Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Rusiya Ermənistandan çıxacaq, bu, qaçılmazdır”
Tarix: 8-08-2018, 08:42 | Çap et
“Rusiya Ermənistandan çıxacaq, bu, qaçılmazdır”
Bir neçə gün əvvəl avqust ayında İrana qarşı hərbi əməliyyatların başlaya biləcəyi barədə xəbərlər yayılmışdı. Hələlik hərbi əməliyyatlar real görünməsə də, müsəlman qonşumuzun iqtisadi yolla “vurulması” prosesinə start verilib. Paralel qaydada Rusiya ətrafında da maraqlı və həyəcanlı proseslər cərəyan etməkdədir. Azərbaycanın iki nəhəng qonşusu il əlaqədar baş verənlər təbii ki, bizi narahat etməyə bilməz. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla gündəmdəki aktual məsələlərdən danışdıq.

- Tofiq bəy, artıq İranla bağlı növbəti sanksiyalar işə salınıb. Belə ehtimal olunur ki, ABŞ region ölkələrini, həmçinin Azərbaycanı sanksiyalara qoşulmağa vadar edə bilər. Mövcud durumu necə şərh edə bilərsiniz?

- Hələ ki birinci mərhələdə ABŞ sanksiya barədə qərar çıxarıb. Avropada buna aid müzakirələr gedir. Amma istisna etmirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı tərəfindən bu və ya digər şəkildə bu sanksiyalar qəbul olunacaq. O ki qaldı region ölkələrinin İrana qarşı sanksiyalar tətbiq etməsinə, mən buna inanmıram. Çünki İranın əsas ixracatı neftlə bağlıdır. Bu baxımdan əsas alıcıları Çindən başlamış, Avropa İttifaqı ölkələrinədəkdir. Odur ki, hadisələrin inkişafına bu məsələlər təsir edir. O ki qaldı Azərbaycanın mövqeyinə, bizim mövqeyimiz bəllidir. Biz qonşuların, heç bir başqa ölkənin daxili işlərinə qarışmırıq. İkincisi də bu cür uzunmüddətli bir siyasət sınaqdan keçib. Ona görə də inanmıram ki, Azərbaycan bu siyasəti dəyişsin.

- Bəs bunun qarşılığında Qərbin Bakıya təzyiqləri ola bilərmi?

- İnanmıram. Çünki İranın ixracında kənd təsərrüfatı malları mühüm əhəmiyyət kəsb etmir. O baxımdan bizə basqını gözləmirəm. Siyasi olaraq, əlbəttə, istəyərlər ki, Azərbaycan və digər ölkələr bu sanksiyalara qoşulsunlar. Amma bu istəklər birinci dəfə deyil. Yenə də deyirəm, Azərbaycan bu balanslı siyasəti, yəni həm İsraillə əlaqələri inkişaf etdirmək, həm də İranın daxili işlərinə qarışmamaq siyasətini yürüdür. Mənə elə gəlir ki, bu, düzgün seçilmiş siyasətdir.

- Bəs Türkiyənin İran siyasəti necə olacaq?

- Türkiyənin də sanksiyalara qoşulacağına inanmıram. Çünki yaxın tarixdə İran-Türkiyə yaxınlaşması, xüsusilə də kürd problemi ilə bağlı birgə mövqenin nümayişi onu göstərir ki, onlar üstünlüyü daha çox əməkdaşlığa verəcəklər, konfrontasiyaya yox.

- Paralel olaraq Rusiyaya qarşı da təzyiq mexanizmləri işə salınıb. Həmçinin Rusiyanın hərbi şirkətləri ilə bağlı sanksiyalar işə salınıb. Azərbaycan da Rusiyanın silah alıcılarından biridir. Belə bir məqamda Rusiya-İran münasibətləri necə olacaq?

- İstisna etmirəm ki, Suriya ilə bağlı və silah alış-verişi məsələsində bəzi təzyiqlər olsun və nəticələri versin. O ki qaldı iqtisadi əlaqələrə, biz başa düşməliyik ki, İran böyük neft ixracına malik ölkədir. Bu baxımdan sanksiyalar nəticəsində neftin azalması digər neft ixracatçılarının xeyrinə ola bilər. Çünki bu, qiymətin yüksəlməsinə gətirib çıxaracaq. Rusiya isə çox güman ki, iqtisadi əməkdaşlığa üstünlük verəcək. Yəni qeyri-hərbi, tranzit və buna bənzər sahələrdə əlaqələri davam etdirəcək. Amma təbii ki, Rusiya Qərb tərəfindən təzyiqlərə məruz qalacaq. Rusiya özü də sanksiyalara məruz qaldığı üçün İranla həmrəylik jestləri göstərəcəyi istisna olunmur.

- Azərbaycanın iki böyük qonşusu Qərbin təzyiqləri ilə üz-üzədir. Bu vəziyyət ölkəmizə nə vəd edir?

- Dediyim kimi, Azərbaycanın balanslaşdırılmış siyasətinin olması ən düzgün istiqamətdir. İkincisi, Azərbaycan artıq regionda neytral siyasət həyata keçirən bir ölkə kimi görünür. Baxın, bura qeyri-rəsmi, yaxud rəsmi kontaktların məkanı olur və s. Məsələn, ABŞ və Rusiya baş qərargah rəislərinin görüşləri Bakıda keçirilir. Belə görünür ki, Azərbaycanın neytrallığı daha sərfəlidir, nəinki hansısa cərgəyə qoşulması.

- Bu da var ki, təzyiqlərlə üz-üzə qalan Rusiya aqressiya da nümayiş etdirməkdədir. Gürcüstanda keçirilən NATO təlimlərinə cavab olaraq Abxaziyada rus qoşununun hərəkətə gətirilməsi, baş nazir Medvedyevin və ya XİN sözçüsü Zaxarovanın hədələrini nəzərdə tuturam. Bütün bunlar nədən xəbər verir?

- Bu, daha çox təbliğat üçün istismar olunan mövzulardır. Çünki hərbi baxımdan bu təlimlər heç bir təhlükə yaratmır. Sadəcə olaraq, NATO təlimlərinin yeni, postsovet məkanında keçirilməsi imic baxımından və təbliğatda istifadə olunan bir hadisədir. Odur ki, bunun elə də böyük əhəmiyyəti yoxdur. Təbii ki, bu, daha çox təbliğatda özünü göstərir. Səslənən bəyanatlar da ondan xəbər verir ki, əsas məqsəd daxili ictimai rəydir və ona aid mövqelər səslənir. Əgər baxsaq, Rusiya paytaxtına daha yaxın digər ölkələrdə də bu təlimlər keçirilir. Bu mənada hərbi baxımdan bu, ciddi hadisə deyil.

- Yəni NATO-Rusiya müharibəsi istisnadır?

- Təbii.

- Tofiq bəy, İran və Rusiyaya qarşı sanksiyaların davam etməsi şəraitində Azərbaycanı qayğılandıran həm də Xəzərin taleyidir. Bakının neytrallığı qonşularımızın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyinə təsir göstərə bilərmi? Bu ölkələr, nəhayət, konstruktiv mövqe tutacaqlarmı?

- Birincisi, ayın 12-də müzakirəsi nəzərdə tutulan sənəddən söhbət gedir. Təbii ki, biz dəqiq sənəddən danışa bilmərik, çünki şəxsən mən mətni görməmişəm və tanış deyiləm. Amma belə görünür ki, imzalanan konvensiya oradakı əsas məqamların nədən ibarət olduğunu deməyə əsas yaradır. Yəni Xəzər hövzəsində təhlükəsizliyin güclənməsi, Xəzərdə hərbiləşmənin qarşısının alınması, digər ölkələrin Xəzər dənizində yerləşməsinə yol verilməməsi və s. mövzular həm Rusiya, həm də İranı ciddi şəkildə maraqlandırır. İkinci tərəfdən gözlənilir ki, “Transxəzər” boru kəmərlərinin çəkilməsi daha yüngül prosedurla həllini tapa bilər. Amma hesab edirəm ki, bu konvensiya sonuncu sənəd deyil. Yəni biz deyə bilmərik ki, status qəbul olunub. Lakin statusun hansısa elementlərini daha aydınlıqla görməyə imkan yaranır. Mən qeyd etdiyim iki məqam bizimçün mühüm əhəmiyyət kəsb edir. Yəni təhlükəsizlik hissəsi və “Transxəzər” layihəsinin həyata keçirilməsinin daha da asanlaşması. Hesab edirəm ki, Azərbaycan tərəfi üçün əsas əhəmiyyət kəsb edən məsələlərdir. Bundan əlavə, bizim iki qonşumuzun sanksiyalara məruz qalması ona işarədir ki, daha çox digər ölkələr - Azərbaycan, Türkmənistan, Qazaxıstanın təhlükəsizliklə bağlı şərtləri qəbul etməsinə həm Rusiya, həm də İran maraqlıdır. Amma Azərbaycan “Transxəzər” layihələrin həyata keçirilməsi prosedurlarının asanlaşmasının əvəzində özü üçün hansısa imtiyazlar ala bilər. Bu, Qazaxıstana da aiddir, Türkmənistana da. Hər halda, bu vəziyyət Azərbaycan üçün faydalı konfiqurasiya yarada bilər, təbii ki, onun real icrası da vacibdir.

- Yəqin ki, Ermənistandakı prosesləri izləyirsiniz. Həbsdə olan Robert Köçəryanın müdafiəçiləri aktivləşib. Hətta Köçəryanın revanş əldə edib yenidən hakimiyyətə dönəcəyi iddiaları da səslənir. Sizin proqnozlarınızı eşitmək olarmı?

- Mən burada iki proses görürəm: daxili siyasətə aid məsələlər və xarici siyasətlə bağlı məqamlar. Daxili siyasətə aid məsələlər bəllidir: Paşinyanın dəstəsi “Qarabağ klanı” ilə mübarizəni davam etdirəcək. Klanın başçılarının həbsi, yaxud onların ölkəni tərk etməyə məcbur edilməsi ilə bağlı prosesin davamı gələcək. Köçəryanın azadlığa buraxılması Paşinyanın dəstəsi üçün pis nəticələr verə bilər. Təbii ki, Köçəryan nə qədər çox təzyiqlərə məruz qalsa, bir o qədər Paşinyanın dəstəsi daxili siyasətdə gücünü nümayiş etdirə bilər.

Məsələyə xarici siyasət prizmasından baxsaq, biz başa düşməliyik ki, ümumi proses gedir. Mən həmişə bunu deyirəm, Rusiya Ermənistandan çəkilmək üçün səbəblər və bəhanələr axtarır. Məsələn, KTMT-nin baş katibi Yuri Xaçaturovun dindirilməsi, şərti olaraq azad olunması onu göstərir ki, bu, çox vacib siyasi fiqur deyil. Sadəcə olaraq Rusiya tərəfi bu kimi fiqurları və onların ətrafında baş verən hadisələri səbəb kimi göstərməklə proses davam etdirir. Çox maraqlı vəziyyət yaranıb: bir tərəfdən Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, digər tərəfdən Rusiya Ermənistandan çıxmaq istəyir, çünki onuncun faydasız müttəfiqdir. Yəni proses paralel olaraq gedir, amma hər tərəf təbliğat üçün müxtəlif hadisələrdən istifadə etməkdədir.

- Amma həm də belə görünür ki, Rusiya onun üzünə ağ olan, NATO təlimlərində iştirak edən Ermənistanı cəzalandırmaq istəmir. Ən azı Azərbaycanın əli ilə... Məsələn, Azərbaycanın öz ərazilərini hərbi yolla azad etmək niyyətinə göz yumması kifayətdir.

- Rusiya Ermənistandan çıxmaq istəyir və bu, qaçılmaz bir prosesdir. Amma bunun səbəbini təbii ki, Ermənistanın davranışı, Ermənistanın yeni elitasının Qərbpərəst olması ilə göstərəcəklər. Bu, hansı mərhələdə baş verəcək, gəlin gözləyək.

- Rusiyanın NATO sərhədlərindən çıxması nə dərəcədə inandırıcıdır?

- Əminəm ki, çıxacaq (gülür). Hər yerdən çıxıbsa, Ermənistanda niyə qalsın ki? Baltikyanı ölkələrdə, yoxsa Şərqi Avropa qalıb?

- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Avropa İttifaqı ilə danışıqlar prosesi böyük sazişin imzalanmasına gətirib çıxaracaq. Avropanın aparıcı qurumu ilə əməkdaşlığın növbəti fazaya adlaması şimal qonşumuzda sərt qıcıq doğura, bizə qarşı hansısa təhlükə yarada bilərmi?

- İnanmıram ki, yarada bilər. Çünki postsovet məkanında bütün ölkələr bu və ya digər şəkildə Avropa İttifaqı ilə buna bənzər sazişə imza atıblar. Bizimlə bağlı sənədin hazırlanmasında bəzi problemlər var idi, indi bu problemlər həllini tapıb. Azərbaycan buna ilk növbədə iqtisadi saziş kimi baxır. Siyasi baxımdan bizimçün maraqlı olan bəzi məsələlərdə təbii ki, biz bu əməkdaşlığı davam etdirməyə hazırıq. Ələlxüsus o məqamda ki, biz Avropa İttifaqının enerji təhlükəsizliyində bir faktor olaraq qalırıq və öz rolumuzu daha da gücləndiririk. Bu baxımdan təbii ki, bu cür sazişin imzalanması Azərbaycanın xeyrinədir. Digər ölkələr də bunu məhz bu şəkildə qəbul etməlidirlər. Biz Avropa İttifaqı ilə sazişi kiməsə qarşı olduğuna görə yox, öz xeyrimizə olan faktorlara görə imzalayırıq.

- Yəni Rusiya Bakı-Aİ əməkdaşlığının qarşısını almağın mümkünsüzlüyünü atıq qəbul edir, eləmi?

- Bizim siyasi mühitdə hansısa ideoloji stereotiplər mövcuddur. Bundan qabaq belə bir saziş var idi, uzun müddət də işlək vəziyyətdə olub. Sadəcə olaraq, bu saziş yenilənir. Həmçinin bu sazişin müddəti bitəndən sonra yenidən ona bənzər sənəd imzalanır. Yəni burada təzə bir şey yoxdur. Şərq Tərəfdaşlığı proqramı illərdir mövcuddur və biz orda iştirak edirik. Həmçinin NATO ilə əməkdaşlığımız var. Hərbi təlimlərdə 20-30, yaxud 100 hərbçinin iştirakı yeni bir şey deyil. Biz Əfqanıstanda və digər ölkələrdə bir yerdə öz vəzifələrimizi həyata keçiririk. Yəni bu, yeni məsələ deyil. Gürcüstandakı təlimlər heç də hərbi cəhətdən əhəmiyyətli deyil. Sadəcə, təbliğatda istifadə olunur.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru