Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Fazil Mustafa kimdir ki, ondan çəkinim” - Səfirdən deputata SƏRT CAVAB
Tarix: 12-06-2018, 11:37 | Çap et
“Fazil Mustafa kimdir ki, ondan çəkinim”
Milli Məclisin deputatı Fazil Mustafa ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri, İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov arasında qalmaqal yaranıb.

Modern.az saytının məlumatına görə, qalmaqala səbəb Fazil Mustafanın Facebook-da Elşad İskəndərov haqqında status yazması, onu din mövzusunda diletant adlandırması, qonşu ölkənin dini ideologiyasını Azərbaycanda yerləşməkdə ittiham etməsidir.

Qeyd edək ki, E.İskəndərov daha əvvəl Facebook səhifəsində təkfirçi düşüncəyə səslənərək, milli-mənəvi dəyərlərimiz garşısında həddi bilməyə çağırmışdı. E.İskəndərovun bu çağırışında tənqidələrin özünə yönəldiyini əsas götürən Fazil Mustafanı məlum statusu yazmışdı.

Elşad İskəndərovun da deputata cavabı gecikməyib. F.Mustafanın məlum statusundakı məsələyə münasibət bildirən İƏT Gənclər Forumunin sədri Modern.az-ın suallarına cavab verib:

- Bu statusu yazmaniz nədən irəli gəlirdi?

- Mən zaman-zaman əhəmiyyətli ictimai məsələlərə, xüsusilə köklü milli maraqlarımıza toxunan məsələlərə münasibətimi bildirirəm. Bilirsiniz ki, ölkəmiz ağır geopolitik çəkişmələrin artdığı cografiyada yerləşir. Açıq düşmənlə üz-üzəyik. Bu vəziyyətdə milli həmrəylik və harmoniyaya daha çox ehtiyacımız var. Məhz belə həmrəyliyə zərə vuran məlum təxribat xarakterli yazıyla əlaqədar son günlər sosial şəbəkələrdə yaranmış qeyri-saglam diskussiyadan yaranan qayğı məni məsələyə tarixi yanaşma prizmasından status yazmağa vadar etdi. Əslində status konseptual problemə toxunur. O, bir tərəfdən Azərbayacanda ənənəvi, yüzillər boyu forlmalaşmış, məzhəb və təriqətlər fövgündə olan Azərbaycan milli kimliyinin unikal bünövrəsini təşkil edən milli - mənəvi dəyərlərə xor baxılmasının yolverilməzliyinə diqqəti çəkir. Digər tərəfdən isə yüzminlərlə insanın hisslərinə toxunan bu düşüncə sahiblərinin dil uzatdıqları ənənənin arxasında böyük dahilərimizin (özü də məzhəb və dünyagörüşlərindən asılı olmayaraq) olmasını, milli-mənəvi dəyərlərimizin aşağılamasının heç kimin həddində olmadığını xatırlatmaq məqsədi daşıyır. Məsələyə konseptual yanaşma göstərərək ad çəkməsəm də, eyni müstəvidə cavab vermədə aciz qalaraq, bu təxribat xarakterli çıxışların əsas müəllifi Fazil Qəzənfəroğlu deyiləni özünə yaraşdıraraq, məsələnin mahiyyətinə varmadan, özünə xas üzədurma, şərləmə, yalan və etika qaydalarından kənar üslübda öz aləmində buna cavab verib”.

- Fazil Mustafanın statusunda iddia edilir ki əzadarlıq mərasimlərini müdafiə etmək xarici qüvvələrin işinə yarayır. Sizcə bu düzgün yanaşmadırmı ?

- Azərbaycanda yüzillərdir mövcud olan Əhli beyt sevgisi və bunun təbii uzantısı olan əzadarlıq ənənəsini sadəcə bir məzhəbə, bu ənənəvi məzhəbin yüzminlərlə inanclısını isə xarici qüvvəyə bağlamaq elə millətimizin mənəvi həyatı və xüsusilə dindarlar üzərində “ağa”lıq iddiasında olanların dəyirmanına su tökməkdir. Əlbəttə, ənənəvi dindarlıqda da, bütün başqa cərəyanlarda olduğu kimi, ifrat-təfritə varanlar ola bilər. Amma inanc kimi həssas sahədə xürafatla mübarizə aparmaq, insanları məsxərəyə qoymaqdan deyil, onları elmi, zamanəyə uyğun təfəkkürə dəvətdən keçir. Böhtan və şər sözlərlə “maarifçilik etmək” isə zəlil və sözünə dəlil tapa bilməyənin, dinləyicilərini beyinsiz hesab edərək bu cür böhtanlarla reytinq qazanmaq istəyənlərə xas olan bir davranışdı.

- Siz Komitəyə rəhbərlik etdiyiniz dövrdə xurafat və ifratçılıqla mübarizə sahəsində hansı addımlar atılıb?

- Öncə qeyd edim ki, Fazil Qəzənfəroğlunun əsassız iddiasından fərqlı olaraq, Dini Komitə sədri olarkən onlarla müsahibələrim, çıxışlarım, o cümlədən dövlətin mövqeyi ilə razılaşmayanlarla açıq diskussiya tərzində söhbtlərim olub və sərbəst çıxışlardan heç vaxt çəkinməmişəm. İkincisi, son 20 ildən artıqdır fəaliyyətim dövlətimizə xidmət və görəvdə keçir. Bu görəvlərdə təşəbbüs və təşkilatçılığımla onlarla elmi, yüzlərlə publlisistik nəşr və konfrans materialları dərc olunub ki, onlar həm də mənim aşkar və sərbəst bildirdiyim mövqe və yanaşmam hesab oluna bilər. O cümlədən Komitəyə sədrlik dövrümdə, qurumun birbaşa iştirakı ilə onlarla nəşr işıq üzü görüb ki, onlardan həm ölkə daxilində milli-mənəvi dəyərlərimizin, həm də beynəlxalq müstəvidə Azərbaycan dini tolerantlıq modelinin tərənnümündə bü gün də səmərəli şəkildə istifadə olunur. Mövzuyla əlaqədar dərindən maraqlananlara, bu nəşrlərdən birini – redaktəmlə hazırlanmış “Azərbaycan və Əhli beyt irsi ” kitabını oxumağı məsləhət görərəm.

Bütün bu nəşr, konfrans, silsilə maarifçilik tədbirləri ölkədə məzhəblərarası birliyin təmin edilməsi, radikal düşüncələrin önünün alınması, xarici dini təsirin neytrallaşdırılması, o cümlədən əzadarlıq mərasimlərində xürafat və ifratın aradan qaldırılmasına yönəlib. Və indi bunları görməyən, gah Əhli-beyt irsinə, gah Şah ismayıl şəxisyyətinə, gah Babəkə dil uzadan, gah Qərb, gah Feto, gah müxalifət maşalığını edən birisinin mənim fəaliyyətimi öz aləmində ittiham etməsi vicdan və əxlaqdan kənar yanaşmadan başqa bir şey deyil.

- Bu xətt Forumadakı fəaliyyətinizdə də davam etdirmisinizmi?

-Şübhəzsiz. Hər cür məzhəb və təriqətlərin mövcud olduğu 56 müsəlman ölkəsinin üzv olduğu İƏT Gənclər Forumu kimi bir beynəlxalq qurumun həm Baş katibi, həm sədri vəzifəsinə yekdilliklə seçilmişəmsə, deməli fəaliyyətim birləşdirici amillər üzərində qurulub. Bundan başqa öz aralarında belə dərin çəkişmələri olan ölkə nümayəndələri arasında məhz “Qüds-gənclik paytaxtı” programmımız çərçivəsində təmin etdiyim birlik səbəbilə, İƏT ölkələri gənclik sahəsində həmrəyliyin gücləndirməsinə görə “Qüdsün ulduzu” ali fəxri nişanı ilə təltif edilmişəm. Əlbəttə ki, bu beynəlxalq quruma rəhbərlik dövrümdəki fəaliyyətimə ən yüksək dəyərləndirmə mənim üçün Forumun fəaliyyətinə bu ilin aprel ayında cənab Prezident tərəfindən verilən yüksək qiymət oldu.

- Statusunuzun yazılmasında Fazil Mustafanın adını çəkməkdən nədən çəkinmisiz?

- O kimdir ki firkimi söyləməkdə ondan çəkinim? Mən Qəzənfəroğlunu alçalda biləcək, onun qaranlıq və yaralı keçmişinə, onu yetişdirən xarici qum və dibçəklərə, özü də faktlarla, nəzər salmaq istəməzdim – ilk növbədə buna elə onun bəyənmədiyi etiqadım izin vermir. Amma çəkinən o adam olmalıdır ki, əqidəsini və liderini “siyasi zərurətə” görə dəyişə. Şükürlər olsun nə əqidəmi dəyişmişəm, nə də xarici qumlarda yetişənləri yanıma salıb şübhəli xarici turnelərə çıxmamışam. Nə 2013-cü il prezident seçkiləri öncəsi dindarları dağıdıcı müxalifətin yanına çəkmək istəyən radıkallarla açıq müstəvidə qarşıdurma zamanı çəkinməmişəm, nə məscidlərimizi təkfirçilərin işğalından təmizlərkən onların təhdidlərindən gorxmamışam, nə də FETO-nun qaralama və mənəvi terror kampaniyası ilə üzləşəndə mövqeyimdən dönməmişəm. İndi bunların hamısına müxtəlif zamanlarda sözcülük və maşalıq etmış birisindənmi çəkinəcəm ?

Öz statusunda mənə xitabən “bizimlə mübahisəyə girmək cəsarətini alqışlayıram” deməsi müəllifin özündən nə dərəcədə müştəbeh və təkəbbürlü olmasını göstərdiyi kimi, bu iddiası da həmin məfkürəsinin məhsuludur. Ramazan ayında bu zavallıya böyük quruluşdan öncə həqiqi böyük gurtuluş təmənni edirəm, insanlarımızı belə fitnə qarşısında ayıq olub, təxribatlara gedərək tarixi naliyyətimiz olan milli və dini birliyimizə xələl gətirməməyə çagırıram.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru