Səfər Mehdiyevlə "Karqo Şamil"i nə bağlayır? - Yoxsa onu görməzdən gəlməzdi...
Tarix: 2-06-2020, 11:56 | Çap et
 Hələ vəzifəyə yeni təyin olunduğu dpnəmlərdə Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev KİV təmsilçilərilə görüşü zamanı əminliklə deyirdi ki, monopoliyanın tam aradan qaldırıldığına dair fikirləri araşdırmaq artıq siz jurnalistlərin işidir.
Sitat: "Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm!”.
Doğrudur, Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olunandan sonra Azərbaycanda gömrük sahəsində də bəzi irəliləyişlər gözə çarpmaqdadır. Ancaq köhnə dövrə əsası qoyulmuş monopoliya və inhisarçılıq halları hələ də davam edir. Bunu sübut edən minlərlə faktlar mövcuddur. Əgər Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev həmin faktları ciddi araşdırsa, bəlkə o özü də bizimlə razılaşar. Gömrük orqanları ilə təmasda olan bir çox iş adamları da iddia edirlər ki, indi bu sahədə müəyyən yumşalmalar olsa da, ancaq bir sıra malların ölkəyə gətirilməsində hələ də inhisarçılıq halları qalır. Şübhəsiz ki, bütün bu məsələlər araşdırma mövzusudur.
DİA.AZ bildirir ki, araşdırma zamanı adı ilk qarşımıza çıxan şəxs "Karqo Şamil" adlı həm müəllim, həm də ticarətlə məşğul olduğu deyilən Heydərov Şamil Hilal oğlu oldu. Xaricdən, xüsusilə də Çindən Azərbaycana mal gətirmək istəyən sahibkarların "Karqo Şamil"ə mütləq işi düşür.
Sahibkarların iddialarına görə, hər gün Çindən və digər ölkələrdən Şamil Heydərovun adına 10-20 TIR yük gəlir. Başqa yüklərdən fərqli olaraq, onun sifariş verdiyi mallar Azərbaycanın gömrük keçid məntəqələrindən yubanmadan keçə bilir. Həmin yüklər əsasən "Xəzri-2018" MMC (Direktoru Cəfərov Mirsamir Mircəfər oğlu, təsisçisi Vəliyev Vəzir Xudab oğlu), "Mirstar" MMC (Təsisçisi və direktoru Əliyev Mirzə Musa oğlu), "Odlar Yurdu-2018" MMC (Direktor Heydərov Kənan Rəhim oğlu, təsisçisi Heydərov Şamil Hilal oğlu), "Teyyub-2007" MMC (Təsisçisi və direktoru Əkbərov Xəyyam Teyyub oğlu), "Texnologi" MMC (Direktoru Həsənov Hüseyn Cəmşid oğlu, təsisçisi Heydərov Kamal Şamil oğlu) kimi şirkətlər tərəfindən Şamil Heydərovun sifarişilə gətirilir. Özü də bu MMC-lərin adları nədənsə 3-4 aydan bir dəyişdirilir.
Yuxarıda adları qeyd olunan şirkətlər arasında Şamil Heydərovun və oğlu Kamal Heydərovun təsisçisi olduğu MMC-lər də var. Bunlar "Odlar Yurdu-2018" MMC və "Texnologi" MMC-dir.
İndi hörmətli Səfər Mehdiyev, ortaya çıxan bu qədər faktların adı monopoliya və inhisarçılıq deyil, bəs nədir?!
Məlumat üçün bildirək ki, Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasında müəllim olan Şamil Heydərovun Bakının Binəqədi şossesi, məşhur "Zəngəzur" restoranı yaxınlığında da "Technoline-k" MMC adlı şüşə və plasmas istehsalı zavodu mövcuddur. Həmçinin, həmin ərazidə hektarlarla torpaq sahəsi var.
Tikinti-inşaat sahəsində də biznes fəaliyyəti göstərən "Karqo Şamil" "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı tikdirdiyi binaları ilə də tanınır.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu kiçik araşdırma zamanı ortaya çıxan faktlardır. Bu sahədə araşdırmalarımız davam edir və mütəmadi olaraq onları oxuculara təqdim edəcəyik.
diaaz.space olaraq iddia olunanlarla baölı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...*** DİA.AZ bildirir ki, Şamil Heydərovun vəkili Yusifov Ceyhun Salman oğlu bu yazılanlara aşğıdakı formada reaksiya verib: "Nəzərinizə çatdırıram ki, Heydərov Şamil Hilal oğlu Respublikamızın büdcəsinə ən çox vergi ödəyən sahibkarlardan biridir. Ölkəmizdə fəaliyyət göstərdiyi 20 il ərzində yüzlərlə vətəndaşımızı daimi işlə təmin etmiş və ölkənin iri sahibkarlarından biri olmuşdur. Şamil Heydərov fəaliyyət göstərdiyi dövrdən etibarən hər zaman ölkəmizin iqtisadiyyatının inkişafı üçün çalışmışdır. Heydərov Şamil Hilal oğlu hər zaman Respublikamızın Gömrük Qanunvericiliyi ilə yanaşı digər qanunvericilik normalarının da tələblərinə hər zaman əməl etmiş, həmçinin heç bir vaxt monopoliya fəaliyyəti ilə də məşğul olmamışdır. Qanun hamı üçün necə bərabərdirsə, Şamil Heydərov üçün də həmin dərəcədə bərabərdir və qanunun tələblərinə əməl etmək bizim vəzifəmizdir. Çox təəssüf ki, bu tip yazıların dərc olunmasında olan yeganə məqsəd və məram nümunəvi iş adamı olan Şamil Heydərovun fəaliyyətinə kölgə salmağa çalışmaqdır. Bizim qanuni fəaliyyətimizə qarşı bu formada yazıların dərc olunmasına davam edildiyi təqdirdə biz hüquqi müstəvidə və məhkəmə qaydasında şərəf və ləyaqətin müdafiəsini tələb edəcəyik".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40 |
|
|
|
| • Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13 |
|
|
|
| • "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04 |
|
|
|
| • Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54 |
|
|
|
| • Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52 |
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
|