Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Əslində dinsiz olan radikallar var ki, müxtəlif dövlətlərə xidmət edirlər” - deputat
Tarix: 8-09-2018, 09:21 | Çap et
“Əslində dinsiz olan radikallar var ki, müxtəlif dövlətlərə xidmət edirlər”
3 gün sonra Məhərrəm ayı başlayır. Sentyabrın 11-də Aşura günü qeyd olunacaq. Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası “Fətva” verərək Məhərrəmlik mərasimlərinin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayında təxribata cəhdlərin ola biləcəyi ehtimalının mümkünlüyünü dilə gətirib.

Şeyx deyib ki, bunu edənlər “xaricdən tapşırıq alan və maliyyələşən bəzi qruplar”dır. Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də Məhərrəmlik ayı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə tədbir keçirilib. Komitənin sədr müavini Səyavuş Heydərov bildirib ki, əvvəlki illərdə bir neçə dəfə qanunvericilikdə müəyyən olunduğu kimi mərasimləri məscidlərdən kənarda keçirmək tələbini pozma halları olub. Lakin o, ümid etdiyini deyib ki, bu il belə neqativ hallar baş verməz.

Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında deyib ki, bizim milli mənəvi dəyərlərimizdə dini dəyərlər xüsusi yer tutur: “Baxmayaraq ki, 73 il sovetlər dövründə yaşadıq və bu dövr dinsizlik dövrü idi, ateizm təbliğatı gedirdi, məscidlər bağlanmışdı. Kommunist olanlar məscidlərə, dini ibadət yerlərinə gedəndə sərt cəzalandırılırdılar, hətta partiya sıralarından xaric edilirdilər. Orta məktəbdən tutmuş ali məktəblərə qədər hər yerdə dinin əleyhinə təbliğat aparılırdı. Bütün bunlar xalqımızın qəlbində Allaha inamı sarsıtmadı, xalq bu inamı qəlbində yaşatdı. Xalq dini untmadı, gizli də olsa dini ayinləri icra etdi. Xəlvət də olsa, məscidlərə, dini ibadət ocaqlarına getdi. Bu dəyərlər bizim içimizdədir və bunu bizdən almaq mümkün deyil.

”Qırmızı terror"la bizi dindən ayrı sala bilmədilər. İndi isə heç mümkün deyil. Müstəqillik dövründə isə həqiqi demokratiya, həqiqi prülarizmdir və şəxsiyyət azaddır. Bizim dövlətimizin rəhbərləri - prezident olduğu müddətdə mərhum Heydər Əliyev, indi isə cənab prezident İlham Əliyev məscidlərə, ibadət yerlərinə baş çəkir, yeni məscidlərin tikintisi aparılır, bütün məscidlər təmir olunub. Fəaliyyət olan məscidlərin sayı xeyli artıb. Azərbaycanda insanlar istədikləri vaxt məscidə gedir, ibadət edir, namazını qılır, xütbələri dinləyir. Amma dini ayinlərin icrasında biz dünyəvi dövlətik. Dünyaya, Avropaya inteqrasiya edən dövlətik. Burada da bir norma olmalı, əndazə gözlənilməlidır. Məhərrəm ayında məscidə gedən orada mərsiyəyə qulaq asa, nəzirini verə, dini tədbirdə iştirak edə bilər.

Əvvəllər şəbeh şəklində yaranmış xalq tamaşaları din tərəfinə bir qədər nüfuz etməsi nəticəsində zəncir vurmaq, baş yarmaq, məscidlərin kənarlarına çıxıb yolları bağlamaq, çadırlar qurmaq kimi ənənələri ortaya çıxarıb. Belə hərəkətlər bugünkü Azərbaycana yaraşmır. İslam dinində bu ayinlər əvvəldən bu şəkildə olmayıb. Sonradan qondarılmış, şişirdilən mərasimlərdir. İlk növbədə övladlarımızı qorumalı, onları dini ayinləri necə icra etmək lazım olduğu barədə maarifləndirməliyik. Qəbul olunmayan, İslama yaraşmayan hərəkətlərə yol verilməməlidir. Çox yaxşı bir haldır ki, şeyximizin təşəbbüsü ilə illərdir ki, zəncir vurmaq, baş yarmaq əvəzinə qanvermə aksiyası keçirilir. Bu praktika bir çox dünya ölkələrinə də yayılıb. Əgər Məhərrəmilik vaxtı savab iş görmək istəyirsənsə, ən yaxşısı qan verməkdir.

Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Əsgərlərimiz tez-tez yaralanır, travma alır. Ümumilikdə qana ehtiyacı olan xəstə insanlar var. Qan həmin insanlar, əsgərlərimiz üçün vacibdir. Qan verənlər də savab qazanır, ehtiyaclar da qarşılanır. Nümayişkaranə küçələrə çıxmaq, haray-həşirlə küçələrə çıxmaq bu kimi addımların vaxtı keçib. İslam dini kiminsə özünə xətər-xəsarət yetirməsinə qarşıdır. İslam dini insanın özünə əziyyət verməsini qəbul etmir. Qəbul olunmayan bir işi Aşura günündə təkrar etmək nəyə gərəkdir?"

Deputat Qafqaz Müsəlmanları İdarəsinin verdiyi “Fətva”ya riayət olunmasının vacib olduğunu bildirdi. Hər kəsi həmin fətvaya əməl etməyə çağırdı: “Övladlarımızı, gənclərimizi bu ruhda tərbiyə edib dinini sevməklə bağlı, dini ayinləri necə icra etməklə bağlı maarifləndirməli, münasib formasını onlara aşılamalıyıq”.

Bəxtiyar Sadıqov deyir ki, Nardaranda, Gəncədə baş verən hadisələr və bu hadisələrin araşdırılması göstərib ki, Azərbaycanda dini-radikal qruplar var: “Əslində dinsiz radikallar var ki, müxtəlif dövlətlərə xidmət edir, ayrı-ayrı qruplardadırlar. Onlar din pərdəsi altında gizlənmiş və antiazərbaycançı şəbəkəyə xidmət edən insanlardır. Kütləvi tədbirlər zamanı, xüsusən Məhərrəmilik ayı ərzində bu cür tədbirlər keçirilən vaxtlar onlar öz əməllərini həyata keçirməyə çalışırlar. Müxtəlif təxribat, terror hərəkətləri də ola bilər. Azərbaycanın hüquq-mühafizə orqanları bu məqamları heç vaxt nəzərdən qaçırmırlar. Ona görə də hüquq-mühafizə orqanlarının atdığı addımları anlayışla qarşılamalıyıq. Hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşlarının asayişini təmin edir, təhlükəsizliklərini qoruyurlar. Əgər bu gün Bakı Şəhər Baş Polis İdarəsi, Dini Komitə açıqlama verib ayinlərin küçələrdə icrasının məqsədəuyğun olmadığını açıqlayırlarsa, vətəndaşlar buna riayət etməlidirlər. Azərbaycana qarşı hər hansı bir qəsdin alınmasında da vətəndaş kimi iştirak etməliyik”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru