Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                 

Şirvanda büdcə təşkilatlarına nəzarət sıfır həddindədir - Buna görə yeyinti rahatdır... - Şahin Mustafayevin adamına qarşı ittiham
Tarix: 1-10-2014, 12:49 | Çap et
Şirvanda büdcə təşkilatlarına nəzarət sıfır həddindədir - Buna görə yeyinti rahatdır...
Maliyyə Nazirliyinin (MN) bəzi yerli idarələrində hökm sürən məmur özbaşınalıqları, idarə rəislərinin vəzifə səlahiyyətlərindən başqa məqsədlər üçün istifadə etməsi və digər neqativ hallarla bağlı dəfələrlə tənqidi yazılar etmişik. Lakin bəzi məmurlar tənqiddən nəticə çıxarmağı bacarmır. Əksinə, onlar zaman keçdikcə fəaliyyətlərindəki qanunsuzluqların sayını bir az da artırırlar. Ki, bu da nəhayətdə böyük problemlərin yaranmasına gətirib çıxarır. Müxtəlif qanun pozuntularının qeydə alındığı qurumlardan biri də Şirvan Şəhər Maliyyə İdarəsidir.

Qeyd edək ki, sözügedən idarə öz səlahiyyətləri çərçivəsində Şirvan şəhərində maliyyə siyasətini həyata kecirən, yerli gəlir və xərclər üzrə büdcə və büdcədənkənar vəsaitlərin layihələrini hazırlayan, dövlət büdcəsinin yerli və mərkəzləşdirilmiş xərclər üzrə kassa icrasını həyata kecirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, yerli xərclər üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəliklər qəbul edən qurumdur. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə isə, idarənin rəisi Həzi Qasımov vəzifə səlahiyyətlərini bir kənara qoyaraq tamam başqa işlərlə məşğul olur. Mənbə deyir ki, Həzi Qasımovun imza atdığı bir sıra qanundankənar işlər ölkənin maliyyə sistemində əldə olunan uğurları sanki gözdən salır: "Dövlət büdcəsi haqqında" Qanunun tələblərini pozmaqdan çəkinməyən idarə rəisi Şirvanda büdcədən maliyyələşən təşkilatlara normal fəaliyyət göstərməyə imkan vermir. Belə ki, qanunvericiliyə görə büdcə təşkilatlarında ən yaxşı halda üç ildən bir yoxlama aparılmalı və büdcə vəsaitlərinin hansı istiqamətlərə sərf olunduğu araşdırılmalıdır. Amma Həzi müəllim bəzi büdcə təşkilatlarını il ərzində bir neçə dəfə yoxlatdırır ki, bu da yolverilməz haldır. Maraqlıdır ki, büdcədən maliyyələşən bəzi qurumlarda ümumiyyətlə, heç bir yoxlama aparılmır. Bu isə büdcə vəsaitlərinin bir qrup məmur tərəfindən mənimsənilməsinə zəmin yaradır. Məhz idarə rəisinin rəhbərliyi altında Şirvan şəhərinin maliyyə sistemi acınacaqlı hala düşüb. O hər vasitə ilə şəxsi imkanlarını genişləndirməyə və biznes obyektlərinin sayını artırmağıa çalışır. Məndə olan məlumatlara görə, Həzi müəllimin Şirvan şəhərində və qonşu rayonlarda bir neçə ticarət obyekti var. Yəni məmur rəhbərlik etdiyi idarənin bütün resurslarından şəxsi mənafeyi naminə istifadə edir. Beləliklə, külli miqdarda büdcə vəsaiti mənimsənilir. Az öncə dediyim kimi, idarə rəisi büdcə təşkilatlarında əsası olmayan yoxlamalar təşkil edərək idarə, təşkilat və müəssisə rəhbərlərini çətin vəziyyətdə qoyur. Belə ki, heç bir qanun pozuntusu aşkarlanmasa da, müəssisə rəhbərləri problem yaşamamaq üçün irəli sürülən "şərt"lərə əməl etmək məcburiyyətindədir. Əks halda, Həzi Qasımov onlara ciddi problem yarada bilər". Verilən məlumata görə, idarə rəhbəri başqa işlərə daha çox vaxt ayırdığından Şirvanda yerli gəlir və xərclər üzrə büdcə, o cümlədən büdcədənkənar vəsaitlərin layihələri düzgün hazırlanmır, dövlət büdcəsinin yerli və mərkəzləşdirilmiş xərclər üzrə kassa icrası normal şəkildə həyata kecirilmir: "Həmçinin maliyyə əməliyyatlarının uçotu da qanunlara uyğun formada aparılmır. Buna görə də Şirvan şəhərində büdcədən maliyyələşən idarələrin bir çoxunda qanunsuzluq baş alıb gedir. Amma maliyyə idarəsinin rəisi bu kimi halları görmür. Çünki həmin idarələrin rəhbərləri büdcədən sildikləri vəsaitlərdən Həzi müəllimə də nəysə çatdırırlar. Şirvandakı büdcə təşkilatlarının əksəriyyətinin fəaliyyətində nöqsan var. Bir məsələni deyim ki, bir müddət əvvəl Maliyyə Nazirliyinin rəsmiləri Şirvan Maliyyə İdarəsində yoxlama aparmış və ciddi nöqsanların olduğunu üzə çıxarmışdı. Hansısa səbəblərə görə, bu nöqsanların aradan qaldırılması və qanunları ayaq altına atan şəxslərin cəzalandırılması istiqamətində heç bir tədbir görülmədi. Bu isə Həzi Qasımovun Maliyyə Nazirliyində dayaqlarının olmasından xəbər verir". Qeyd edək ki, büdcə hesabına maliyyələşən qurumlarda maliyyə nəzarəti düzgün aparılmadıqda olduqca ciddi problemlər meydana çıxır. Odur ki, maliyyə naziri Samir Şərifov qanunlara qarşı sayğısızlıq edən idarə rəisini mütləq cəzalandırmalıdır. Əks təqdirdə, Şirvandakı büdcə təşkilatlarında yeyinti halları daha da dərinləşə bilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Dünən, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Dünən, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru