“Demokratiya adı altında ağızlarına gələni danışırlar” - deputat
Tarix: 6-11-2018, 08:39 | Çap et
 Xəbər verildiyi kimi, bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsinin 24 noyabra təyin etdiyi Qarabağ mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) icazə verməyib. Komitə ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinin Bakıdakı səfirliyi qarşısında piket keçirməyi planlaşdırır.
Aksiyalar noyabrın 8-də saat 11:00-da Fransa, saat 12:00-da ABŞ, saat 13:00-da Rusiya səfirliklərinin qarşısında keçiriləcək.
Qarabağ Komitəsinin İşçi Qrupunun noyabrın 5-də növbəti iclası keçirilib. İclasda mitinqə icazə vermədiyi üçün BŞİH-i məhkəməyə vermək barədə qərar qəbul edilib. Bu barədə “Yeni Müsavat”a İşçi Qrupunun üzvü, AĞ Partiya başqanı Tural Abbaslı məlumat verdi: “Çox güman ki, ikinci mitinqə icazə verilməmə səbəbi birinci mitinqin gözləniləndən daha izdihamlı və möhtəşəm keçirilməsi olub. Eyni zamanda mümkündür ki, mitinqdə bəzi çıxışçıların çıxışları da buna əsas verib. Hakimiyyət bu nüanslardan ciddi narahatlıq keçirib və belə bir imtina qərarı verib.
Qarabağ Komitəsinin İşçi Qrupunun iclası keçirildi və bu iclasda da BŞİH-in imtina qərarından məhkəməyə şikayət qərarı verildi, lazımi sənədlər toplandı. Ehtimal ki, noyabrın 6-da şikayət məktubu məhkəməyə göndəriləcək. Meriya ən azından bu piketlərin keçirilməsinə mane olmamalıdır. Çünki belə etirazlar xalqın həmsədr ölkələrə münasibətinin nümayişidir”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, indiki zamanda bu cür mitinqlərin və piketlərin keçirilməsinə heç bir ehtiyac yoxdur: “Düşmən Ermənistanda çox ciddi proseslər gedir. Bu prosesləri Azərbaycan dövləti, onun müvafiq qurumları ətraflı formada izləməkdədir. Ölkə prezidenti Ermənistanda gedən prosesləri çox diqqətlə, incəliyinə qədər izləyir. İndiki zaman kəsiyində Qarabağ Komitəsi dediyiniz qurum tərəfindən hər hansı bir mitinqin və ya piketin keçirilməsinin bizim üçün nə kimi əhəmiyyəti ola bilər? Mənə elə gəlir ki, bunlar yerində olan fəallıq deyil. Yaxınlarda Türkiyə Cümhuriyyətinin 95 illiyi ilə bağlı Qarabağ Azadlıq Təşkilatının sədri Akif bəylə orada təsadüfən görüşdüm. Öz fikirlərimi ona söylədim. Qeyd etdim ki, hər hansı bir addım atanda düşünmək lazımdır ki, bu işğal olunmuş torpaqlarımızın azad olunmasına nə dərəcədə töhfə verəcək. Piketlər də keçirmək istəyirlər. Orada hansı şüarların səslənməsinin əhəmiyyəti böyükdür. Amma bunlar demokratiya adı altında orada ağızlarına gələni danışır, avantürist çıxış edirlər. İndi bunlar nə etmək istəyirlər? Azərbaycanı da Ermənistanın tayına döndərmək istəyirlər? Belə fikirləri varsa, kökündən yanılırlar. Çünki Azərbaycanda xalqın mütləq əksəriyyəti ölkə başçısı ilə bərabərdir. Cənab prezidentin yürütdüyü siyasət dövlət və xalqımızın maraqları ilə tam üst-üstə düşür. Biz hələ gözləməliyik ki, Rusiya-Ermənistan münasibətləri hansı səviyyədə davam edəcək, nə şəkildə öz həllini tapacaq. Bizim üçün şanslar yaranmaqdadır.
Cinayətkar Sərkisyan rejimi hakimiyyətdən gedəndən hökuməti ələ keçirən, başı ilə deyil dabanı ilə fikirləşən Nikol Paşinyanın atacağı addımları gözləməliyik. Burada Rusiyanın reaksiyasını ciddi şəkildə nəzərə almalıyıq. Hər şeyi dövlətimiz edir. Bu baxımdan belə mitinqlərin əleyhinəyəm, bunun keçirilməsinə heç bir ehtiyac yoxdur. Soydaşlarımıza müraciət edirəm ki, hələ fasilə versinlər. Əgər lazım gələrsə, hər birimizin iştirakı ilə ”Qarabağ azad olsun, düşmən xar olsun!" şüarı ilə möhtəşəm mitinq keçirə bilərik. Ordunun və xalqın iştirakı ilə belə bir mitinqi keçirməklə biz daha çox dividentlər qazana bilərik, ordumuza stimul verərik, dünyaya göstərərik ki, xalqla ordunun birliyi vəhdəti var. Buna hazır olmalıyıq. İndiki vəziyyətdə isə qəti zaman çatmayıb. Elə olmasın ki, bizdə bu cür mitinqlərin keçirilməsində erməni barmağının olması barədə təəssürat yaransın. Onlar fəaliyyətlərində israrlı görünsələr, o zaman onların münaqişənin həllində səmimiliklərinə şübhə yaranacaq. İstər-istəməz belə bir nəticəyə gəlinəcək ki, bu proseslərin arxasında erməni barmağı var yaxud da erməniləri müdafiə edən anti-Azərbaycan qüvvələrinin əli var. Prosesləri bu şəkildə davam etdirsələr, biz bu barədə nəticəyə gələcəyik. O zaman şəxsən mənim mövqeyim onlara qarşı daha sərt olacaq".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03 |
|
|
|
|