Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“KTMT heç bir hadisəyə münasibət bildirmirsə, deməli, belə bir təşkilat faktiki olaraq yoxdur” - FAKT BUDUR!
Tarix: 30-06-2022, 10:45 | Çap et
“KTMT heç bir hadisəyə münasibət bildirmirsə, deməli, belə bir təşkilat faktiki olaraq yoxdur”
usiyanın Ukraynaya qarşı "xüsusi əməliyyat" adı altında apardığı işğalçı müharibədə, bu dövlətin də təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin heç biri iştirak etmir. Hərbi təşkilatda olan dövlətlər nəinki işğalçı müharibədə əsgəri güclə iştirak etmir, hətta siyasi anlamda Kremlə dəstək də ifadə edilmir. Belarusdan başqa, KTMT-də təmsil olunan dövlətlərin rəsmi şəxsləri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edirlər.

Yeri gəlmişkən, Qazaxıstan Prezidenti Qasım Comərd-TokayeviSankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putinin qarşısında Ukraynanın Luqansk və Donetsk bölgələrindəki qondarma qurumları "kvazidövlət" adlandırdı və onların "müstəqilliklərini" heç vaxt tanımayacaqlarını bəyan etdi. Nəzərə almaq lazımdır ki, Qazaxıstan KTMT-nin əsas dövlətlərindən biridir.

KTMT-nin işğalçı müharibədə Rusiyanın yanında dayanmaması, əksinə, bu ölkələrin rəhbərləri səviyyəsində dolayısı ilə Ukraynaya dəstək verilməsi sözügedən hərbi təşkilatın de-fakto ləğv edildiyini göstərir. Rusiyanın istər rəsmi, istərsə də qeyri-rəsmi siyasi dairələrində KTMT ölkələri tənqid olunur, televiziyalardakı siyasi verilişlərdə Kremlə yaxın analitiklərin dilindən "KTMT Rusiyanın yanında deyilsə, o zaman bu təşkilat bizim nəyimizə lazımdır?" deyə ritorik suallar verilir.

Rusiyanın işğal müharibəsinə dəstək verməyən KTMT-nin dağıldığını söyləmək olarmı? diaaz.space-ın məlumatına görə, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya deyib ki, Qazaxıstan Prezidenti Tokayevin Putinin qarşısındakı çıxışı Rusiyanın apardığı müharibəyə də, KTMT-yə də münasibətin göstəricisi idi: “Rusiyanın xarici siyasəti ciddi böhran altındadır. Rusiyanın postsovet məkanındakı nüfuzu ciddi şəkildə azalmaqdadır. Tokayevin bəyanatı onu göstərir ki, Qazaxıstanla bağlı rəqabət mühiti yaranıb. Qazaxıstana yönəlik əvvəl Rusiya əsas oyunçu idisə, indi Çin də var. Qazaxıstan Prezidentinin belə açıq şəkildə bəyanatı, Rusiyaya qarşı fikirləri sıradan deyil”.

“Ola bilsin ki, qlobal güclər tərəfindən Qazaxıstana təhlükəsizlik təminatları da verilib. Eyni zamanda, Qazaxıstanda, Orta Asiyada Türkiyə fəallaşıb. Bu gün Qazaxıstanda Qərb şirkətləri də mövcuddur. Bu baxımdan, Rusiyanın təsirindən, KTMT-dən qopma mümkündür”, - deyə həmsöhbətimiz bildirib.

Zülfüqarov Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini də xatırladıb: “Orada səslənən fikirlər, hansısa simvolik addımlar, tərcüməçisiz çıxışlar onu göstərir ki, türk dövlətlərinin birliyi aktullaşır, Türk Dövlətləri Təşkilatı güclənir. Bu dəyişikliklərə baxanda, əlbəttə, demək olar ki, KTMT kimi, Rusiyanın çətiri altındakı postsovet təşkilatlarının əhəmiyyəti azalacaq. Bəzi təşkilatlar tamamilə siyasi səhnədən gedəcək. Buna heç kəsin şübhəsi yoxdur”. diaaz.space-ın məlumatına görə, Avropada yaşayan azərbaycanlı politoloq Rauf Mirqədirov isə AYNA-ya şərhində KTMT-nin heç vaxt ciddi təşkilat olmadığını söyləyib: “Rusiya zəiflədikcə bu hərbi təşkilatdakıların mövqeyi də dəyişir. Rusiya müharibədə məğlub olduqda bu təşkilat da tarix olacaq. Baxın, bu gün dünyada əsas hərbi qurum NATO-dur. Hazırda NATO-ya yeni üzvlərin daxil olması müzakirədədir. Türkiyə üzvlərin qəbulu ilə bağlı şərtlər irəli sürür, öz maraqları naminə istifadə edir. NATO-nun digər dövlətləri, ABŞ Türkiyənin mövqeyinə münasibət bildirir, problemin həlli üçün müəyyən səylər göstərirlər və s”.

“Deməyim odur ki, NATO-da bir sistem var. Hətta Alyansdakı balaca dövlətlər, aparıcı olmayan ölkələr də öz maraqlarını müdafiə etməyi bacarır, buna imkanları var. Düzdür, Türkiyə balaca dövlət deyil, amma Qərbin aparıcı ölkəsi də deyil. Yaxud da, Macarıstan. Macarıstan rəhbərliyinin siyasəti heç xoşagələn deyil, amma öz maraqlarını müdafiə edir, müəyyən qərarların qəbuluna imkan vermir. KTMT-də belə sistem yoxdur axı”, - deyə analitik vurğulayıb.

Müsahibimiz KTMT-də əsas bir dövlətin söz sahibi olduğunu qeyd edib – Rusiya: “Bu təşkilatda təmsil olunan digər dövlətlərin nə səs hüququ var, nə qərar verə bilmək hüququ var, nə də hansısa prosesin qarşısını ala bilirlər. Bu gün çox absurd bir situasiya yaranıb. Əslində Tokayevin Sankt-Peterburqda Putinin qarşısında verdiyi bəyanat həmin absurd vəziyyəti gözlər önündə canlandırdı. Ukraynadakı qondarma qurumları Tokayevin "kvazidövlətlər" adlandırması Qazaxıstanla Rusiyanın necə müttəfiq olduğunu, KTMT-nin necə mənasız qurum olduğunu göstərdi. Çünki Tokayevin "kvazidövlətlər" adlandırdığı "respublikalar"ı Rusiya tanıyır, həmin separatçı qurumlarla Moskva diplomatik münasibətlər qurub. Eyni zamanda, Rusiya həmin "dövlətlərin" müraciəti əsasında, həmin "dövlətlər"ə görə Ukraynaya qarşı elan olunmamış müharibə aparır”.

Mirqədirov qeyd edir ki, hərbi-siyasi blok çərçivəsində Qazaxıstan KTMT-dəki müttəfiqi Rusiyanı yox, Ukraynanı dəstəkləmiş oldu: "Bu, absurdun absurdudur. Əgər sən Rusiyanın uğrunda müharibə etdiyi qondarma qurumları "kvazidövlətlər" adlandırırsansa, onların "müstəqillikləri"ni tanımağı qeyri-mümkün sayırsansa, o zaman gərək KTMT-dən çıxasan. Çünki həmin təşkilatın əsas dövləti Ukraynaya qarşı işğalçı müharibə aparır. KTMT heç bir hadisəyə münasibət bildirmirsə, deməli, belə bir təşkilat faktiki olaraq yoxdur”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru