Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                 

`TİK-TOK`ÇU NAZİR OLANDA... - Anası ağlayan təhsilimiz...
Tarix: 29-03-2022, 10:31 | Çap et
`TİK-TOK`ÇU NAZİR OLANDA...
Bu günlərdə internet üzərindən avropa təhsili ilə, Azərbaycan təhsilinin fərqi ilə maraqlandım.

Haşa... Fərq böyükdür və çoxdur. Bunu araşdırmadan da çoxumuz görmüşük, eşitmişik. Bu öz yerində.

Oxuduqlarımdan diqqətimi çəkən birinci növbədə məktəbli geyimləri haqqında oldu. Belə ki, avropada məktəblinin məktəbə cins, krasovka və sair nə geyinməsinin fərqi yoxdur. Əslində bizdə də yox idi. 2007-2008-ci illərə qədərini xatırlayıram ki, bizdə də geyim fərqi yox idi. Sonra qərar ciddiləşdi və bütün məktəblilər məktəbli forması ilə dərsə gəlməyə məcbur edildi. İlk vaxtlar bu qaydadan çox valideynlər razılıq etdilər ki, "kasıb, varlı fərqi olmayacaq". Mənim, saf xalqım hardan bilsin ki, qəbul edilən heç bir qərar onları düşünərək verilmir?!...

Məktəbli formalarının qiymətləri ilə ilk vaxtlar çoxları razılaşdı. Lakin, getdikcə qiymətlər yavaş-yavaş qalxdı "at belinə". İndi kimin məktəbli forması var, məktəbə gəlir. O dəqiqə bilinir ki, bunun ailəsinin maddi imkanı zəif deyil. Kim ki, dərsə gələ bilmir... Artıq, məsələ hər kəsə aydındır. Yeri gəlmişkən, məktəbli formalarını da elə hər yerdən almağa icazə yoxdur. Çox məktəblərdə direktor yalnız onların verdiyi müəyyən ünvanlardan, geyimlər almağa məcbur edir, özü də ikiqat bahasına. Başqa yerdən geyim alanlar, o "qaydaları tətbiq edən" direktorların məktəbinə buraxılmır. Yəqin, çoxunuz bu barədə mənimlə razılaşarsınız. Hələ təzə vaxtlardan üstündə "BT" etiketi olmayan geyimlərdəki şagirdlər dərsə buraxılmırdı. Bu sizcə də monopoliya deyilmi?... Hə, onu deyirdim axı. İlk vaxtlar qiymətlər "babat" idi. Borç-xərc tapıb almaq olurdu. Bir ara bizim həm də "təcrübə ocağı"mız olan Təhsil Nazirliyinə "təcrübə keçmək üçün gələn-gedən oldu". Bu dönəmdə də hər təzə nazir gələndə, bilmirəm nə əlaqəsi var idi, amma formaların qiyməti biraz da artırdı. Beləcə qiymətlər qalxdı ulduz boyuna. Təhsilin səviyyəsi isə göz qabağındadır. Məktəblərdə hər şeyin, hətta müəllimlərin yığdığı rüşvətin belə məbləği artırılıb, lakin dərsin səviyyəsi hələ də "yerində sayır". Çünki, çox məktəblərdə normal təhsil öyrədilmir. Buna səbəb müəllimlərin savadsızlığıdır. Gəncə müəllimlər institutunun məzunlarıdır işlə rahatlıqla təmin edilən müəllimlərin bir qismi. Oranı bitirmək üçün də aydın məsələdir ki, savad lazım deyildi, "əlin cibində olsun, axırda gəl diplomunu apar". Vəssalam. Pandemiya dövründə biz online dərslərdə gördük çox müəllimlərin dərs öyrətmə səviyyəsini. Həmişə, hər yerdə müəllimlərin maaşının azlığından gileylənən qocaman müəllimlərin belə çoxillik təcrübəsinin yararsız olduğunun şahidi olduq. Nazir hansı tədbirləri gördü o müəllimlər barəsində? Halbuki, öz savadı ilə ali təhsil alan çox müəllimlər var ki, bu gün məcburiyyətdən ya məktəbin kitabxanasında, ya laboratoriyada çalışır. Günü 10 manata satıcı işləyən ali savadlı pedaqoqların olduğu ölkənin təhsili kimlərinsə əlində "oyuncağ"a çevrilib.

Bu yaxınlarda belə bir xəbər yayımlandı ki, Emin Əmrullayev internetdə videosu yayılan müəllimə ilə görüşüb.

"Tik-tok" sosial şəbəkəsindəki videoları belə diqqətlə izləyən və görüşmək üçün ta... Lənkəran rayonuna qədər gedən diqqətli nazirimiz qonşuluqdakı - Lerik rayonunun Diqo kəndindəki bu məktəbi (məktəb demək olarsa) görməyibmi həmən internetdə?

21-ci əsrdə təbii sərvətlər ölkəsi Azərbaycanda Afrikada qəbilə məktəbini andıran bu tikilinin mövcudluğu Azərbaycan təhsilinin utancıdır.

Bu da deyilənə görə Ağcabədi rayonu Cəfərbəyli kənd orta məktəbidir. Əlavə şərhə ehtiyac yoxdur. "Kor-kor, gör-gör"...

Özü "tik-tok" izləyən Təhsil nazirinin mətbuat xidmətinin rəhbəri də nazirliyin email ünvanına baxmağı - yəni işini icra etməyi unudub. Aylar öncə "DogruXeber.az" redaksiyasından göndərdiyimiz bəzi sorğular hələ də cavabsız qalıb. Baxmayaraq ki, mobil telefon vasitəsilə Cəsarət Valehovun şəxsən özünə də zəng vurub, email ünvanına sorğu göndərdiyimizi diqqətinə çatdırmışdıq. Atalar deyir "ağası gülüm olanın..."

Əlqərəz. ..

Təhsil sahəsində zəiflikdən və özbaşınalıqdan doğan etirazlar, narazılıqlar kifayət qədərdir. Yazmaqla bitməz, amma biz bacardığımız qədər yazırıq, ictimailəşdiririk. Burda bitmədi...

Mövzuya qayıdacağıq.

DogruXeber.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru