Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

Paşinyanı devirə biləcəklərmi? - İNCƏLƏMƏ...
Tarix: 27-05-2022, 08:28 | Çap et
Paşinyanı devirə biləcəklərmi?
DİA.AZ beynəlxalq siyasi analitik Teymur Qasımlının hafta.az-a müsahibəsini təqdim edir:

- Teymur bəy, Ermənistanda Paşınyana qarşı “müqavimət hərəkatı”nın sonu necə bitəcək, sizcə?

- Hazırda Ermənistan uğrunda dünyanın supergücləri mübarizə aparır. Əsasən də Paris və Vaşınqton Paşinyanı öz yanlarında görmək istəyir. Kreml də bundan bərk narahatdır. Son zamanlar isə Putin rejimi Azərbaycan-Ermənistan yaxınlaşmasından, xüsusən də bunun Qərbin vasitəçiliyi ilə olmasından çox narahat olur. Ona görə də Moskva Ermənistanda özünə bağlı siyasi qüvvələrin əliylə mitinqlər təşkil edir.

Rusiya hakimiyyəti mitinqləri Paşinyanın tamamilə Qərbə tərəf yönlənməsinin qarşısını almaq üçün onu daim təzyiq altında saxlamaq məqsədi ilə təşkil edir. Kreml bilir ki, Paşinyanı devirə bilməyəcək. Paşinyan isə iqtidarda qalmaq üçün Qərb və Moskva arasında ustalıqla manevrlər edir. 44 günlük savaşda Azərbaycanın qələbəsi nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan sonra Ermənistanda kütləvi aksiyalar çox olub, hətta ordunun baş qərargah rəisi belə, üsyan qaldırıb. Sonda həmin aksiyaların hamısı uğursuzluqla nəticələnib və Paşinyan qalib gəlib. Odur ki, hesab edirəm ki, Paşinyan bu dəfə də baş verən siyasi etiraz aksiyalarının qarşısını alacaq və iqtidarda qalacaq...

- Paşinyanın son Moskva səfəri zamanı KTMT-ni tənqid etməsi nəyə hesablanıb?

- KTMT-Rusiyanın istəyi ilə yaranmış təşkilatdır. Odur ki, bu təşkilatda əsas rol Rusiyanındır. Bununla belə, bu təşkilatın heç bir real gücü və dunya siyasətində rolu yoxdur. NATO-nun bircə qurumu qədər təsir gücü yoxdur. Son zamanlar isə KTMT aktivlik edir. B fəallıq bu ilin yanvarında Qazaxıstanda baş verən siyasi proseslərdə başladı. Lakin Çinin təzyiqi ilə Kreml Qazaxıstanı tərk etdi…

Son KTMT iclasında çıxış edənlər öz dövlətlərinin problemlərindən danışırdı. Paşinyan da öz çıxışında həmin qurumu tənqid etdi. Birincisi, son iclasda Rusiya istəyirdi, KTMT-əlaqələndirici şurası öz əlində olsun. Məsələ ondadır ki, əgər üzv dövlətlərdə hər hansı fövqəladə hadisə baş verərsə, KTMT üzvlərinin müzakirəsi olmadan əlaqələndirici dövlət həmin ölkəyə ordu göndərə bilər. Digər üzvlər dolayısı ilə buna qarşı çıxdılar, yəni öz dərdlərini danışaraq manevr elədilər. Qaldı konkret Paşinyanın tənqidinə. O, bundan öncə də KTMT haqda tənqidi fikirlər bildirib. Bu təşkilatın əsas nüvəsi Rusiyanın əlindədi, nə desə, o da olur. Paşinyanın nə deməsinin heç bir mənası yoxdur…

Azərbaycan dövlətinin rəhbəri ADA Uuniversitetindəki çıxışında bilidirdi ki, Xəzər sahili dövlətlərlərdən Ermənistana hərbi yardımlar daşınırdı. KTMT üzvü olan Qazaxıstan da bunu edib. Son iclas Rusiyanın buradakı istəklərini qarşını almaq üçün idi. Rusiya istəyir ki, KTMT üzvləri Ukrayna müharibəsində ona dəstək versinlər. O da hələ ki mümkün deyil…

- Son günlər Qarabağda, o cümlədən Tərtər rayonunun Ağdərə şəhərində separatçı ermənilərin İrəvandakı hərəkata dəstək aksiyaları Moskva tərəfindən yönləndirilir?

- Qarabağda olan oyuncaq separatçı qurumu və ordakı qeyri-qanuni silahlı dəstələri 1988-ci ildən bu günə qədər Rusiya idarə edib. Hazırda da oradakı prosesləri Kreml idarə edir. Həmin qondarma rejimin rəhbəri qatil və terrorçu Arayik Arutyunyan da Rusiyanın təsiri altındadır. Bu mənada da hazırda Qarabağda baş verən bütün siyasi proseslərin arxasında Kreml var…

- Rusiyanın Ukraynaya artıq 3 aya yaxındır davam edən təcavüzündə Qərb, ABŞ və NATO ölkələrinin nə dərəcədə suçu var?

- Rusiya-Ukrayna mübaribəsinin əsas günahkarı, təbii ki, başda Putin olmaqla Rusiyadır. Qərbin, NATO-nun da bu savaşda öz oyunları var ki, orada maraqları çərçivəsində işlər aparılsın. Qərb deyəndə bu müharibədə əsas önəmli rolu London-Vaşıqton cütlüyü oynayır. Amma onu da demək lazımdır ki, Ukrayna dövlətinin günahı ondan ibarətdir ki, 30 ildir müstəqil olsa da, öz silahlı qüvvələrini tam düzgün formada qura bilməyib…

Son məlumatlara görə, hazırda Pentaqon Rusiya ordusu rəhbərliyi ilə danışıqlar aparır. Baş qərargah rəislərinin telefon söhbəti olub…

- Putinin məhz onu hakimiyyətə gətirmiş “FSB” sistemi tərəfindən zərərsizləşdirilməsi və ya devrilməsi ehtimalı nə qədərdir?

- Hazırda “FSB” klanı güclənir və maraqlıdır ki, məhz bu cinah tərəfindən Pütinə qarşı addımlar atılır. Digər güclü klan olan hərbçilər isə hazırda məğlub cinah sayılır. Putin isə bu saat həmin iki klan arasında manevrlər edir. Bunu demək istəyirəm ki, Putinin siyasi karyerası bitib. Rusiya liderinin xərçəngdən əziyyət çəkməsi və əməliyyat olunması da böyük ehtimalla dəqiqdir. O ya xəstəlik yolu ilə, yaxud prezidentlik müddəti bitdikdən sonra gedəcək…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru