BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                 

Real dünya ilə əlaqəsi kəsilənlərin oynadığı qumar və: İsrail üçün fəlakət - NƏ BAŞ VERİR?
Tarix: 13-10-2024, 00:22 | Çap et
Real dünya ilə əlaqəsi kəsilənlərin oynadığı qumar və: İsrail üçün fəlakət
Yaxın Şərqdə davam edən gərginlik fonunda İran-İsrail qarşıdurmasının geniş miqyas alacağı proqnozlaşdırılır. Oktyabrın 1-də İranın İsraili raket atəşinə tutmasından sonra rəsmi Təl-Əvivdən bunun cavabının veriləcəyi açıqlanıb. İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrailin Tehrana cavabı sərt olacaq.

Xarici media yəhudi dövlətindəki mənbələrinə istinadən belə məlumatlar yayırlar ki, İsrail İranın neft və nüvə obyektlərinə zərbə vurmağa hazırlaşır. Amma bu addımın İsrail üçün yaxşı nəticə verməyəcəyi qənaətində olanlar da var. Məsələn, ötən həftə “The Jerusalem Post” qəzeti adı açıqlanmayan İsrail rəsmilərinə istinadən yazıb ki, yəhudi dövlətinin İranın nüvə proqramı obyektlərinə zərbə endirməsi İsraillə İran arasında regional müharibəyə yol aça bilər.

Bu cür münaqişə yəhudi dövlətinin HƏMAS radikal hərəkatını məhv etmək və Livandakı “Hizbullah” təşkilatını məğlub etmək qabiliyyətini “əhəmiyyətli dərəcədə zəiflədə bilər”. Nəşr vurğulayıb ki, İranla münaqişənin başlanmasının qarşısının alınması Qəzza zolağında vəziyyətin kəskinləşməsindən sonra İsrail Baş naziri Benyamin Netanyahunun administrasiyası tərəfindən rəsmən bəyan edilmiş “müharibə məqsədlərindən” biridir.

Nəşrin mənbələri gözləyirlər ki, İsrail İrana cavab zərbəsi zamanı müxtəlif hərbi bazalara və kəşfiyyat obyektlərinə diqqət yetirə bilər. Onlar planlaşdırırlar ki, bu əməliyyat “orta ağırlıqlı hücum ssenarilərini” əhatə edəcək.

İsrailli general İtzak Brik isə “Haaretz”də yazdığı məqaləsində Təl-Əvivin belə planlarının ölkəyə zərər verəcəyini qeyd edib. Onun sözlərinə görə, İranın İsrailə 181 ballistik raket atmasına cavab olaraq, Təl-Əviv İran ərazisində gərginliyi daha da artırmadan hücum edə biləcək hədəflər tapmalıdır: “Yəni İsrail hər hansı bir addım atmazdan əvvəl yüz ölçüb bir biçməlidir. Nətənzdəki nüvə obyektlərinə hücum bölgədə gərginliyin ciddi şəkildə artmasına və genişmiqyaslı müharibənin baş verməsinə səbəb ola bilər. Bunun nəticəsini proqnozlaşdırmaq mümkün deyil. Bundan əlavə, nəzərə alınmalıdır ki, İranın nüvə obyektlərinə hücum bu ölkənin nüvə silahı yaratmaq imkanlarına son qoymayacaq. Ən yaxşı halda belə bir hərəkət İranın nüvə silahı istehsalını cəmi bir neçə ay gecikdirəcək”.

“İranın müxtəlif ərazilərdə və ən azı on metr yerin altında tikilən nüvə obyektlərini İsrailin təkbaşına məhv etmək imkanı yoxdur. Hətta ABŞ-ın köməyi ilə bu hərəkət çox çətin missiya hesab olunur. ABŞ İranın nüvə proqramını ABŞ və bütün dünya üçün təhlükə hesab etsə də, ölkənin nüvə obyektlərini məhv etmək üçün hərbi əməliyyatlara əl atmayıb. Çünki İrana hücumun yeni oxla qlobal müharibəyə səbəb olacağını anlayır. Yəni Rusiya, Çin İrana dəstək verəcək”, - general əlavə edib.

Brik qeyd edib ki, son günlər ABŞ-ın keçmiş Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailə İranın nüvə obyektlərinə hücum etməyi təklif edib: “Trampa sualım budur: Siz ABŞ Prezidenti olanda niyə belə bir hücumu həyata keçirmədiniz və İranın nüvə obyektlərini məhv etmədiniz? Necə olursa-olsun, sizin ölkənizin hərbi yenilikləri İsrailin imkanlarından yüz dəfələrlə çoxdur. Öz hərbi imkanlarınıza baxmayaraq, bizə həyata keçirməyə cəsarət etmədiyiniz bir tövsiyə verirsiniz. Trampın məsləhəti Bibliyadakı Axitofelə bənzəyir. Bunu etmək İsrailə dəhşətli ziyan vuracaq və hətta onu geri dönüşü olmayan nöqtəyə gətirə bilər. Baş nazir Netanyahunun, müdafiə naziri Qalantın və Baş Qərargah rəisi Herzel Halevinin İsrailin varlığına dair qumar oyunları haqqında yazmağım ilk dəfə deyil. Ağılsız bir qərarla onlar bütün Yaxın Şərqi əhatə edəcək çox cəbhəli müharibəyə başlaya bilərlər”.

“Müharibədən sonrakı gün haqqında bir an belə düşünmürlər. Onların real dünya ilə əlaqəsi kəsilib və hadisələr haqqında düzgün mühakimə yoxdur. Vəziyyəti düzgün dərk etməyənləri qızışdırmaqla hərəkət edirlər”, - deyə Blik vurğulayıb.

Generalın sözlərinə görə, fəlakət baş verən zaman artıq çox gec olacaq: “Bu üç adam İsrail tarixinin ən pis gününə, 2023-cü il oktyabrın 7-nə görə məsuliyyəti öz üzərlərinə götürməkdən yayındıqları kimi, İsrail bir neçə cəbhədə dağıldıqda da məsuliyyəti öz üzərlərinə götürməkdən yayınacaqlar... Bu vəziyyətlərin heç birində İsrail uzun müddət sağ qala bilməyəcək. Bizi bu üç adamın atdığı bataqlıqdan ancaq diplomatik razılaşma qurtara bilər”.

AYNA.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru