Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

Elmar Vəliyevə yaxın deputat həmkarı Fəzail Ağamalını ittiham etdi, sərt cavab aldı
Tarix: 9-07-2018, 08:40 | Çap et
Elmar Vəliyevə yaxın deputat həmkarı Fəzail Ağamalını ittiham etdi,
İyulun 3-də axşam saatlarında silahlı hücuma məruz qalaraq ağır yaralanan Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını sərt ittiham edib. O, bu barədə öz facebook səhifəsində status paylaşıb.

Həmin statusu təqdim edirik: “Deputat Fəzail Ağamalı dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə ”İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?" deyir’’.

Fəzail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini vərəqləsə, məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər. Elə də böyük olmayan 7 il ərzində ölkədə ikinci bir şəhər tapılmaz ki, Gəncə kimi inkişaf etsin. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub. İstənilən vaxt şəhər sakinləri icra başçısına problemləri ilə bağlı müraciət ediblər. “Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim”, deyən Fəzail Ağamalıdan xahiş edərdik ki, məmur-vətəndaş münasibətlərinin ən yaxşı nümunəsi olan Gəncə şəhərində mütəmadi keçirilən vətəndaş qəbullarını nəzərdən keçirsin və Gəncədə həyata keçirilən müsbət işlərə kölgə salmasın".

Qeyd edək ki, bundan öncə də E.Vəliyevə yaxın olan Yevlaxın deputatı İlham Məmmədov F.Ağamalını tənqid edərək, bu fikirləri səsləndirib: “Fəzail Ağamalı bilməlidir ki, Elmar Vəliyev kabinetdə oturmur. O, hər zaman insanların içərisində olur, tikinti meydanlarını gəzir, şəhərdə aparılan quruculuq işlərinə nəzarət edir və tapşırıqlarını verir. Belə bir halda Fəzail Ağamalının bu cür fikirlər səsləndirməsi təəssüf doğurur. Fəzail Ağamalı bilməlidir ki, Elmar Vəliyev xalqın içində olmasaydı, bu hadisə də baş verməzdi”.

Məlumat üçün bildirək ki, F.Ağamalının icra başçısına yaxın həmkarları tərəfindən hücuma məruz qalması təsadüfi deyil. Belə ki, günlər öncə “Yeni Müsavat”a açıqlamasında deputat sui-qəsdə məruz qalan E.Vəliyev barəsində bu sözləri deyib: “Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır. Qubada, İsmayıllıda baş verən hadisələr artıq məmurun güllələnməsinə qədər gəlib çatıb. Səbəb isə məmurun özünü apara bilməməsidir. Bu, əlbəttə ki, ölkə rəhbərinin siyasətinə zidd olan bir vəziyyətdir. Bu cür hadisədən nəticə çıxarılmalıdır və ümidvar olmaq istərdim ki, hadisə tam obyektiv olaraq araşdırılacaq. Əlbəttə ki, cinayətə yol verən şəxs Azərbaycan qanunları əsasında məsuliyyət daşımalı, eyni zamanda icra başçısını hansı səbəbdən güllələyib, bu məsələ tam araşdırılmalıdır”.

Partiya sədri “Yeni Müsavat”a açıqlamasında E.Vəliyevin “deputatları”na sərt cavab verdi: “Açığı, Elmar Vəliyevə olan sui-qəsdin ətrafında fikir mübadiləsinin aparılmasına tərəfdar deyiləm. Təəssüf edirəm ki, həmkarım Naqif Həmzəyev sosial şəbəkələri izləmir. İzləyirsə belə, o, demək, sosial şəbəkələrə əhəmiyyət vermir. Sadəcə olaraq, mənsub olduğu komandanın maraqlarına uyğun addımlar atır və bu da gözləniləndir. Onu əslində qınamıram. Gəncədə son illərdə gedən quruculuq işlərini, inkişafı Elmar Vəliyevin adına deyil, birbaşa ölkə prezidentinin siyasətinə bağlayıram. Deyir ki, elə bir şəhər göstərin ki, son 7 ildə Gəncə qədər inkişaf etsin. Mən nümunəni Sumqayıtdan göstərirəm. Hörmətli həmkarım bu şəhərə getsin və şəhərin gözəlliyinin, inkişafının şahidi olsun. Digər rayonlarda da bu inkişaf var. Sadəcə, nümunə kimi Sumqayıtın adını çəkdim. Hər iki deputatı Naxçıvana dəvət edirəm. Görsünlər ki, orada quruculuq, abadlıq işləri hansı səviyyədə aparılır. Naqif hələ çox gəncdir. Təəssüf edirəm ki, o, ölkə prezidentinin həyata keçirdiyi quruculuq işlərini, inkişafı Gəncənin icra başçısının adına bağlayır. Nazirindən tutmuş icra başçısına qədər istənilən məmur prezidentin siyasətini həyata keçirməyə məcburdur. Əgər o bunu etmirsə, hakim komanda da yer almalı deyil. Gəncədə Elmar Vəliyevdən qabaq da işlər gedib. Bundan sonra da işlər gedəcək. Xaçmazı da nümunə gətirərdim. Bu şəhərin də gözəlliyindən zövq alırsan. Hörmətli həmkarım yaxşı olardı ki, bu şəhərə də baş çəkərdi. Belə faktları çox sadalaya bilərəm. Elmar Vəliyev məmur kimi ölkə başçının tapşırıqlarını icra etməyə səy göstərib. Bununla bağlı lazımı addımlarını atıb. Milli Məclisin gənc üzvüdür. Gələcəkdə ola bilsin ki, qabiliyyətinə və bacarığına görə ona yüksək vəzifələr tapşırılsın. Xalqla məmur arasında baryer olmalı deyil. Yüksək səviyyəli sağlam münasibətlər olmalıdır. Bunu prezidentin idarəçilik fəlsəfəsi tələb edir. Mən qeyri-adi hansı fikirləri söyləmişəm ki, bu qədər narazılıq doğurur? Bir daha təkrar edirəm ki, məmur bu məsuliyyəti boynuna götürürsə, bunun arxasında xalqa xidmət dayanır. Bu məsələnin Elmar Vəliyevə qarşı törədilən cinayətlə əlaqələndirməyin özünü başa düşmürəm. İcra başçısına qarşı cinayət törədilib. Onunla bağlı bu və ya digər şəkildə narazılıqlar varsa, bu formada həll olunmalı deyil. Azərbaycan hüquqi dövlətdir. İstənilən vətəndaş icra başçısından, hər hansı bir məmurdan narazıdırsa, bunun hüquqi müstəvidə həlli var. Məhkəmə sisteminə narazı vətəndaşın inamı yoxdursa, o zaman ölkə prezidenti var. Müraciətlərə uyğun olaraq, hər zaman konkret addımlar atılır. KİV-lər vasitəsilə məmurun ədalətsizliyi önə çəkilə bilər. Bütün bunların hamısı ölkə rəhbərinin diqqətində olur və o məsələlər öz həllini tapır. Necə ki, cənab prezident zamanında KİV-lərin ən yaxın dostu olduğunu bildirib. Bir çox məsələləri mətbuatdan aldığı informasiyalar vasitəsilə də həll etdiyini söyləyib. Kimsə kimisə hansısa narazılığa görə güllələyirsə, bu qətiyyən yolverilməzdir, bu cinayətdir. Ona heç bir halda haqq qazandırmaq mümkün deyil. Elmar Vəliyevlə bağlı bir neçə sayta demişəm ki, bu müzakirələri dayandırmaq lazımdır. Lakin təəssüflər olsun ki, Elmar Vəliyevə yaxın olan dairələr bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bir daha onlara xəbərdarlıq edirəm ki, dayanın, lütfən. Artıq ölkənin yüksək səviyyəli hüquq mühafizə orqanlarının birgə ilkin məlumatları dərc olunub. Məsələyə ilkin aydınlıq da gətirilib, istintaq gedir. İstintaqın gedişinə bu və ya digər şəkildə fərziyyələrlə, sözlərlə kölgə salmalı deyilik. İmkan verməliyik ki, hüquq mühafizə orqanları məsələni sona qədər çözsünlər. Əminəm ki, hüquq mühafizə orqanlarımız hər zaman olduğu kimi dövlətin yanındadırlar, dövlətin onların üzərinə qoyduğu vəzifələri yüksək peşəkarlıqla yerinə yetirirlər. Sui-qəsdlə bağlı gedən istintaq sonunda məsələnin əsl təfərrüatlarını ortaya qoyacaq. Bu cür yanaşmalara, müraciətlərə son qoyulmalıdır”.

F.Ağamalı fikirlərinə bu cür davam etdi: “Bundan öncə hörmətli həmkarım İlham Məmmədov fikirlərini söylədi. Ona dedim ki, İlham, cənab Məmmədov, İlham müəllim, bu məsələləri dayandırın. Sən deyirsən ki, Fəzail Ağamalı bilməlidir, bilməlidir, bilməlidir, axı sənin mənə dərs keçməyə nə səviyyən, nə də inkişafın çatır. İndi bu uşaq mənə iradlar tutur. Ona deyirəm ki, səndən daha çox Elmar Vəliyevə atılan gülləni ittiham edirəm, özü də təmənnasız, konyunkturadan uzaq. Bunun hansı səbəbdən baş verməsindən asılı olmayaraq, Azərbaycan məmuruna qarşı atılan gülləni xəyanət hesab edirəm. Mən insan şəxsiyyətinin alçaldılmasının tamamilə əleyhinə olan şəxsəm. Xüsusi olaraq məmur əgər vətəndaşları, özlərindən aşağı pillədə olan adamları alçaldırsa, onun şəxsiyyətini təhqir edirsə, bu, xüsusi olaraq yolverilməzdir. Məmurlar özlərinin yüksək əxlaqi dəyərləri, mədəniyyəti, insanlara davranış nümunələri ilə xalqına və dövlətinə xidmət etməlidir. Elmar Vəliyev icra başçısı olarkən Gəncədə vətəndaşlarla arasında problem yaradıbsa, bu mənlik deyil. Bunu hər kəs bilir. Problemdən xəbərsiz insan yoxdur. İstəməzdim ki, icra başçıları vətəndaşlarla problem içərisində yaşasın. İcra başçısı siyasi vəzifədir. Onlar vətəndaşların aşağı, yuxarı təbəqələrinin davranışlarına uyğun olaraq addımlar atmağı bacarmalıdırlar. Çünki o prezidentin həmin şəhərdə, rayonda səlahiyyətli nümayəndəsidir. O vəzifəsinin öhdəsindən gəlməyə məcburdur. Əgər bunu edə bilmirsə, vəzifədə işləməli deyil. Bunlar şəxsi mövqeyimdir. Bir daha sizin qəzetiniz vasitəsilə deyirəm, siz də daxil, bütün mətbuat orqanları bir daha bu mövzuda mənə müraciət etməsinlər. Sizlər müraciət edəndə məcburam ki, suallarınızı cavablandırım. Bir daha xüsusi olaraq vurğulayıram ki, Azərbaycan hüquq-mühafizə orqanlarının son bəyanatından sonra bir çox məsələlərə aydınlıq gətirilib. Burada əlavə şərhlərə ehtiyac yoxdur”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru