İsmayılov deyib ki, İrəvandakı aksiyalar xaricdən qaynaqlanmaqla yanaşı, hakimiyyət daxilində də etirazlarda maraqlı olan qüvvələr var. Ekspert vurğulayıb ki, Paşinyan hökumətinin Türkiyə ilə münasibətləri normallaşdırma cəhdləri, sülhlə bağlı Azərbaycanla aparılan danışıqlar prosesi Rusiyanı qane etmir:
“Rusiya siyasi elitası yaxşı başa düşür ki, Paşinyanın bir ayağı hər zaman sorosçuların yanındadır. O səbəbdən daxildəki etiraz aksiyalarını təhrik edirlər. Diqqət etsək, görərik ki, Ermənistanda siyasi aksiyalara ən çox dəstək verən qüvvələr Rusiyanın rəsmi və böyük tirajlı media qurumlarıdır. Qeyd edim ki, Paşinyan özü də kiçik, lokal etirazları təşviq edir. Avropaya, Qərb institutlarına göstərməyə çalışır ki, guya o, Azərbaycan və Türkiyə ilə normallaşma prosesini böyük etirazlar kollapsında həyata keçirir. Bütövlükdə aksiyaların Ermənistanda hansısa hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyi gözlənilmir. Lakin istənilən halda, xüsusən Rusiya tərəfindən təşkil edilmiş “Hayastan” blokunun aksiyalarının Paşinyana ciddi şəkildə təzyiq formalaşdırdığını söyləmək mümkündür”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
|