Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

Elbasısız Qazaxıstan: şəxsiyyətə pərəstiş dövrü sona çatdı - GƏLİŞMƏ
Tarix: 11-06-2022, 08:08 | Çap et
Elbasısız Qazaxıstan: şəxsiyyətə pərəstiş dövrü sona çatdı
İyunun 6-da Qazaxıstanda ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendum keçirildi. Vətəndaşlar təkcə indiki Prezident Qasım-Comərd Tokayevin deyil, həm də keçmiş dövlət başçısı Nursultan Nazarbayevin səlahiyyətlərinin azaldılmasına səs verdilər. İndi o, artıq Elbası (“Millət atası”) deyil. Yeni Konstitusiyaya görə, Tokayev də sələfinin malik olduğu mütləq hakimiyyətə malik olmayacaq. Referendumun keçirilməsinə səbəb yanvarın əvvəlində ölkədə baş verən iğtişaşlar və mitinqlər zamanı yaranan qarşıdurmalar göstərilir. Xatırladaq ki, həmin vaxt iğtişaşlar dalğası bütün Qazaxıstanı bürüdü. Bundan sonra hakimiyyət “siyasi modelin sistemli transformasiyası” elan etdi və eyni zamanda, hakim dairələri köhnə elitanın nümayəndələrindən təmizləməyə başladı.

Necə oldu ki, keçmiş Prezidentin imtiyazlarından məhrum olması üçün ölkənin əsas qanununa dəyişiklik etmək lazım gəldi? Qazaxıstanlılar üçün bu, niyə bu qədər vacibdir? Tokayevin islahatları həqiqətən onun iddia etdiyi qədər demokratikdirmi?

Bütün bu suallara Alevtina Zapolskaya "Lenta.ru" portalındakı araşdırmasında cavab tapmağa çalışıb. AYNA oxucuları üçün mövzunun maraqlı olacağını düşünərək, yazını istinadla təqdim edirik:

Dəyişiklik vaxtıdır

“Bu gün sözün əsl mənasında hər şey Prezidentə yönəlib və bu yanlışdır. Dövlətin uzunmüddətli maraqları mənim üçün hər hansı əlavə güc və situasiyaya təsir rıçaqlarından daha vacibdir”, - Tokayev martın 16-da, kütləvi qırğınlardan iki ay sonra xalqa növbəti müraciətində deyib.

Qazaxlar əvvəlcə yanacaq qiymətlərinin artmasına görə etiraza qalxdılar, lakin sonradan etirazçılar siyasətə keçdilər. Əsas tələblərdən biri çoxsaylı qohumları və himayədarları ilə birlikdə faktiki olaraq hakimiyyətin bütün qollarında təmsil olunan keçmiş Prezident, Elbası Nursultan Nazarbayevi nüfuzdan məhrum etmək idi.

Keçmiş dövlət başçısı 2019-cu ildə hakimiyyət tranziti nəticəsində təqaüdə çıxmış kimi görünür, lakin “Millət atası” əsas səlahiyyətləri özündə saxlayırdı. O, Elbası titulunu özünə layiq görüb və Konstitusiyada təsbit etmişdi. Elbasının səlahiyyətlərindən biri də ölkə rəhbərliyinin bütün qərarlarının onunla razılaşdırılması idi. Nazarbayev həmçinin Təhlükəsizlik Şurasının sədri kimi ölkənin güc strukturlarına və orduya nəzarəti davam etdirib.

Narazıların müraciətinə respublika rəhbərliyi çox həssaslıqla yanaşdı. Hakimiyyət hesab edirdi ki, Nazarbayevin siyasi strukturunu dəyişdirəcək Konstitusiya dəyişiklikləri sabitliyin qorunması üçün ən böyük qurban olmayacaq. Aprelin sonunda hakim “Amanat” Partiyasının qurultayında Tokayev super-prezident idarəetmə formasına son qoymağa, parlamentin və məclislərin (yerli nümayəndəlik orqanları) səlahiyyətlərini gücləndirməyə, hakimiyyət qollarını balanslaşdırmağa hazır olduğunu bəyan etdi. Qısa müddətdən sonra o, ölkənin əsas qanununa düzəlişlər etmək üçün referenduma hazır olduqlarını açıqladı. Tokayev yeni dövlət modelini “İkinci Respublika” adlandırıb.

"Biz qohumbazlıq və paternalizm, korrupsiya və kompradorizm qarşısında həlledici sədd çəkəcəyik. Yeni Qazaxıstan ədalət ərazisinə çevrilməlidir. Qanunlar sərrast deyil, onları təkmilləşdirmək lazımdır", - Prezident bəyan etdi

Referenduma əsl hazırlıq, təbii ki, bundan xeyli əvvəl başlayıb. Hətta yanvarın 5-də keçirilən etiraz aksiyaları zamanı Tokayev Qazaxıstan Təhlükəsizlik Şurasının sədri kimi ölkənin ilk Prezidentini əvəz etdi və keçmiş lider də öz növbəsində hamını indiki Prezident ətrafında birləşməyə çağırdı. Yanvarın 28-də Nazarbayev öz xələfinə hakim “Nur Otan” Partiyasının (daha sonra adı dəyişdirilərək "Amanat" oldu) sədri vəzifəsini verdi.

Fevralın 7-də Tokayev “Qazaxıstanın birinci Prezidenti haqqında” Qanuna Nazarbayevi ömürlük Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqlar Assambleyasına sədrlik etmək hüququndan məhrum etdi və bu funksiyaları indiki Prezidentliyə ötürən düzəlişləri təsdiqlədi. Bundan əlavə, edilən düzəlişlər daxili və xarici siyasət məsələlərinin, kadr təyinatlarının Elbası ilə əlaqələndirilməsi zərurətini aradan qaldırdı. Eyni zamanda, Nazarbayevin qohumları, o cümlədən hakim partiyanın Siyasi Şurasının üzvü, parlamentin (aşağı palata) deputatı olan böyük qızı Dariqa Nazarbayeva da öz postlarını itirdi.

Qazaxıstanda diqqətçəkən həbslər olmadı. Məsələn, mart ayında “Kazaktelekom” dövlət şirkətinin vəsaitlərini külli miqdarda mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən birinci Prezidentin qardaşı oğlu Kayrat Satybaldu saxlanıldı.

"Qazax xalqı referendumu müsbət qarşıladı. Nəticədə qeydə alınmış seçicilərin 68 faizindən çoxu seçki məntəqələrinə gələrək dəyişikliklərin qüvvəyə minməsi üçün kifayət qədər səs verdi". RAS Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin şərhində bildirib. Ekspertin fikrincə, Qazaxıstan cəmiyyəti nəhayət ki, “de-Nursultanlaşdırma" ilə bağlı böyük tələbi yerinə yetirə bildi.

Xatırladaq ki, Qazaxıstan vətəndaşlarının 77 faizi referendumda dəyişikliklərin lehinə səs veriblər.

Ekspert bildirib ki, cəmiyyət Nazarbayevin şəxsiyyətindən və onun ailəsindən, onların respublika həyatının bütün sahələrində hökmranlığından psixoloji və siyasi yorğunluq yaşayırdı: "Ona görə də Tokayev ümumiyyətlə Prezident səlahiyyətlərini xeyli azaltdı. Bununla belə, hazırkı lider Konstitusiyaya dəyişiklik etməklə faktiki olaraq şəxsi məqsədlərini, xüsusən də, başqa məqsədlərin ictimaiyyətə açıqlanmasına baxmayaraq, şəxsi hakimiyyətin gücləndirilməsini güdür".

Ölkə Konstitusiyasına edilən dəyişikliklərin tam mətni mayın əvvəlində Qazaxıstan hakimiyyəti tərəfindən təqdim edilib. Onun diqqətlə öyrənilməsindən sonra məlum olur ki, reallıqda siyasi sistem köklü şəkildə dəyişməyəcək.

Pritçin diqqətə çatdırıb ki, məsələn, indi Konstitusiya respublika rəhbərinin partiyaların fəaliyyətində iştirakını qadağan edir və onun yaxın qohumlarını məmur və dövlət şirkətlərinin rəhbərləri vəzifələrində işləmək hüququndan məhrum edir:

Gücün yenidən bölüşdürülməsi

"Amma bu, Prezidentin qeyri-rəsmi əlaqələr vasitəsilə bu və ya digər siyasi qüvvəyə təsir göstərə bilməyəcəyinə və ya yaxın adamları vasitəsilə dövlət şirkətini idarə edə bilməyəcəyinə zəmanət vermir. Gücün yenidən bölüşdürülməsi də dekorativ olacaq. Bəli, indi Prezident rəisləri təyin etmir, yalnız yerli deputatlara iki namizəd təqdim edir ki, onlar arasından seçim etsinlər. O, daha yerli icra hakimiyyəti başçılarının qərarlarını ləğv edə bilməyəcək. Lakin Prezident öz mülahizəsinə uyğun olaraq rayon və paytaxt hakimlərini, habelə respublika əhəmiyyətli şəhərlərin rəhbərlərini vəzifədən azad etmək hüququnu özündə saxlayır. Onlar da öz növbəsində aşağı ranqlı hakimləri tutduqları vəzifələrdən uzaqlaşdırmaqda davam edəcəklər".

"Belə bir mexanizm hakimiyyətin icra şaqulisinin sərtliyini qoruyub saxlamağa imkan verir, lakin onun ayrı-ayrı elementlərinə dövlət başçısının iradəsindən daha böyük səlahiyyətlər və müstəqillik vermir", - ekspert vurğulayıb.

Analoji hal Konstitusiya Şurasında da davam edir. O, məşvərətçi orqandan tamhüquqlu Konstitusiya Məhkəməsinə çevriləcək, lakin eyni zamanda, dövlət başçısı on bir hakimdən üçünü, o cümlədən məhkəmənin sədrini həmin hakimin razılığı ilə təyin edəcək. Qazaxıstan hökuməti həqiqətən də daha çox səlahiyyət əldə edəcək. Bununla belə, “əhalinin həyatı və sağlamlığına, Konstitusiya quruluşuna, ictimai asayişin mühafizəsinə və ölkənin iqtisadi təhlükəsizliyinə təhlükə” yaradan fövqəladə hallar baş verdikdə, Prezident istənilən təklif vermək hüququna malikdir. Qanun layihələri parlamentə göndəriləcək və onlara təcili baxılacaq. Hökumət isə öz məsuliyyəti altında ən mühüm “ictimai münasibətləri” tənzimləyən müvəqqəti normativ aktlar qəbul etmək hüququna malik olacaq.

Hakimiyyət orqanlarının vəd etdiyi parlamentin nəzarət funksiyalarının genişləndirilməsi mahiyyət etibarı ilə prezidentin Konstitusiya Məhkəməsi sədrinin və respublika Ali Məhkəməsi Şurasının sədrinin namizədliyini Senatla razılaşdırmaq öhdəliyi, habelə parlamentin nəzarəti ilə məhdudlaşır.

"Ola bilsin ki, konstitusiyaya edilən ən diqqətəlayiq düzəliş Nazarbayevə müstəqil Qazaxıstanın qurucusu Elbası kimi istinadların, onun statusu və səlahiyyətlərinin, habelə bir ildə iki dəfədən artıq respublikanın başçısı vəzifəsini tutmaq hüququnun silinməsi olub. Bu cür dəyişikliklər naminə Qazaxıstan hakimiyyəti hətta Nazarbayevlə bağlı sualların ümumxalq səsverməsinə çıxarılmasını qadağan edən “Referendum haqqında” qanunu yenidən yazmağa məcbur olub", - deyə ekspert əlavə edib.

S.Pritçinin fikrincə, Qazaxıstan hakimiyyəti konstitusiya referendumu keçirməklə iki məqsəd güdür: cəmiyyətin siyasi sistemin yenilənməsi tələbinə cavab vermək və eyni zamanda, onun sabitliyini qorumaq, hakim elitanın dövlətin maraqları naminə fəaliyyət göstərməsinə imkan vermək: "İslahatda Prezidentin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə azaldılması müşahidə edilmir, parlament nəzərəçarpacaq dərəcədə gücləndirilmir. Qazaxıstanda olan super-prezident respublikanın təbiəti əslində qorunub saxlanılacaq".

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi Yevgeni Minçenko isə diqqəti ona yönəldir ki, referendumun əsas məqsədlərindən biri Nazarbayevin hakimiyyətini devirmək, onun ölkə həyatında əsas fiqur kimi imicini müqəddəsləşdirməmək və məhv etməkdir. Onun sözlərinə görə, Tokayev üçün belə bir "plebissit" növbədənkənar prezident seçkilərinə alternativdir və ona yanvar etirazları və dövlət çevrilişinə cəhddən sonra statusunu tez bir zamanda legitimləşdirməyə imkan verir: "Əslində bu, müasir Qazaxıstanın mübahisəsiz nüfuzu və qurucusu kimi Nazarbayevlə məsələni bağlamaq üçün lazım olan Elbası statusunun ləğvi referendumu idi.

"Qazaxıstanın hazırkı Prezidentinin komandası üçün təkcə referendum keçirmək deyil, həm də yüksək fəallıq və səs toplamaq vacib idi. Bunu təkcə Konstitusiyaya dəyişikliklərə dəstək kimi deyil, həm də Tokayevin dəstəyi kimi şərh etmək lazımdır. O, ölkənin müstəqil lideri olduğunu göstərmək istədi”, Minçenko vurğulayıb.

"Respublikanın keçmiş rəhbərinin statusu ilə bağlı maddələrin Konstitusiyadan çıxarılmasından sonra Nazarbayevə bir sıra imtiyazlar və səlahiyyətlər verən “Qazaxıstan Respublikasının birinci Prezidenti haqqında” Qanunun ləğvi baş verəcək. O cümlədən, toxunulmazlığı, dövlət başçısının aylıq vəzifə maaşının 80 faizi məbləğində aylıq pensiya və onunla yaşayan ailə üzvləri yaşa görə minimum pensiya məbləğində ömürlük müavinət almaq hüququndan məhrum ediləcək", - deyə Qazaxıstan Parlamentinin deputatı Yerlan Koşanov referendumdan öncə bildirmişdi.

Xatırladaq ki, Nazarbayev bu dəyişiklikləri açıq şəkildə dəstəkləyib. Keçmiş rəhbər politoloq Daniyar Aşımbayevə müsahibəsində Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsinin tərəfdarı olduğunu, bunları “zəmanənin imperativi” kimi izah edərək, “cəmiyyətin tərəqqisinə və demokratik inkişafına” şərait yaratdığını bildirib.

Hələ yanvar ayında Qazaxıstandakı etirazlar zamanı sosioloq və siyasi strateq Pyotr Miloserdov verdiyi şərhdə Nazarbayev klanının hakimiyyət uğrunda mübarizədə məğlubiyyəti qəbul edəcəyi və qarşıdurmanı ictimai müstəviyə çıxarmayacağı fikrini bildirmişdi. İndi o qeyd edir ki, Konstitusiya dəyişiklikləri hazırkı hakimiyyət üçün yeni status-kvonun formal möhkəmlənməsi idi.

Stanislav Pritçin isə hesab edir ki, hakimiyyətin elitadaxili yenidən bölüşdürülməsinə dair razılaşmalar çox güman ki, ölkənin keçmiş və indiki liderləri arasında pərdə arxasında əldə olunub. Onun sözlərinə görə, belə konsensusun şərti onun varisinin kursuna siyasi dəstəyin təmin edilməsi müqabilində birinci Prezidentin klanının Qazaxıstan iqtisadiyyatına təsirinin qismən qorunub saxlanması ola bilər.

800 milyard dollar

800 milyard dollar 2021-ci ilin sonunda Nazarbayev klanının daşınmaz əmlakının ümumi dəyəri idi. Bu rəqəm media məlumatlarına əsasəndir. Maraqlıdır ki, yanvar etirazlarından sonra Tokayev təkcə Elbasının səlahiyyətlərinə deyil, həm də onun şəxsiyyətinə pərəstişə qarşı hücuma keçdi. Nazarbayev 30 il hakimiyyətdə olub, bütün bu illər ərzində onun müstəqil Qazaxıstanın qurucusu obrazı vardı. Əgər Elbası elita daxilində müəyyən razılaşmalar əldə etməklə və formal olaraq Konstitusiyada təsbit etməklə hakimiyyət sistemindən uzaqlaşdırıla bilirsə, ictimai şüurda onun şəxsiyyətinə pərəstişin ilkin təzahürlərindən qurtulmaq daha çətindir. Görünür, ona görə də elita daxilində "çiynini kəsmək" yox, bu kult üçün münasib əvəz – heç olmasa ona bərabər olan tarixi şəxsiyyət tapmaq qərara alınıb.

Elbası Nazarbayevə əvəz: sovet siyasətçisi Kunaev

Belə görünür ki, Elbası kultunun əvəzi kimi indi başqa siyasi xadimin - Qazax SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Dinmuxamed Kunaevin obrazı sınaqdan keçirilir. Martın 16-da xalqa müraciəti ilə çıxış edən Tokayev Almatı bölgəsinin iki yeni bölgəyə bölünməsi, Qapçaqay şəhərinin isə onlardan birinin mərkəzi edilməsi qərarını açıqlayıb. Eyni zamanda o, əlavə edib ki, qəsəbənin adının qazax xalqının görkəmli oğlu Kunayevin şərəfinə dəyişdirilməsi təklifi verilərsə, ictimaiyyətin rəyini dinləyəcək.

Mayın 4-də, Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun elan edilməsindən 5 gün sonra Qazaxıstan Prezidenti Qapçaqayın adının dəyişdirilərək Kunaev olması haqqında fərman imzalayıb və mayın 14-də Almatı vilayətinin Bakanas kəndində sovet siyasətçisinin şərəfinə abidə ucaldılıb. Abidənin açılış mərasimində rayonun akimi Kanat Bozumbayev çıxış edib. Respublika rəhbəri kimi o, Kunayevi qazax xalqının dahi oğlu adlandırıb və onun ölkə qarşısındakı xidmətlərinin hamı tərəfindən qəbul olunduğunu qeyd edib.

Siyasi texnoloq Miloserdov qeyd edir ki, Kunaevin şəxsiyyət kultu yüngül versiyada bir ildən artıqdır ki, mövcuddur: "Yaşlı nəsillərin kütləvi şüurunda Kunaev həqiqətən də Qazax SSR tarixinin ən yaxşı onillikləri ilə əlaqələndirilir. Onun Respublika MK-nın birinci katibi işlədiyi illərdə (1964-1986) şəhərlər intensiv şəkildə böyüyür və salınır, yeni zavodlar açılır, mədəniyyət, təhsil, elm inkişaf edirdi. O, Qazaxıstanın müstəqilliyinin xəbərçisi, SSRİ tərkibində qazax dövlətçiliyini yaradan şəxs kimi qəbul edilirdi ki, bu, qismən doğrudur. İndiki hakimiyyətin bu kultda nə qədər irəli gedəcəyini söyləmək çətindir. Lakin Nazarbayevin fiqurunu onlarla əvəz etmək tamamilə mümkündür".

Stanislav Pritçinin fikrincə isə Qazaxıstan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin şəxsiyyətinə pərəstiş çətin ki, Nazarbayevin yerini tutsun: "Lakin onun bulanlıqlaşdırılmasında mütləq rol oynaya bilər. Bu, hakimiyyətə göstərməyə imkan verəcək ki, Qazaxıstan tarixində təkcə Nazarbayev deyil, həm də ölkə üçün həm iqtisadiyyatda, həm də digər sahələrdə çox işlər görən Kunaev də mühüm şəxsiyyət olub”.

Kunayevin şəxsiyyətini kütləvi şüurda aktuallaşdıran hakimiyyət onu tapan milyonlarla vətəndaş üçün bələdçi olan tarixi dövrə lazımi siyasi mənalar və istinadlar gətirir. Beləliklə, bildirmək istəyirlər ki, Qazaxıstanın təkcə birinci Prezident Nazarbayev yox, Elbasıya qədər də güclü lideri var idi ki, bu Kunayev olub. Yəni bundan sonra da belə "millət atası" ola bilər.
//ayna//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru