Kremlin “pəncəsindən” qurtulmaq üçün Avropanın son ümidi - GƏLİŞMƏ
Tarix: 18-06-2022, 08:41 | Çap et
 Ukrayna müharibəsinin kölgəsində Rusiyadan enerji asılılığına son qoymağa çalışan Avropanın yeni ümidi Şərqi Aralıq dənizinin karbohidrogen enerji ehtiyatlarıdır. Bu kontekstdə Yaxın Şərq son vaxtlar iki mühüm səfərə şahidlik edib. ABŞ-dan olan bir qrup Livan və İsrail arasında dəniz yurisdiksiyasının sərhədini müəyyən etmək üçün danışıqlar aparıb. Çünki Livanın da iddia etdiyi bir ərazidə İsrailin qazma işlərinə başlaması iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib.
İki önəmli səfər
Amerika rəsmilərinin Beyrutda danışıqlar apardığı saatlarda İtaliyanın Baş naziri Mario Draqi və Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen də təbii qaz təchizatı ilə bağlı Yaxın Şərqdə danışıqlar aparıblar. Ursula fon der Leyen Ukraynanı işğal etməyə çalışan Rusiyanın enerji resursları ilə bağlı şantajına qarşı olduqlarını, alternativ tədarükçü axtarışında olduqlarını bildirib.
Rus qazı
ABŞ və Aİ rəsmiləri Yaxın Şərqdə danışıqlar apararkən Rusiya qaz tədarükünü əvvəlcə Almaniyaya, sonra Avstriya və İtaliyaya dayandıracağını açıqladı.
Rusiya Almaniyaya göndərdiyi bildirişdə qeyd olunub ki, Kanadanın sanksiyaları səbəbindən Almaniyanın “Siemens” şirkəti kompressorun texniki xidməti üçün lazımi hissələri təmin edə bilmir və bunun üçün daşınma həcmini azaltmaq məcburiyyətindədirlər.
Almaniyada həyəcan
Alman rəsmiləri isə Rusiyanın iddia etdiyi kimi, bununla bağlı heç bir sanksiya olmadığını, Moskvanın sırf siyasi motivlərlə hərəkət etdiyini bəyan edirlər. Rusiyanın bu addımı məhz Almaniya və digər Avropa ölkələrinin qaz çənlərini qışa qədər doldurmağa çalışdığı bir vaxtda atılıb.
Almaniya panikadadır. Avropanın ən böyük iqtisadiyyatı olan bu ölkə elektrik enerjisinə olan tələbatının təxminən 35 faizini Rusiya qazı hesabına qarşılayır. Rusiya iki gün ərzində təbii qaz tədarükünü 60 faiz azaldıb.
Almaniya Baş nazirinin müavini Robert Habek tədarükdə heç bir problem olmadığını desə də, vətəndaşlara və sənayeçilərə “Pullara qənaət edin, hər kilovatsaat çox vacibdir” çağırışı edib.
Ötən il Avropa İttifaqı təbii qaza olan tələbatının 40 faizindən çoxunu Rusiyadan alıb. Lakin Ukrayna böhranından sonra tətbiq edilən sanksiyalar və Aİ-nin Rusiya təbii qazından asılılığına son qoymaq qətiyyəti Avropanı çətin mənzərə ilə tanış edir.
İsrail qazı artıracaq
Bu perspektivlə Avropanın yeni ümidi Şərqi Aralıq dənizindəki təbii qaz ehtiyatlarıdır. Aİ Komissiyasının sədri Ursula fon der Leyenin İsraildən sonra Qahirəyə səfəri zamanı Avropaya qaz satışını artırmaq üçün İsrail ilə Misir arasında anlaşma memorandumu imzalanıb.
Buna uyğun olaraq Şərqi Aralıq dənizində əhəmiyyətli təbii qaz ehtiyatlarına sahib olan İsrail təbii qazı mövcud boru xətti ilə Misirdəki obyektlərə çatdıracaq və maye təbii qaza (LNG) çevrilərək tankerlərlə Avropaya daşınacaq.
İsrailin Baş naziri Naftali Bennet “Twitter” səhifəsində İsrail bayrağının rənglərinə işarə edərək, razılaşma ilə bağlı "İsrail tarixdə ilk dəfə mavi-ağ təbii qazı Avropaya çatdırmaq üçün Misirlə əməkdaşlıq edəcək" açıqlamasını verdi.
Türkiyə seçimi
Rusiya-Ukrayna böhranı bir gün aradan qalxsa belə, Avropanın Rusiyadan enerji asılılığından qurtulmaq planı davam edəcək. Aİ qlobal istiləşmə səbəbiylə qalıq yanacaqlardan imtina etməyə hazırlaşsa da, yaxın bir neçə ildə enerji ehtiyacını qarşılamaq üçün ABŞ-dan başqa Şərqi Aralıq dənizi və Körfəz ölkələri ilə daha çox əməkdaşlıq edəcəyi anlaşılır.
Lakin təbii qazın LNG şəklində idxalı daha baha başa gəlir. Həmçinin, onun imkanları məhduddur. Avropanın enerji böhranı Şərqi Aralıq dənizində paylaşma və əməkdaşlıq axtarışlarını artıra bilər. ABŞ İsrail qazını Kipr və Yunanıstan üzərindən “EastMed” boru kəməri ilə nəql etməkdən imtina etmişdi – çünki baha başa gəlir.
Aİ-nin nəzərdən keçirdiyi digər alternativ isə İsrail qazının sualtı boru kəməri ilə Türkiyəyə nəqli və qurudan davam edəcək bir xətlə Avropaya nəqlidir. Lakin layihənin reallaşması üçün ilk növbədə müvafiq dövlətlər arasında siyasi konsensusun yaradılması və maliyyə probleminin aradan qaldırılması lazımdır.
Müəllif: Nilgün Tekfidan Gümüş Mənbə: "hurriyet.com.tr" Uyğunlaşdırma AYNA-ya məxsusdur

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
|