Hökumətdən ilginc qərar: Fırıldaqçı inşaat şirkətləri hədəfə alınır - Yeni həbslər belə gözlənilir...
Tarix: 3-04-2015, 10:33 | Çap et
 Son vaxtlar ev almaq istəyən vətəndaşların aldadılması az qala adi hala çevrilib. Məlumat üçün qeyd edək ki, jinayət qanunverijliyində belə əməlin adı dələduzluq adlandırılır və belə əməlləri törədənlər üçün ağır cinayət məsuliyyəti nəzərdə tutulub. Son illərdə Bakıda tikinti işləri ilə məşğul olan xeyli sayda şirkət (daha doğrusu, şirkət rəhbərləri) dələduzluqla məşğul olmaqla gəlirlərini artırmaqda, paralel olaraq vətəndaşlara külli miqdarda ziyan vurmaqda davam edir. Rəsmi məlumata görə, hazırda 10-dan artıq tikinti şirkətinin rəhbərliyi barəsində dələduzluq əməllərinə görə cinayət işi açılıb. Təəssüf ki, həmin tikinti şirkətləri vətəndaşlara şirnikləndirici vədlər verərək, arxalarında yüksək çinli dövlət məmurlarının dayandığını iddia edərək, nəticədə insanları daha rahat şəkildə aldadırlar.
DİA.AZ xatırladır ki, belə şirkətlərdən birinin “MURAY” MMC olması üzə çıxdı ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində şirkətin 6 rəhbər işçisi 10 ildən 15 ilədək azadlıqdan məhrum edildi. Xatırladaq ki, sözügedən şirkət vətəndaşlardan qabaqcadan pul yığsa da, bir mənzili bir neçə nəfərə satmaqla, yaxud vəd edilən mənzilləri tikməməklə onları aldatmışdı. “MURAY” işi yaddan çıxmamış paytaxtda vətəndaşları aldadan daha bir tikinti şirkətinın cinayət əməlləri faş oldu. "G. E. N" MMC adlı tikinti şirkəti "Uğurlar", "Elgün E" və "GEN Holdinq" kimi məhdud məsuliyyətli cəmiyyətlər təsis edərək mütəşəkkil dəstə yaradaraq, 373 vətəndaşı aldatmaqla onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər. Dələduzluqla məşğul olan tikinti şirkətlərinin sırasında “FUAD LTD” MMC, “Xəzərə mənzərə” MTK kimi çoxlu sayda şirkətlərin adı keçir.
Mənzil fırıldaqçılığı o qədər gəlirli və nəzarətsiz sahə hesab olunur ki, hətta, sadə vətəndaşlar da bu yolla külli miqdarda gəlir əldə etmək eşqinə düşürlər. Belə ki, bir müddət öncə, Sabirabad rayonunda vətəndaşların dələduzluq yolu ilə aldadılması faktı aşkarlanıb. Sabirabad rayon Polis Şöbəsindən verilən məlumata görə, Sabirabad şəhər sakini, 1954-cü il təvəllüdlü Əliyev Muradəli Qaçay oğlu tanışları - Cəfərov Əlimirzə Cəfər oğlu, Zeynalov Hafiz Tərlan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq, imkansız ailələrə özlərini xeyriyyəçi kimi təqdim ediblər. Onlar ev tikdirəcəklərini, əvvəlcədən tikiləcək evlərə 3 min manat ödəniş edilməsinin vacib olduğunu deyib, həmin şəxslərin etibarından sui-istifadə etməklə pullarını ələ keçiriblər. Bu əməlləri ilə onlar İmişli, Zərdab və Kürdəmir rayonlarında da eyni üsulla bir qrup sakini aldadaraq, pullarını mənimsəyiblər.
Bəzən elə hallar olur ki, tikinti şirkəti, inşası başa çatmayan binada olmayan mənzilləri bir neçə nəfərə satır. Mənzillər yoxdur, nə zaman inşa ediləcəyi bəlli deyil, amma olmayan mənzillərin bir neçə sahibi var. Ekspertlərin fikrinə görə, belə vəziyyətin yaranması bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. İlk növbədə məmur-vətəndaş münasibətləri o dərəcədə sivil formaya çatmayıb ki, vətəndaşlar öz problemlərini həll etmək məqsədilə dövlət orqanlarına qanunamüvafiq şəkildə müraciət etsinlər. problem ondadır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzilə görə pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var.
DİA.AZ bildirir ki, bu məsələ artıq rəsmi dairələr üçün də aktual problem əhəmiyyətindədir. Belə ki, məlumatlı mənbənin redaksiyamıza söylədiyinə görə, vətəndaşların mülkiyyət hüquqlarını pozan tikinti şirkətlərinə qarşı sərt addımların atılması planlaşdırılır. Mənbənin diaaz.space-a söylədikləri: "Hətta bu kimi şirkətlərin inşaat sektorundan uzaqlaşdırılması, yeni həbslər, vətəndaşların haqqlarını qoruyan yeni hüquqi bazanın formalaşdırılması və digər bu kimi addımlar atılacaq. Yaxın günlərdə bunu müşahidə edəcəyik. Hakimiyyət bu məsələdə israrlıdır. Çünki artıq tikinti bazarında bir düzən zərurəti həddən artıq hiss olunandır".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40 |
|
|
|
| • Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13 |
|
|
|
| • "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04 |
|
|
|
| • Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54 |
|
|
|
| • Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52 |
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
|