"Moskva artıq bunu qəbul edir, Azərbaycanın bu xətti tutması ilə artıq barışıb"
Tarix: 29-08-2018, 08:56 | Çap et
 Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi dövlət səfəri edəcək. Bir müddət öncə səfərin avqustun 31-də olacağı barədə məlumat yayılmışdı. Daha sonra xəbər yayıldı ki, ziyarət sentyabrın 1-də reallaşacaq. Hələlik bu barədə rəsmi məlumat açıqlanmayıb.
Rusiyanın Bakıda səlahiyyətlərinin icrasına yeni başlayan səfiri Mixail Boçarnikov ötən həftə keçirdiyi ilk mətbuat konfransında səfərin tarixinin hazırda dəqiqləşdirildiyini bildirib.
Dövlət səfəri protokola görə, iki ölkə arasında ən yüksək səviyyəli səfər hesab edilir. Belə ziyarətlər zamanı prezidentləri geniş tərkibli nümayəndə heyətləri müşayiət edir, ölkələr arasında bütün sahələrdə münasibətlər müzakirə olunur və sənədlər paketi imzalanır.
Səfir Boçarnikov onu da deyib ki, Rusiya heç kimi seçim qarşısında qoymağa çalışmır. “Hesab edirəm ki, Rusiya və Azərbaycan suveren, dayanıqlı və sabit dövlətlərdir və onlar beynəlxalq arenada özləri üçün dostlar dairəsini müəyyən etmək iqtidarındadırlar”.
Bəs Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfərindən əsas gözləntilər nədən ibarətdir? Bu səfər iki ölkə arasında münasibətləri yeni mərhələ daşıyacaqmı? Ermənistanın Rusiya ilə münsibətlərində soyuqluq bu səfərdə Rusiyanın Qarabağ probleminə yeni münasibət ortaya qoymasına səbəb ola bilərmi? Nəhayət, Azərbaycanın KTMT-yə və ya Avrasiya İttifaqına daxil olması kimi məsələlər gündəmə gələ bilərmi?
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın qlobal geosiyasətdə, eləcədə bölgədə əhəmiyyəti durmadan artır: “Rusiyaya səfər də bunun göstəricisidir. Təsadüfi deyil ki, son vaxtlar Azərbaycanın prezidenti Fransaya, Brüsselə səfərlər etdi, İtaliyanın prezidenti Azərbaycana səfərə gəldi, ən son olaraq Almaniya kansleri Azərbaycana gəldi. Rusiya da Azərbaycanın rolunu qiymətləndirir və Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfərinə də bu prizmadan baxmaq lazımdır. İlham Əliyevin Rusiyaya səfəri həm Azərbaycanın, həm də Rusiyanın marağındadır. Moskva fərqindədir ki, Azərbaycan bölgənin, Avrasiyanın açar dövlətlərindən biridir. Moskva Azərbaycanla bağlı çox böyük ümidləri özündə daşıyır. Hazırkı vəziyyətdə Rusiyanın Azərbaycanla münasibətləri bütün göstəricilərə görə perspektivli və ümidvericidir. Bu baxımdan hesab edirəm ki, cənab prezidentin Rusiyaya səfərindən önəmli gözləntilər var. Azərbaycan öz imkanları hesabına ayaq üstə duran, müstəqil xarici siyasət yürüdən dövlətdir. Moskva artıq bunu qəbul edir, Azərbaycanın bu xətti tutması ilə artıq barışıb. Ona görə də düşünmürəm ki, danışıqlarda Azərbaycanın KTMT-yə və ya Avrasiya İttifaqına qoşulması məsələsi ciddi şəkildə gündəmə gətiriləcək. Kremldə məhz Azərbaycanı özlərinin ən əlverişli müttəfiqi kimi görürlər. Bu müttəfiqliyi sözügedən qurumlarda birlikdə olmadan da ikitərəfli həyata keçirməyin mümkün olduğu qənaətindədirlər. Son zamanlar Ermənistanın Rusiyadan bir qədər uzaqlaşmaq xətti götürməsi də şimal qonşumuzun bizə yaxınlaşması üçün əlavə təkan rolunu oynaya bilər. İstisna deyil ki, Rusiya-Azərbaycan münasibətlərində yeni xətt qəbul edilsin. Bu xətt daha sıx tərəfdaşlıq xətti ola bilər. İlham Əliyevin səfəri böyük perspektivlərə yola aça bilər. Artıq Xəzər məsələsindən göründüyü kimi, çox mühüm məsələlərdə ümumi bir konsensus əldə etmək mümkündür”.
Politoloq hesab edir ki, Azərbaycanın bir nömrəli məsələsi olan Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün də müəyyən ümidverici durumun meydana gəlməsi istisna edilmir: “Şübhə etmirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin prezidenti ilə Azərbaycan prezidenti arasında görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə ediləcək. Qarabağ məsələsi şübhəsiz ki, danışıqlarda başlıca məsələlərdən olacaq. Prosesin axarı artıq Azərbaycanın xeyrinə gedir və Ermənistan Qarabağ məsələsində Rusiyanın nəzərində zəif bəndə çevrilir. Ona görə də düşünürəm ki, Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar problemin yaxın gələcəkdə ədalətli həllini tapmasına ciddi təsir göstərə bilər”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
|