Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu” .....                     Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq .....                     Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ .....                     İnsanlar hər ay banklara 240 manat borc ödəyir .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi .....                     SEPAH-a yeni komandan .....                     Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır .....                     "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" .....                     Azərbaycanda kirayə haqqı 3,9%, .....                     Təhsil sisteminin KOLLEC BAZARI... .....                     Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir .....                     Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə .....                     Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... .....                     Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                     Moskvaya son iki ilin ən böyük dron hücumu olub .....                     Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... .....                     Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: .....                     Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı .....                     Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır .....                     “Sabah” qələbəyə görə nə qədər qazanıb? .....                     Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik .....                     Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi .....                     Nazir müavininə yeni köməkçi təyin olundu .....                     Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib .....                     "Med Kredit" ləğv olunur .....                     Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş .....                     İran müxalifətlə danışıqlara başladı .....                     Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” .....                     “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, .....                     AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi .....                     “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” .....                     “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi .....                     "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." .....                     AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... .....                     Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? .....                     Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ .....                     Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: .....                 

Kəşmir təhlükəsizlik deyil, kimlik problemidir - AKTUAL
Tarix: 25-04-2025, 10:09 | Çap et
Kəşmir təhlükəsizlik deyil, kimlik problemidir
1947-ci ildən bəri davam edən Kəşmir problemi təkcə sərhəd çəkişməsi deyil. Bu, müxtəlif dini-etnik kimliklərin toqquşması, regional hegemonluq uğrunda mübarizə və postimperial siyasi iradələrin sərt qarşıdurmasıdır. Kəşmir həm hindular, həm müsəlmanlar, həm də buddistlər üçün müqəddəs sayılan məkanlarla zəngindir. Amma bu mədəni müxtəliflik çoxdan təhlükəsizlik barrikadaları və silahlı münaqişələr fonunda kölgədə qalıb.
2019-cu ildə Hindistanın hakimiyyətə gələn hindu millətçi Bharatiya Janata Partiyası (BJP) Kəşmirə verilmiş xüsusi muxtariyyəti ləğv etməklə vəziyyəti radikal şəkildə dəyişdi. Bu qərar bölgənin müsəlman əhalisini “ikinci dərəcəli insanlar” statusuna salmaqla yanaşı, Kəşmir torpaqlarının qeyri-müsəlmanlara satılmasına da yaşıl işıq yandırdı. Tarazlıq pozuldu, müqavimət artdı.
Elə həmin il yaranan “Müqavimət Cəbhəsi” (The Resistance Front – TRF) özünü bu siyasətə qarşı yerli cavab olaraq təqdim etdi. Təşkilatın əsas hədəfi sadə və aydındır: Hindistan hökumətinin "turizm vasitəsilə inteqrasiya" planlarını sabotaj etmək, dinc mühiti terrorla sarsıtmaq və bununla da Delhi rəhbərliyinin uğursuzluğunu ifşa etmək.
Hindistanın İslamabadı terrora dəstəkdə ittiham etməsi yeni deyil. Lakin bu izah həddindən artıq sadələşdirilmiş və vəziyyəti dərk etmək üçün yetərsizdir. Pakistanın keçmişdə bu tip qruplaşmaları dəstəklədiyi doğrudur, lakin bu gün İslamabadın özü ciddi daxili siyasi, iqtisadi və hərbi xaosla üzləşib. Ölkədəki ekstremist qrupların hamısının dövlət nəzarətində olduğunu düşünmək — Cənubi Asiyanın reallıqlarından tamamilə uzaq bir xülyadır.
Daha təhlükəlisi isə odur ki, Hindistanın son illərdəki radikal siyasəti artıq yerli silahlı aktorları formalaşdırıb. Onlar özlərini Hindistanın "səssiz işğalına" qarşı vuruşan qəhrəmanlar kimi təqdim edir, xarici göstərişlərə yox, şəxsi qisas hissinə əsaslanırlar. Bu, idarəolunmaz bir radikalizmdir — milliyyətçiliyin sərhədsiz forması.
Bütün bunlarla yanaşı, Hindistanın özü Pakistanın Belucistan bölgəsindəki separatçılara dəstək verir. Hətta bu fəaliyyət “Rao doktrinası” adlı rəsmi sənəddə də təsbit olunub. Beləliklə, Kəşmir ətrafında baş verənlər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin zəif yerlərinə zərbə vurduğu hibrid müharibənin tərkib hissəsidir.
Terror aktından sonra Hindistan hökumətinin reaksiyası klassik sxemdə baş verdi: Pakistanla su paylaşımı barədə 1960-cı il razılaşmasının dayandırılması, diplomatik heyətin azaldılması, sərhəd keçid məntəqələrinin bağlanması, viza azadlığı ilə ölkəyə gəlmiş pakistanlıların 48 saat ərzində çıxarılması. Bu, siyasətdən çox, ritorikadır. İctimaiyyətin gözündə güclü görünmək üçün edilən addımlardır.
Lakin bu siyasətin praktik effekti nədir? Qısa müddətli reytinq artımı və millətçi çevrələrdə razılıq dalğası. Lakin uzunmüddətli perspektivdə — daha da artan radikallaşma, daha çox hücumlar və daha az təhlükəsizlik.
Nəticə: Kəşmir təhlükəsizlik deyil, kimlik problemidir
Hindistan Kəşmir problemini təhlükəsizlik məsələsi kimi təqdim edir. Amma əslində bu — kimlik, hüquq və siyasi təmsilçilik məsələsidir. Bu reallıq qəbul edilmədikcə, tətbiq olunan istənilən hərbi və inzibati tədbir yalnız müvəqqəti sakitlik gətirə bilər. Əsas səbəbləri aradan qaldırmayan siyasət — problemin özünü daha da dərinləşdirir.
BayВ­saran faciəsi — bu yolda növbəti dayanacaqdır. Əgər Hindistan rəhbərliyi bu səsi eşitmək əvəzinə yalnız repressiyalarla cavab verəcəksə, sabah turistlər təkcə gəlməkdən imtina etməyəcəklər. Onlar suallar verməyə başlayacaqlar. Və bu — istənilən avtoritar rejim üçün daha təhlükəli bir ssenaridir.

Elçin Alıoğlu - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
• Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42
• Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
• Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57
• Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54
• "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru