Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə bilmərəm”
Tarix: 16-11-2018, 08:56 | Çap et
“Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə bilmərəm”
2018-ci il noyabrın 17-də Azərbaycanda milli azadlıq hərəkatının başlanmasından 30 il ötür. Hər ilin bu günləri meydan hərəkatı ilə bağlı müxtəlif müzakirələr açılır. Önəmli yubileylə əlaqədar 80-ci illərdə ölkə gəncliyinin öndə gedən isimlərindən olan, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımovla meydan hərəkatının başlandığı Azadlıq Meydanında söhbət etdik.

- Oqtay bəy, 30 il öncənin bu günləri bu meydan aşıb-daşırdı. O zaman siz də meydanda olmusunuz, necə xatırlayırsınız?

- 1988-ci ilin bu günlərində başlayan meydan hərəkatı çox önəmli bir hadisə idi. Bu hadisələrin baş verməsinə gətirən səbəblər müxtəlif idi. Prosesi alovlandıran hadisə isə məlumdur ki, Topxana meşəsində ağacların kəsilməsi oldu. Əslində əsas səbəb Dağlıq Qarabağla bağlı sovet rejiminin tutduğu mövqe idi. Mitinqlər başlayan vaxt tələbə idim. Həmin vaxt Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti - C.A) IV kursunda oxuyurdum. Tələbələrin nümayişi universitetin həyətindən başladı. Həmin gündən bu proseslərin içərisində olduq. Hərəkat başlayan gün tələbələrin bu meydana gəlməsinə müxtəlif maneələr oldu. İlk maneə ilə o vaxt Moskva mehmanxanası adlanan (indiki Alov qüllələrinin yeri - C.A.) yerin qarşısında rastlaşdıq. Polislər bizim qarşımızı kəssə də, nümayişçilərin sayı kifayət qədər çox olduğundan kordonları yarıb keçə bildik. İkinci maneə İran səfirliyini keçəndən sonra İqtisad Universitetinin qarşısında yaradıldı. Amma axın buranı da keçə bildi. Üçüncü polis kordonları ilə indiki Həmkarlar İttifaqları Konfederasiyasının binasının yaxınlığında rastlaşdıq. Bir saatdan sonra bu kordonlara da güc gəldik. Həmin yerdən düz indi dayandığımız bu meydana qaça-qaça gəldik.

- Hərəkatın öncüllərindən kimlər vardı sizinlə o ilk gündə?

- Bizimlə bərabər qaçanlar sırasında rəhmətlik Mənsur Əlisoy, Məhəmməd Hatəmi Tantəkin kimi tanınmışlar da var idi. Biz Azadlıq meydanına günorta saatlarında daxil ola bildik. Mitinqin ilk gecəsində təşəbbüslər oldu ki, aksiyaçılar dağılışsın. Hökumətlə danışıqların aparıldığı və nümayişçilərin tələblərinin nəzərə alınacağı bildirildi. Bu səbəblərdən gecə meydanda o qədər də çox adam qalmadı. Orada qalanlardan biri də mən idim. O zaman gənclərin mövqeyi daha radikal idi. Onlar meydanın dağılmasını istəmirdilər. Nəticədə gənclərin fikirləri üstün gəldi və beləliklə, hərəkat başladı. Bir şeyi xatırladım ki, Dağlıq Qarabağla bağlı bu hərəkat başlayana qədər Bakıda bir neçə dəfə mitinqlər keçirilmişdi. Yadımdadır ki, 1988-ci ilin fevralında Xankəndində Dağlıq Qarabağ Vilayət Deputatları Sovetinin qərarından sonra Bakıda bugünkü Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirildi. Həmin ilin mayında iki böyük mitinq keçirildi. O zaman görünürdü ki, hökumət də bu mitinqlərin keçirilməsinə bir o qədər qarşı çıxmır. Xalq Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə kimilərin fikirlərinə daha çox diqqət edirdi. 17 noyabra qədər Azərbaycanda mitinq və nümayiş vərdişi və ənənəsi formalaşmışdı. Bu meydan özünün möhtəşəmliyini hər zaman qoruyur. Azərbaycan insanının milli şüurunda bu meydan çox ciddi dəyişikliklər edib. Bölgələrdən insanlar bu meydana gəlib, buradan Azərbaycan vətəndaşı kimi çıxırdılar. Meydan hərəkatının rolunu heç zaman danmaq olmaz.

- Meydanda ən yaddaqalan xatirəniz hansıdır?

- Bu meydanda çoxlu xatirələrimiz olub. Amma ən böyük xatirələrimiz 17 noyabrla 5 dekabr arasında keçirilən mitinqlərə təsadüf edir. O zamankı insan seli, insanların bir-birinə münasibəti fərqli idi. Bu meydanda o günlər çadırlar qurulmuşdu. Çadırlarda çox maraqlı söhbətlər gedirdi. Tanıdığımız ziyalılar bizlərlə müzakirələr aparırdılar, müstəqilliyimizlə bağlı söhbətlər gedirdi. Milli şüurumuzun oyanmasında bu söhbətlərin də kifayət qədər təsiri oldu. Meydan hərəkatına Azərbaycan xalqının ən sadə insanları tərəfindən belə yardımlar olunurdu. Xatirimdədir ki, evlərdən peraşkilər, yeməklər hazırlanır, qazanlarla bura gətirirdilər. Əslində fenomenal hadisələr baş verirdi. Azərbaycanın Dövlət Suverenliyi haqqında Bəyannamənin meydanın tələbi ilə qəbulu yaddaşımdan silinməyəcək xatirədir. Xalq Cəbhəsinin ictimai-siyasi təşkilat olaraq elan olunması da xatirələrdən biridir. Bu meydanda Türkiyənin siyasət adamlarından Milliyyətçi Hərəkat Partiyasının sədri Alparslan Türkeşin çıxışı unudulmaz xatirələrim sırasındadır. 1992-ci il 9 oktyabrda bu meydanda ordumuzun ilk paradının keçirilməsini də qeyd edə bilərəm.

- Milli azadlıq hərəkatının liderlərinin kimlər olduğu barədə hər zaman müzakirələr gedir. Sizcə, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Məhəmməd Hatəmi, yoxsa onları qəbul etməyən digər şəxslər bu hərəkatın liderləri idilər?

- Bu daima mübahisələr doğuran fikirlərdir. Unutmayaq ki, o zamankı mitinqlər konkret 1-2 nəfər tərəfindən idarə olunmurdu. Nümayiş Komitəsi yaradılmışdı. Komitənin də üzvləri var idi. Buradakı çıxışların mətni orada hazırlanırdı. Mitinq o komitə tərəfindən idarə olunurdu. Doğrudur, ön planda Nemət Pənahlı, Sabir Rüstəmxanlı və müəyyən etapda Məhəmməd Hatəmi idi. Amma o mitinqdə dəfələrlə Əbülfəz Elçibəy, İsa Qəmbər və digərləri çıxış edib. Milli azadlıq hərəkatının liderini proseslərin başlandığı ilk günlərə bağlamaq doğru deyil. O bir proses idi. Proseslər təbii axarı ilə getdi və sonunda liderini ortaya çıxardı. Burada əlavə müzakirələr açmağın mənası yoxdur. Proseslərin gedişində Əbülfəz Elçibəy özünün haqq etdiyi mövqeyə çıxdı. Adınızı çəkdiyiniz şəxslərdən fərqli olaraq Əbülfəz bəyin siyasi yolu 60-cı illərdən başlamışdı. Araşdırsanız görərsiniz ki, sovet məkanındakı dissidentlərdən Əbülfəz bəyi fərqləndirən o idi ki, təşkilatlar yaratmışdı. Mübarizəsini bu formada həyata keçirib. Çevrəsində insanlar var idi. Onun önə çıxması və xalq hərəkatının liderinə çevrilməsi təbii idi.

- İddialardan biri də hərəkatın liderləri sırasına “KQB” agentlərinin atıldığı barədədir. O sırada agent ola biləcək insanlar mümkün idimi?

- Heç nə istisna deyil. Birmənalı şəkildə hərəkat liderləri sırasında agentlərin olmadığını deyə bilmərəm. Kimlərinsə müəyyən əlaqələri olub. Bunu bilənlər yaxşı bilir. O zaman sovet “KQB”si işləyirdi. Prosesləri görüb onu özlərinin lehinə çevirməyə cəhd edirdilər. Bu baxımdan hərəkat sırasına agentlərini yerləşdirmələri normal qarşılanmalıdır. Sonradan məlum oldu ki, müxtəlif yerlərdə də xalq cəbhələri, yaxud xalq hərəkatlarının önündə gedən təşkilatları sırasına öz adamlarını yerləşdiriblərmiş. İstənilən halda əsas məsələ bu olmalıdır ki, başlanan meydan hərəkatı müstəqilliyimizi tələb edirdi. Buna da sonunda nail oldu, KQB-nin ora kimi yerləşdirib-yerləşdirməməsindən asılı olmayaraq. Məqsədlərimizdən biri də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı idi. Təəssüflər olsun ki, bu günə qədər bunu həll edə bilməmişik. Kimin nə deməsindən asılı olmayaraq, müxtəlif fikirlər ortaya atmaqla xalq hərəkatının gözdən salınmasının əleyhinəyəm. O hərəkatda iştirak edən milyonların niyyəti saf olub. Oraya kimlər yerləşdirilib, niyyətləri başqa olub, başqa qüvvələrə xidmət ediblər kimi mövzular bizdən kənar olmalıdır. Burada hərəkatda iştirak edən milyonların niyyəti əsas götürülməlidir.

- Meydan hərəkatı 17 noyabrdan başladı. Siz lider kimi Elçibəyi önə çəkirsiniz. O zaman bir sual meydana çıxır. 17 noyabrda Elçibəy və komandası harada idi ki, hərəkatı başqaları başlatmışdı...

- Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə 17 noyabrdan başlamayıb. Çünki bu hərəkatın başlanmasının tamam başqa bir səbəbi var. 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda milli azadlıq mücadiləsi dayanmayıb, bu və ya digər formada davam edib. Bu bir zəncir halqası idi və heç zaman qırılmayıb. Müstəqilliyimizin bərpasının təməl gününü 17 noyabrdan götürmək olmaz. 17 noyabrda başlayan proseslərin içərisində Əbülfəz bəy və silahdaşları olublar. O zaman bütün dünyada Lex Valensiya fenomeni var idi. Polşada Həmrəylik Hərəkatı var idi və onun başında qaynaqçı işləyən Lex Valensiya dururdu. Onun populyarlığını hər kəs bilir. Elə insanlar xalqın içərisindən çıxan biri kimi qəbul edilirdi və Nümayiş Komitəsi belə birisini önə verdi. Bu da Nemət Pənahlı idi. Proseslərin gedişində hər kəs layiq olduğu yerə çıxdı. Əbülfəz Elçibəy də liderliyi haqq etdiyi üçün haqqı olan yerdə qərarlaşdı.

- Demək istəyirsiniz ki, Nemət Pənahlının özü önə çıxmadı, Nümayiş Komitəsi onu önə verdi?

- Bəli elədir. Nemət Pənahlıya dəstək verilməsəydi, o bu yerə çıxmazdı. Doğrudur, onun müəyyən qabiliyyətləri var idi. Meydana xitab etmək, insanlara təsir edəcək natiqliyi var idi. Amma onun arxasında duranları unutmaq olmaz. Nemət Pənahlı onların fikirlərini nəzərə alırdı. Meydan tək Nemət Pənahlının idarə etdiyi meydan deyildi.

- Xalq hərəkatının lideri saydığınız Əbülfəz Elçibəyin köməkçisi olmusunuz. Onunla ilk tanışlığınız nə zamana təsadüf edir və həmin günü necə xatırlayırsınız?

- Əbülfəz bəylə ilk yaxın tanışlığım 1988-ci ilin oktyabr ayında olub. O zaman Dağlıq Qarabağla bağlı xalq arasında ciddi etirazlar var idi. Çalxalanma açıq müşahidə olunurdu. O zaman Baltikyanı ölkələrdə xalq cəbhələri yaranmağa başlamışdı. Azərbaycan cəmiyyətində də hərəkatın başında dayanan belə bir təşkilatın yaranması barədə fikirlər var idi. Prosesləri həmin hərəkatın idarə etməsi və xalqın istəklərini hakimiyyətə çatdırmasının vacibliyi düşünülürdü. Universitetlərdə və digər yerlərdə belə müzakirələr gedirdi. O vaxt bir müəllimimiz var idi, indi Türkiyədə yaşayır, Qazi Universitetinin professorudur, Becan Fərzəliyev. O da hərəkatın fəal üzvlərindən idi. Xalq Cəbhəsi yarandığı zaman Nəzarət Təftiş Komissiyasının ilk sədri olub. Onun vasitəsilə Əbülfəz bəylə tanış olmuşam. Tez-tez indiki Texniki və İnşaat universitetlərinin otaqlarında toplantılar olurdu. O toplantıların birinə dəvət olunmuşdum. Həmin vaxt Xalq Cəbhəsinin təşəbbüs qrupunun yaradılması barədə müzakirələr gedirdi. O tədbirdə Əbülfəz bəylə tanış oldum. Həmin toplantıda ilk dəfə olaraq yaxından İsa Qəmbəri, Hikmət Hacızadəni, Leyla Yunusu, Zərdüşt Əlizadə və digərlərini gördüm. Həmin vaxt Əbülfəz bəy ara-sıra bizim universitetə də gəlirdi. Universitetin həyətində çayxana var idi. Orada da söhbətlər gedirdi, biz də onu dinləyirdik. Xalq Cəbhəsinin qərargahında işləyəndən sonra onunla daha yaxın tanışlığım, görüşlərimiz oldu. Mən orada İnformasiya Mərkəzində işləyirdim. Gündəlik məlumatlar hazırlanıb, təqdim olunurdu. O vaxtdan sonra Əbülfəz bəy rəhmətə gedənə qədər münasibətlərimiz davam etdi.

- Prezidentin köməkçisi olmaq göstərilən yüksək etimaddan irəli gəlir. Siz Elçibəyin yanında bu qədər etimadı necə qazanmışdınız? Bəyin ətrafında kifayət qədər lider səviyyəsində olan insanlar var idi. Amma o, məhz sizi seçmişdi. Bunun özəl bir səbəbi olmamış deyil...

DAVAMI VAR
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru