Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

Türkiyə incə seçim qarşısında: NATO tənliyi - NƏ BAŞ VERİR?
Tarix: 23-05-2022, 08:06 | Çap et
Türkiyə incə seçim qarşısında: NATO tənliyi
İsverçin bəzi məsələlərdə Avropa İttifaqı (Aİ) üzvlərinə görə daha balanslı davrandığı, amma əsas nöqtələrdə son dərəcə anlamsız və müttəfiqliyə uyuşmayan siyasət yürütdüyü anydındır. Bu səbəbdən Türkiyə İsveçin NATO müttəfiqliyini rədd edir.

Burada təbii olaraq bizim kütlə psixologiyamız orta çıxır. “Finlandiyanı da istəmirik” deyilir. Finlandiya ayrı, İsveç ayrı. İki dövlətin siyasi xəttində fərqlə var. Xarici siyasətin birbaşa bəyanlardan, dəyərləndirmələrdən əlavə, incə hesablara və dialomatik müzakirə texnologiyasına əsaslandığı faktdır. Uzaq şimalda Türkiyə münasibətə yaraşmayan siyasət yürüdülürsə, bunu təlaşa qapılmadan dəyərləndirmək və çox da vacib olmayan bir müttəfiqliyi önləməkdə zərər yoxdur.

NATO 1949-cu ildə 12 ölkə tərəfindən yaradıldı. Çünki İkinci Dünya müharibəsində müttəfiqlərlə birgə savaşan və Faşist Almaniyasını şərq cinahında məğlub edən SSRİ həm qüvvətlənmiş, həm də müharibə təcrübəsini artırmışdı. Üstəlik bu, bir faktdır ki, müttəfiq dövlətlər Şərqi və Orta Avropa ölkələrini SSRİ-nin nüfuz dairəsinə buraxmışdı.

Müharibəyə girməsək də, sıxıntılar hiss edilirdi

Yunanıstan Britaniya tərəfindən hərbi-strateji nöqtə olaraq istifadə olunurdu. Müharibədən sonra Balkanlardakı vəziyyət Yunanıstanı narahat edirdi. Konstandinos Çaldaris hökuməti “Türkiyə ilə konfederasiya” deyə fəryad edirdi.

Türkiyənin də Boğazlar və Ardahan problemi ciddi narahatlıq yaratmışdı. Savaşa girməsək də, uzun illərin müharibəsinin yaratdığı sıxıntılar ordunun təchizatında hiss edilirdi. Bundan başqa, iş adamları, həkimlər, mühəndislər, alimlər – hər kəs dünyaya açılmaq istəyirdi və buna həqiqətən də ehtiyac vardı. Ordu da bu meyllərdən kənarda qala bilməzdi.

İsveç ve Finlandiyanın NATO tənliyi

NATO-ya üzvlük, sonradan Xarici İşlər Nazirliyinin düsturu halına gələn “Qərb mədəniyyətinə daxil olmağımız” kimi xarakterizə olunurdu. Halbuki, Qərb mədəniyyətinə 1856-cı il Paris Konfransından bəri “Concert European” çərçivəsində addım atmışdıq. NATO isə nə BMT, nə Aİ, nə də Avropa Şurası (AŞ) kimi Qərb mədəniyyətini ön planda tutmur – bu, sadəcə hərbi ittifaqdır.

Şübhəsiz ki, NATO-ya üzvlüklə ordunun təchizatı, strateji məlumat mübadiləsi, dünya ordularına açılma (eləcə də xarici siyasətin dünyaya daha uyğun hazırlanması) və Avropa tipli təşkilatlanma, informasiya toplama, layihələr həyata keçirmə təcrübəsinin artması baxımından faydalı oldu. Digər tərəfdən isə sual yaranırdı: NATO üzv dövlər arasında Türkiyəni xüsusilə necə qoruyacaq? Doğrusu, bu sual hələ də müzakirə olunur. 1965-ci ildə Behice Boranın millət vəkili olaraq irəli sürdüyü bu tezisi sonradan digər siyasətçilər də müzakirəyə çıxardılar.

İndi müzakirə mövzusu tərəfsizliklərini qorumağa çalışan İsveç və Finlandiyadır. Finlandiyanın tərəfsizliyi Molotov-Ribbentrop Paktından sonra SSRİ-nin açıq hücumu səbəbilə müzakirəyə çıxarıldı. Marşal Mannerheim Finlandiyası özünü qoruya bildi. Sovet-Fin müharibəsindən sonra Finlandiyanın SSRİ-yə təzminat ödəməsi, mütləq tərəfsizliyi və hücum məqsədi olmayan bir müdafiə sistemi qurması şərtləri bu günədək davam edirdi.

Və Ukrayna müharibəsi İsveçin də 200 illik tərəfsizliyinə son verəcək kimi görünür. Problem də burada başlayır.

İsveç Türkiyənin çoxdankı müttəfiqidir. 1699-cu il Karlofça anlaşmasında bütün Avropa və İran qarşımızda idi. Bizim yanımızda yanlnız İsveç Krallığı vardı. Keçmiş müttəfiqimizin 1711-ci il Prut döyüşündə olduğu kimi, indi də təkrar yanımızda olmasına ehtiyac yoxdur. Nəticə etibarilə, münasibətlər NATO daxilində ittifaq şərtləri və bir-birinə zərər verməməklə yetərlidir.

Bu, hərbi bir ittifaqdır. Alyansa üzvlük digər ölkələrin razılığı halında mümkündür. Türkiyə İsveçin üzvlüyünə razılıq vermir. Və bu iki ölkənin xarici siyasətlərində ciddi bir uyğunsuzluq olduğu bəllidir. Buna da İsveçin bəzi davranışları səbəb olur.

İki dövlət – iki fərqli mövqe

Burada dərhal bizim kütlə zehniyyətimiz mövzuya müdaxilə edir: “Finlandiyanı da istəmirik”. Amma Finlandiya ayrı, İsveç ayrıdır. Bu iki dövlətin mövqeyi arasında, hər şeyə rəğmən, fərqlər var. Bu iki dövlətin siyasətini müqayisə edərək, NATO-ya üzvlük məsələsində mövqeyimizi dəqiqləşdirməliyik. Yəni Finlandiyaya münasibəti ayrıca ölçüb-biçməli və onun Alyansa üzvlüyünə qarşı çıxmamalıyıq.

Onu da qeyd etmək lazımdır ki, Xorvatiya Prezidenti Zoran Milanoviç, öz hökumətinin üzvləri ilə eyni fikirdə olmamasına baxmayaraq, Türkiyə haqlı hesab etdiyini açıqlayıb – o da İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləmək fikrində deyil. Səbəb də Bosniyadakı köhnə seçki sistemini yeniləmək istəməsidir. Belə görünür ki, İsveç bu məsələyə burnunu soxduğu üçün Milanoviç qəzəblənib.

Çox qəribə bir ittifaq mənzərəsi yaranır. Amma unutmayaq ki, Milanoviçin mövqeyini bölüşmək bosniyalıları qarşımıza almaq riski də yaradır. Bu incə bir məqamdır. Yuxarıda qeyd etdiyim kimi, xarici siyasətin birbaşa bəyanlardan, dəyərləndirmələrdən əlavə, incə hesablara və dialomatik müzakirə texnologiyasına əsaslandığı faktdır.

Təlaşa düşmədən dəyərləndirməliyik

1980-ci ildə NATO-nun hərbi qanadına üzvlüyünə razılıq verdiyimiz Yunanıstan bu gün Türkiyə qarşı ən təhlükəli və radikal mövqe sərgiləyir. Üstəlik, bu proses Türkiyə və Yunanıstan xalqları arasında yaxınlaşmanın ən pik nöqtəyə çatdığı bir dövrdə yaşanır.

İsveç üçün bu vəziyyət müzakirə mövzusu da deyil. Uzaq şimalda Türkiyə münasibətə yaraşmayan siyasət yürüdülürsə, bunu təlaşa qapılmadan dəyərləndirmək və çox da vacib olmayan bir müttəfiqliyi önləməkdə zərər yoxdur.

Müəllif: İlbər Ortaylı

Mənbə: “hurriyet.com.tr”
Tərcümə AYNA-ya məxsusdur








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru