Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Rusiya ən radikal addımları atacaq, çünki itirəcək çox şeyi qalmayıb” - GƏLİŞMƏ
Tarix: 13-06-2022, 11:42 | Çap et
“Rusiya ən radikal addımları atacaq, çünki itirəcək çox şeyi qalmayıb”
Rusiyanın "xüsusi əməliyyat" adı altında Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin dördüncü ayıdır. Müharibə başlayandan sonra Qərb tərəfindən Kiyevə hərbi və siyasi dəstək göstərildi və bu dəstək hələ də davam etməkdədir. Eyni zamanda, Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edildi.

Lakin müharibənin 3-cü ayından sonra Qərb tərəfindən, xüsusən də Avropanın aparıcı ölkələrinin liderləri tərəfindən verilən bəyanatlar dəstəyin zaman-zaman azaldığını deməyə əsas verir. Moskvaya tətbiq olunan altıncı sanksiyalar paketi də demək olar ki, tam olmadı.

Siyasi strateqlər hesab edirlər ki, ABŞ və Böyük Britaniya müharibənin davam etməsində - Rusiyanın tamamilə çökdürülməsində maraqlı olsa da, Fransa, Almaniya, İtaliya, Macarıstan kimi ölkələr əks mövqedədir. Bu ölkələrin liderləri bəyanatlarında açıq şəkildə bildirirlər ki, atəşkəs elan olunmalı, Rusiya-Ukrayna danışıqları başlamalıdır. Bunu isə rəsmi Kiyev qəbul etmir - daha doğrusu, danışıqlar üçün şərtlərinin Moskva tərəfindən nəzərə alınmasını istəyir. Şərtlər də bəllidir: işğal olunan ərazilərin qaytarılması, Ukraynanın ərazi bütövlüyünün təmin olunması.

Yeri gəlmişkən Ukrayna tərəfindən Qərbə ittihamlar da səsləndirilir. Məsələn, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, hazırda Ukraynanın işğal olunmuş ərazilərində baş verənlərə görə Qərb də məsuliyyət daşıyır. Onun sözlərinə görə, Buçada, Mariupolda, Xersonda baş verənlər üçün məsuliyyət həm də Qərbin üzərindədir: "Yaxud da vətəndaşlarımızın, sadə insanların hər gün zorlandığı və öldürüldüyü bir çox başqa qəsəbələr üçün".

Arestoviç ittihamında xatırladıb ki, müdafiə nazirlərinin Ramşteyndə keçiriləcək növbəti toplantısında rekord sayda iştirakçının olacağı gözlənilir: "Son iclaslarında 40-dan çox iştirakçı olub. Soruşmaq istəyirəm: nəticə hanı, cənab nazirlər? Ukraynaya sistemli silah göndərilməsi nə oldu? Ukraynanı dəstəkləmək, Rusiyanı döyüş meydanında məğlub etmək barədə bəyanatların nəticəsi hanı?”.

Bu arada, Rusiya tərəfindən də təhdid xarakterli xəbərdarlıqlar gəlməkdədir. Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev mediaya açıqlamasında bildirib ki, "xüsusi əməliyyat"ın hazırkı tempi saxlanılarsa, Ukraynanın hərbi infrastrukturu tezliklə tamamilə məhv ediləcək: “Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun açıqladığı son döyüş hesabatları Ukraynanın demilitarizasiya sürətinin artmasından xəbər verir. Pilotlarımız, raketçilərimiz, topçularımız, hava hücumundan müdafiə qırıcılarımız yorulmadan döyüşürlər. Dağıdılan obyektlərin müxtəlifliyi və zərbələrin coğrafiyası da bunun göstəricisidir”.

Bundan əvvəl isə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov bildirmişdi ki, Kiyevə Qərbdən uzaqmənzilli raket sistemləri verilərsə, Rusiya Ukraynanın dövlət qurumlarının binalarına və nəqliyyat infrastrukturuna zərbələr endirə bilər. DİA.AZ xəbər verir ki, Ukraynadakı müharibənin hazırkı vəziyyətini AYNA-ya politoloq İlqar Vəlizadə şərh edib. Deyib ki, Rusiyaya qarşı əvvəlki odlu-alovlu bəyanatlar, güclü sanksiyalar səngiyib:

- Altıncı sanksiyalar paketi əslində qəbul olunub. Sadəcə gözləntilər daha sərt sanksiyalar yönündə idi. Hazırda o baş verir ki, sanksiyalar limiti bitib, yaxud bitmək üzrədir. Əlavə sanksiyalar, daha ciddi tədbirlər artıq Avropa ölkələrinin özlərinə ciddi mənfi təsirlər göstərməyə başlayıb. Onsuz da Avropa İttifaqının iqtisadiyyatında, enerji daşıyıcıları məsələsində böhran başlayır. Nəzərə almaq lazımdır ki, bu, başlanğıcdır. Məlumdur ki, yay aylarında enerjiyə tələbat azalır. Qışda isə tələbat artacaq ki, bunu Avropa yaxşı dərk edir. Sanksiyalar daha da sərtləşsə, bu, Avropa ölkələrinin iqtisadiyyatına çox ciddi təsir göstərəcək. Baxın, Yunanıstanın dəniz donanmasının, ümumiyyətlə, ölkənin iqtisadi gəlirləri daha çox Rusiya neftinin daşınması ilə formalaşırdı. Hətta altıncı sanksiya paketini qəbul edərkən bu nüans nəzərə alınıb. Səhv etmirəmsə, ilin sonunacan Yunanıstana imkan tanıyıblar ki, Rusiya neftini daşıya bilsin. Amma biz görürük ki, Yunanıstan iqtisadi geriləmə haqqında məlumatlar verir. Rusiya ilə bütün əlaqələrin tam kəsilməsi Avropanı da çökdürəcək, əhalinin sosial vəziyyəti pisləşəcək.

- Bu amillər Avropanın yumşaq davranmasına səbəbdir?

- Avropanın əsas ölkələrinin liderləri anlayırlar ki, vəziyyət pisə doğru gedir. Onlar başa düşürlər ki, ən yaxın dostları, müttəfiqləri olan ABŞ-ın siyasəti ölkələrinin strateji maraqları ilə üst-üstə düşmür. ABŞ güclənir, onlar isə zəifləyir. ABŞ Rusiyanı çökdürmək siyasəti aparır, amma paralel olaraq Avropanın əsas ölkələri də zəifləyir. Ənənəvi Avropa ölkələri - Fransa, Almaniya, İtaliya ABŞ-la balans yaratmaq üçün hər zaman Rusiya ilə normal münasibətlər saxlayırdı. İndi bu balans itib, ABŞ həm iqtisadi, həm də siyasi diqtə edir. Almaniya, Fransa kimi ölkələr təhlükəsizliklərinin təminini düşünür. Ramştaynda bu ölkələrin hərbi-siyasi aqibəti həll olunur. Demək ki, bu ölkələrin suverenliyi müəyyən dərəcədə şübhə altındadır. Pentaqon rəhbəri gəlir, Ramşteyndə Avropa ölkələrinin hərbi rəhbərliyini yığır və onlara müəyyən tapşırıqlar verir, istiqamətlər göstərir. Avropanın aparıcı ölkələrində də başlayıblar fikirləşməyə ki, onlara öz müstəqillikləri, ordularının gücü lazımdır. Onların özlərinin də hərbi strategiyaları mövcuddur axı. İndi belə bir mürəkkəb vəziyyət yaranıb. Artıq Berlinin, Parisin, Romanın ritorikasında dəyişikliklər var.

Digər tərəfdən, bütün dönəmlərdə Avropa tərəfindən Rusiyaya ilə qırmızı xətlər gözlənilirdi. Avropanın aparıcı ölkələrinin liderləri anlayırlar ki, Rusiya ilə qırmızı xətləri keçmək balansı itirir, ənənəvi geosiyasəti aparmaq mümkün olmur. Beləliklə, Avropa İttifaqının aparıcı ölkələri həm iqtisadi, həm də siyasi cəhətdən zəifləyir. Nəzərə almaq lazımdır ki, Rusiya Avropa üçün hər zaman xammal bazarı olub. Avropanın iqtisadi sıçrayışlarının mənbəyi ABŞ yox, həmişə Rusiya olub. Enerji daşıyıcılarından tutmuş, taxta-şalban, dəmir-metala kimi, hamısı Rusiyadan gəlib. Avropa liderləri görürlər ki, bu mənbəni, bazarı itirirlər. Ona görə də müharibənin tezliklə bitməsini, tərəflərin masaya əyləşməsini istəyirlər. Ritorikalar da buna görə dəyişib.

- Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Aleksey Arestoviç Qərbi ittiham edib ki, onların atdıqları addımlar yetərli deyil. Arestoviç bildirib ki, Ramştaynda yenidən toplantı olacaq və hansısa qərarlar veriləcək, amma bunun vəziyyəti dəyişəcəyinə inam yoxdur. İddia edir ki, əvvəlki toplantının da mənası olmadı. Ukraynanın başqa rəsmilərin də bu tip tənqidləri olur. Belə demək olarmı ki, rəsmi Kiyev artıq danışıqlara meyillənəcək?

- Əslində Avropanın aparıcı dövlətlərinin liderləri Rusiya ilə Ukrayna arasında danışıqların başlamasında maraqlı olduqlarını nümayiş etdirirlər. Makronun, Şoltsun bəyanatlarında bunlar sezilir. Eyni zamanda, İtaliya tərəfindən sülh planı ortaya atılır. Onlara müharibə lazım deyil. Ramştaynda əslində Ukrayna məsələsi fon kimi görünür. Əslində orada ABŞ çalışır ki, digər ölkələrə öz mövqeyini diktə etsin. Ramştaynın əsas məğzi budur. Əlbəttə, bunu Ukrayna böhranını əllərində əsas tutaraq edirlər. Son nəticədə Ukrayna kənarda qalır, ABŞ öz maraqlarına uyğun siyasət qurur. Bu, təbii ki, Ukraynanı narazı salır. Rəsmi Kiyev vəziyyətin dəyişmədiyini gördükcə, danışıqlara bir qədər də isti baxacaq.

- Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, Kiyevə Qərbdən uzaqmənzilli raket sistemləri verilərsə, Rusiya Ukraynanın dövlət qurumlarına və nəqliyyat infrastrukturuna zərbələr endirə bilər. Biz görürük ki, Rusiya xəbərdarlıqlarla yetinmir, icrasını da həyata keçirir. Kartapolovun xəbərdarlığına Qərb məhəl qoyacaqmı?

- Ukrayna uzaqmənzilli raketlərlə təchiz ediləcəksə, o zaman vəziyyət Avropa üçün idarəolunan durumdan çıxacaq, idarəolunmaz hala keçəcək. Bu dəfə hədəfdə təkcə Ukrayna yox, Qərb olacaq ki, bunu Qərb istəmir. Rusiya təhdidlə yetinməyəcək, icranı gerçəkləşdirəcək. Çünki Rusiyanın geosiyasi cəhətdən demək olar ki, itiriləsi nəyisə qalmayıb. Qərb, xüsusən də ABŞ istəyir ki, Avropada olan-qalan ölkələr də NATO üzvü olsun və onun nəzarətində qalsın. ABŞ qətiyyən istəmir ki, Avropada güclü ordu olsun. ABŞ arzulayır ki, Avropa ölkələrinin orduları onun əlində alət olsun. Məsələn, illərdir çalışırlar ki, Türkiyə Ordusu əllərində alət olsun, amma Türkiyə bunu etmir. Daha doğrusu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna imkan vermədi. Məsələ burasındadır ki, Ukraynada baş verənlər qalıb bir kənarda, ABŞ öz oyununu qurur. Rusiya da Kiyevə xəbərdarlıq edir ki, buna getməsinlər.

Digər tərəfdən, sabah Ukraynaya uzaqmənzilli silahlar verilsə, bunu idarə edən hərbçilər varmı? Bunu idarə etmək üçün mütəxəssislər lazımdır ki, bu mütəxəssislər Ukraynada yoxdur. Əgər Ukraynaya həmin silahlar tədarük edilərsə, o zaman mütəxəssislər də gəlməlidir. Həmin mütəxəssislər kimin göstərişini yerinə yetirəcək - Ukrayna Müdafiə Nazirliyinin əmrlərini, yoxsa Pentaqonun əmrlərini?! Bu suallar açıq qalır.

Eyni zamanda, bu silahlar sadə yox, geostrateji silahlardır. Hansı ki, bu silahlar geostrategiyanı müəyyən edir. Bu silahların Ukraynaya verilməsi o deməkdir ki, Kiyev geosiyasəti müəyyənləşdirən əsas ölkələrdən olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski geosiyasəti müəyyən edəcək? Ümumiyyətlə, Zelenskinin belə siyasi potensialı varmı? Zelenski Qərbin əlində sadəcə alətdir. Düzdür, bu vəziyyəti Rusiya yaradıb, amma təəssüf ki, reallıq bundan ibarətdir.

- Danışıqlar üçün Ukraynanın da, Rusiyanın da şərtləri bəllidir. Fərz edək ki, müharibənin aktiv fazası dayandı və hansısa formada danışıqlar başladı. Nəticə nə ola bilər?

- Nəticə atəşkəsin elan olunması, müharibənin dayandırılmasıdır. Ukraynanın məqsədi bəllidir - ərazi bütövlüyünü bərpa etmək. Açığını deyim ki, bu, real görünmür. Qərb dövlətlərinin liderləri də bunun real olmayacağını anlayırlar. Ona görə İtaliyanın sülh planı ərsəyə gəldi, Makronun, Şoltsun Moskvaya telefon zəngləri intensivləşdi. Onlar başa düşürlər ki, Ukrayna öz ərazi bütövlüyünü bərpa edə bilməyəcək. Eyni zamanda, həmin qüvvələr Rusiyaya da imkan verməyəcək ki, Ukraynanı tam şəkildə zəbt etsin. Ona görə də Avropa "B" planına keçidin tərəfdarıdır. "B" planı odur ki, Rusiya hazırda olduğu mövqelərdə dayansın, danışıqlar başlasın. Paralel olaraq da Qərb Ukraynaya yardımlar etsin, Aİ-yə üzvlüklə bağlı vədlər verilsin və s. Yəni ki, Ukrayna qalib ölkə kimi görünsün.

Əslində bu, Ukraynanın qalibiyyəti deyil. Heç Rusiyanın da qalibiyyəti deyil. Rusiya iqtisadiyyatı dağılmış vəziyyətdədir, özü dünyada nüfuzdan düşüb. Amma, bəli, Ukraynanın xeyli ərazisini zəbt edib, ərazilərini genişləndirib ki, bunun qalibiyyət sayılması nə qədər uğurludur, deyə bilmərəm.

Qaldı ki, 24 fevraldan əvvəlki təmas xəttinin bərpasına, yəni ki, müharibədən əvvəlki status-kvonun təmin olunmasına - bu, çətindir. Rusiya bunu qəbul etməyəcək. Ukrayna da, Rusiya da itkilər verib. Rusiya cəmiyyətə zəbt etdiyi əraziləri göstərir. Sabah qayıdanda, soruşulacaq: müharibə, bu qədər itki, sanksiyalar nəyə lazım idi? Mən düşünmürəm ki, danışıqların bərpası üçün Rusiya zəbt etdiyi əraziləri qaytarsın.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru