Şimali Kipr üçün tarixi məqam: öncə Türk Dövlətləri Təşkilatına üzvlük, sonra... - GƏLİŞMƏ
Tarix: 15-06-2022, 08:29 | Çap et
 Yunanıstanla Türkiyə arasında yaşanan gərginlik təkcə sahil suları və adalarla bağlı deyil. Şərqi Ağdənizdəki üstünlük mücadiləsinin tərkib hissəsi olaraq, Yunanıstan hökumətinin Kiprdəki türk mövcudiyyətinə qarşı iddia və həmlələri də iki ölkə münasibətlərində önəmli gərginlik nöqtəsidir.
Yunan tərəfinin daha əvvəl də gündəmə gələn etimadyaradıcı tədbirlər paketini yeni bir təklif kimi dünyay təqdim etmək istəməsi gərginliyi daha da artıracaq. Afina illər boyu həll prosesinə heç bir töhfə verməyən prinsip və təklifləri təkrarən müzakirə masasına gətirmək istəyərkən, Ankara bəyan edir ki, əgər bir müzakirə olacaqsa, iki toplum arasında deyil, iki dövlət arasında olacaq.
Yunanıstan Maraşı geri almaq istəyir, Şimali Kipr Türk Respublikası (ŞKTR) isə buranın Türk torpağı olduğunu ifadə edir. Yunan tərəfi adanın ətrafındakı enerji mənbələri üzərində ŞKTR-in də haqqı olduğunu etiraf etsə də, əməli proseslərdə böyük payı özünə götürmək dərdindədir. Türk tərəfi isə öz haqqını yedirməyəcəyini açıq şəkildə bəyan edir.
Doğrusu, indiki mənzərədə yenidən bir müzakirə masası qurulsa belə, yunanların bundan qaçacaqlarını, yaxud da ən həlledici məqamda imtina edəcəklərini proqnozlaşdırmaq çətin deyil.
ŞKTR Prezidenti Ersin Tatar bu mövzuda öz təkliflərini qısa müddət sonra ictimaiyyətə açıqlayacaqlarını bildirdi. Ehtimal etmək olar ki, Türk tərəfinin mövqe və mübarizəsində bir dəyişiklik olmayacaq.
Yunanıstan və Kiprdəki yunan idarəetməsinin birgə, istər Egey adaları üzərində, istərsə də Şərqi Ağdəniz üzərindəki siyasəti bu şəkildə davam etdikcə faydalı bir müzakirənin mümkünsüzlüyü ortadadır.
Bütün bu proseslərin fonunda, təxminən 3 ay sonra ŞKTR üçün tarixi bir yenilik yaşanacaq. Şimali Kipr Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlük üçün müraciət edib və yayın sonlarında Özbəkistanda keçiriləcək liderlər zirvəsində bununla bağlı qərar qəbul ediləcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kiprə sonuncu səfərində bu məsələni xüsusilə dilə gətirdi. Özü şəxsən prosesin başından bəri bu istiqamətdə gərgin bir diplomatik fəaliyyətdədir.
Hazırda bu xüsusda müsbət bir meyllənmə olduğunu söyləməyək. ŞKTR bir türk dövləti qismində İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da müşahidəçi üzvdür. Ukraynadakı müharibə TDT-nı da öz daxilində daha güclü bir əməkdaşlığa, genişlənməyə vadar edir. ŞKTR də üzv olacağı halda, Macarıstan ilə birlikdə 7 üzvü olan TDT bütün müstəqil türk dövlətlərini bir araya gətirmiş olacaq.
TDT daxilində iki cür üzvlük sistemi var: tamhüquqlü üzvlər və müşahidəçi statuslu üzvlər. Hazırda Macarıstan və Türkmənistan müşahidəçi statuslu üzvlərdir. Lakin idarəetmə mexanizmində böyük bir fərq yoxdur. Hər bir üzv bütün mənalarda bərabər şəkildə təşkilatın parçalarıdır.
ŞKTR-in üzvlüyünün təsdiqlənməsindən sonra bu türk dövlətinin TDT və onun vahid qurumları ilə birbaşa və dolayı əlaqələrinin önü açılacaq. Məsələn, Türksoy, Türk Akademiyası, TÜRKPA əlaqəli qurumlar, AGİT, CICA, ÜST kimi təşkilatlar isə TDT-nin qarşılıqlı münasibətdə olduğu qurumlardır.
Və ən çox diqqət çəkən, gözlənilən məqam üzv ölkələrin gələcəkdə ŞKTR-in müstəqilliyini tanıması qərarıdır. Hələlik liderlər zirvəsi baş tutsun, üzvlük məsələsi həllini tapsın, müstəqilliyin tanınması mövzusunu da birlikdə müzakirəyə çıxararıq.
Müəllif: Prof. Dr. Kürşad Zorlu Mənbə: "haberturk.com.tr" AYNA

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
|