Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

"Heydər Əliyevin ciddi iradəsinə rast gələrək geri oturdular"
Tarix: 24-05-2018, 08:14 | Çap et
"Heydər Əliyevin ciddi iradəsinə rast gələrək geri oturdular"
Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı sülh danışıqları masasına tərəf kimi Dağlıq Qarabağdakı separatçı rejimin əyləşməsinə nail olmaq istəyir. O, artıq neçənci dəfədir ki, çıxışlarında “Dağlıq Qarabağ tərəfinin danışıqlarda iştirak etməsini Azərbaycan qəbul etməlidir” bəyanatını dilə gətirib.

Azərbaycanın Paşinyanın bu mövqeyini qəbul etməyəcəyi isə şəksizdir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə mövqeyi bəyan edilib. XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, beynəlxalq ictimaiyyət bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur: “Ermənistan Respublikası BMT Nizamnaməsinin 2 (4) maddəsini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edib və Azərbaycanın ərazilərini işğal edib. ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə əsaslı formada son qoydu. “Çiraqovlar və digərləri Ermənistana qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi təsbit edib: “Ermənistan Respublikası özünün hərbi mövcudluğu və hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub”, “onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir”.

Azərbaycana qarşı başlayan və bu günədək davam edən təcavüz və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu, yüz minlərlə Azərbaycan vətəndaşının işğal edilmiş ərazilərdən qovulması və bu ərazilərdə evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verilməməsinə cavabdeh olan Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır.

Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə görə münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır.

İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir".

XİN sözçüsü deyib ki, Ermənistanın əvvəlki rejimin səhvlərini təkrarlamayaraq, işğal və etnik təmizləmə siyasətinə son qoyması və öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər: “Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər tez regionda sülh bərqərar olar”.

Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a bildirdi ki, “Dağlıq Qarabağ Respublikası”nın danışıqlar prosesinə cəlb edilməsi Azərbaycan tərəfindən separatçı rejimin müstəqil bir subyekt kimi tanınması demək olar. Buna Ermənistan hələ 1994-cü ildə cəhd edib. Lakin cəhdi uğursuzluğa düçar olub: “Atəşkəsə dair Bişkek protokolu imzalanarkən Kazimirov başda olmaqla, ermənilərin separatçı rejimin də tərəf kimi danışıqlar masasında oturdulmasına cəhd eləmişdilər. Lakin mərhum prezident Heydər Əliyevin ciddi iradəsinə rast gələrək geri oturdular. O zaman da bildirildi ki, Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağda iki icma mövcuddur-Azərbaycanlıların icması və ermənilərin icması. Əgər erməni tərəfi icma şəklində danışıqlar prosesinə qatılmaq istəyirsə və Azərbaycanlı icmasının da bu prosesdə iştirakını istəyirsə Azərbaycan bu barədə düşünə bilər. Danışıqlarda tərəf kimi qondarma ”respublika"nın tanınması təklifi qəbul edilə bilməz. Bu, birincisi, ermənilərin danışıqlar prosesinə destruktivlik gətirmək cəhdidir. İkincisi, belə bir illüziya yaratmaq istəyirlər ki, guya Dağlıq Qarabağda müharibə əməliyyatlarını onların təbirincə desək, şanlı artsax respublikasının özünü, müdafiə qüvvələri aparıb və ətraf rayonları da onlar işğal ediblər. Yəni Ermənistanı tamamilə məsuliyyətdən kənarlaşdırmaq, hərbi əməliyyatlarda Ermənistanın iştirak etmədiyini sübuta yetirməyə çalışırlar. Əsas məqsədləri isə bu yolla qondarma separatçı rejimi beynəlxalq hüququn müstəqil subyekti kimi danışıqlar masası ətrafında əyləşdirməkdir. Bununla da Dağlıq Qarabağ bəlli bir statusa qovuşdurmaq və ardınca müstəqilliyinin qəbul etdirilməsinə nail olmaq istəyirlər. Bunu Azərbaycanda kiçik uşaq da başa düşür və heç kim qəbul etmir. Belə olduğu halda Nikol Paşinyanın indi bu məsələni ortaya atması o deməkdir ki, yeni baş nazir konstruktiv danışıqlardan imtina edir və Azərbaycana hərbi əməliyyatlara başlamaqdan başqa yol qalmır. Belə vəziyyətdə isə məsuliyyət tamamilə Ermənistanın üzərində qalacaq. Paşinyanın tutduğu xətt hərbi toqquşmanı qaçılmaz edəcək. Azərbaycan Paşinyan və onun dəstəsinə, Ermənistan hərbi qüvvələrinə lazım olan dərsi verəcək".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru