Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

Əli Kərimli müxalifəti sevdiyi üçün deyil, boğmaq istədiyi üçün qucaqlayır
Tarix: 8-12-2018, 10:17 | Çap et
Əli Kərimli müxalifəti sevdiyi üçün deyil, boğmaq istədiyi üçün qucaqlayır
“Yeni Müsavat”ın ötən sayında müxalifət düşərgəsində bir gəlişmə haqda yazmışdıq. AXCP sədri Əli Kərimlinin müxalifətə birləşmək təklifi barədə məqaləmizdə bunun pərdəarxası məqamlarına aydınlıq gətirməyə çalışmışdıq. Linki təqdim edirik: http://musavat.com/news/eli-kerimlinin-gizli-gorusleri-qarabag-komitesine-qarsi-boyuk-qesd-hazirlanir_575913.html

Qeyd etmişdik ki, Ə.Kərimli siyasi karyerası boyunca təmsil olunduğu düşərgədə daim dağıdıcılıq fəaliyyəti ilə tanınıb. Bütün ittifaqları dağıtmağa çalışıb. Bəzən buna nail olub.

Bu məqalədə Ə.Kərimlinin son 20-25 ildə müxalifət daxilindəki dağıdıcı, pozucu fəaliyyətinin bəzi məqamlarından bəhs edəcəyik.

1995-in payızında vahid siyahı niyə baş tutmadı?

1995-ci ilin payızında Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilər 1993-cü ilin iyun qiyamından sonra xeyli zəiflədilmiş və dağınıq hala düşmüş müxalifətin dirçəlmək şansına çevrilmişdi. Mərhum Əbülfəz Elçibəy təşkilatına - AXC(P)-ə Kələkidən tam nəzarət edə bilmirdi. Əli Kərimli və onun “Yurd” təşkilatı Cəbhəni sarmaşıq kimi hər tərəfdən əhatəyə almışdı. Rəyasət Heyəti, Məclis, digər seçkili orqanlar “Yurd”çuların, dolayısı ilə hakimiyyətin nəzarətində idi. “Azadlıq” qəzeti də, demək olar ki, “Yurd”laşdırılmış, nəzarət paketi Ə.Kərimlinin əlinə keçmişdi. Bütün bunların fərqində olan Elçibəy seçkiyə Müsavat Partiyası ilə ittifaq quraraq getmək istəyirdi.

Təklifə İsa Qəmbər də isti yanaşırdı. Müsavatla AXCP-nin həmin dövrdə seçkiyə vahid siyahı ilə getməsi hakimiyyəti rahatsız etməyə bilməzdi. Bu, Milli Azadlıq Hərəkatından çıxmış iki nəhəng siyasi təşkilatın faktiki birləşməsi demək idi. Lakin hər iki partiyadan namizədlərin vahid siyahısının tərtib edilməsi mərhələsində Əli Kərimli prosesə pəl vurdu. Siyahıda 1-ci özünün adının yazılmasını tələb edirdi. İlk beşlikdə də “Yurd”çu heyətin adı yazılmalı idi onun tələbinə görə. Onun bu istəyi, davranışı açıq provokasiya idi. Müsavat bu cür aşağılayıcı təklifə razı ola bilməzdi. Ona görə də imtina etmək məcburiyyətində qaldı. Və seçkiyə tək qatılmaq qərarı verdi. İqtidar İsa Qəmbərin partiyasını parlamentə buraxmadı - barajı keçə bilməmək bəhanəsi ilə. Bunun müqabilində AXCP-dən 10-a yaxın adam deputat mandatı qazandı. Bu, müxalifətdə pozuluculuq fəaliyyətinə görə Əli Kərimliyə hakimiyyətin verdiyi ilk ən böyük hədiyyələrdən idi.

Bundan 3 il sonra da müxalifət düşərgəsində kritik danışıqlar başlamışdı. Əbülfəz Elçibəy 1997-ci ilin oktyabrında Bakıya dönüşü ilə lideri olduğu düşərgədə ciddi hərəkətlilik yarada bilmişdi. 1998-ci ilin əvvəllərində düşərgə ideoloqlarının (xüsusilə də Pənah Hüseynin- A.A.) ideya müəllifliyi və təşkilatçılığı ilə qurulan SİDSUH (Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat) müxalif düşərgənin lokomotivinə çevrilmişdi. Bununla paralel, prezidentliyə iddialı olan şəxslərin (Əbülfəz Elçibəy, İsa Qəmbər, Rəsul Quliyev, İlyas İsmayılov və Lalə Şövkət Hacıyeva) “Beşlər” formatında birliyi də yaradılmışdı.

1998-ci ilin sentyabr ayına kimi hər şey yaxşı gedirdi. Sentyabr ayından iki liderin - Ə.Elçibəylə İ.Qəmbərin vahid namizəd məsələsində anlaşması məsələsi gündəmə gəldi. Əvvəldən əldə edilmiş razılığa görə, bu iki liderdən biri vahid namizəd olsaydı, yerdə qalan prezidentliyə iddialılar da həmin şəxsi dəstəkləyəcəkdi. Şans müxalifətin, onun liderlərinin ayağına gəlmişdi. Vahid namizəd anlaşması baş tutsaydı, seçkidə qalib gəlmək ehtimalı yüksək sayılırdı. Hakimiyyət də bunun fərqində olduğundan müxalifətdəki diversiya qrupunu - “Yurd”u və onun rəhbəri Əli Kərimlini dövriyyəyə buraxdı.

Bir yandan iki liderin kaprizləri, bir-birinə güzəştə getməmələri, digər yandan da Əli Kərimlinin təxribatları bu böyük anlaşmanın yaranmasına ciddi mane oldu. Gündüz müxalifətə yaxın olan ziyalılar, düşərgənin hörmətli ağsaqqalları, söz sahibləri Elçibəylə, İsa Qəmbərlə görüşüb, onları razı salmağa yaxınlaşırdı, axşam Əli Kərimli başının dəstəsi ilə Əbülfəz bəyin evinə gedib, İsa Qəmbərə güzəştə getməyin yolverilməz olduğu haqda “arqumentlər” gətirirdi. Liderlərin ən kritik qərarlar qəbul etməsində yaxın çevrələrinin, komandalarının rəylərini nəzərə almaları danılmazdı. Həm məsuliyyəti bölüşürlər, həm də “məsləhətli don gen olar” prinsipindən çıxış edirlər.

Proses dalana dirənəndə, iki liderin arasında razılaşma alınmayanda, ən uyğun variant kimi boykot qərarı seçildi. Bu qərar 1993-cü ilin iyunundakı yol verilmiş səhv qədər bağışlanmaz və yanlış idi...

Qiyamı dəstəkləyən partiya sədrinin namizədliyini dəstəkləmək - xəyanətə bərabər əməl

Bundan sonra da Əli Kərimli müxalifət düşərgəsində birlik təşəbbüslərinə sarsıdıcı zərbələr vurdu. 2000-ci ilin parlament seçkilərində ortaya qoyduğu mövqe yəqin çoxlarının yaddaşından hələ də silinməyib. Yenə də Müsavatla AXCP-nin seçkiyə vahid siyahı ilə getmələri təşəbbüsü Ə.Kərimli tərəfindən “vuruldu”. Seçkidən sonra isə müxalifətin tutduğu vahid mövqeyə qarşı çıxmaqla Əli Kərimli növbəti missiyasını yerinə yetirmiş oldu. Yenə də Müsavat Milli Məclisə buraxılmadı, əvəzində Əli Kərimli başda olmaqla “Yurd”a 7-8 deputat mandatı hədiyyə verildi.

2003-cü ilin prezident seçkisi də müxalifətin yaxaladığı ciddi şanslardan idi. O vaxtlar düşərgənin şəriksiz lideri, ən şanslı namizədi İsa Qəmbərin ətrafında böyük fəallaşma və təşkilatlanma prosesinə start verilmişdi. “Bizim Azərbaycan” seçki bloku yaradılmışdı. Müxalifətin irili-xırdalı bütün partiyaları demək olar ki, İsa Qəmbərin namizədliyini dəstəkləyirdi. Gözlər Elçibəydən sonra AXCP-nin faktiki və hüquqi rəhbərinə çevrilmiş Əli Kərimlidə ikən o, yenə də ənənəvi yoluna sadiq qaldı: 1993-cü ilin iyununda Surət Hüseynovun hərbi qiyamına açıq və birmənalı dəstək vermiş, Milli Məclisdə bu qiyama hüquqdan paltar biçmək üçün əlindən gələni əsirgəməmiş Etibar Məmmədovun yanında yer aldı. AMİP sədrinin prezidentliyə namizədliyini dəstəklədi. Bununla da anti-birlikçi və anti-müxalifətçi olduğunu tam və birmənalı ortaya qoymuş oldu.

Ə.Kərimlinin özünə görə hesablaması da vardı: güman edirdi ki, seçkidən sonra İsa Qəmbərin siyasətdə və müxalifətdə boşalacaq yerinə ən şanslı namizəd bu olacaq. Özünü və partiyasını seçki qasırğasından qoruyub, İlham Əliyevlə rəqabətə girəcək tək namizəd kimi boy və iddia göstərəcək. Gözləntilərinin əksi baş verdi. Fərqində olmadı ki, İlham Əliyevlə, onun iqtidarı ilə dirəşmək üçün arxanda güclü təşkilat, sağlam qüvvə və ləkəsiz siyasi tərcümeyi-hal lazımdı.

2005, 2010, 2013 - hansı birini deyəsən...

Gürcüstanda, Ukraynada və Qırğızıstanda bir-birinin ardınca baş verən inqilablar ümidsizləşmiş, həyata küsmüş və siyasi şansını qeyb etməkdə olan Azərbaycan müxalifətini xeyli dirçəltdi. “Eynisini biz də yaparıq” iddiası ilə 2005-ci ilin yazından başlayaraq birlik çabaları göstərildi. Yenə ənənəvi ritorika və ənənəvi taktika işə düşmüşdü.

İsa Qəmbərin, Əli Kərimlinin və Sərdar Cəlaloğlunun (sonuncu Rəsul Quliyevin dublyorluğunu icra edirdi - A.A.) iştirakı ilə “Üçlər” şərti adı ilə birlik təsis edildi (sonradan "Azadlıq" Seçki Blokuna çevrildi-A.A.) Məqsəd 2005-ci ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlaşmaq idi. Bəxtlərindən siyasi proseslər elə sürətlə inkişaf edirdi ki, elektorat tam inanırdı ki, liderlər onları bu dəfə gerçəkdən “Qələbə”dən qələbəyə aparacaq, Bayıl türməsinə deyil...

Seçki oldu, xeyli müxalifətçiyə mandat haqqı tanındı, deyəsən, hətta Əli Kərimliyə də. Amma Ə.Kərimlinin siyasi tamahkarlığı, “asqırım, irəli düşüm” hərisliyi seçkidən sonra başlamış və gün-gündən şiddətlənən etiraz dalğasını bitirdi. 26 noyabrda “Qələbə” meydanındakı avantürası son oldu... “Azadlıq” bloku dağıldı, düşərgə yenidən bir-birinə girdi.

2010-cu ildə - beş ildən sonra da adamın siyasi ağlında irəliləyiş müşahidə etmədik. Yenə də həmin yanlışlar, həmin yersiz iddialar, güzəştsiz mövqe... Təsəvvür edin, qurulacaq seçki blokunun adının “Müsavat-AXCP” yox, “AXCP-Müsavat” olması uğrunda mənasız mübahisələrə əsas verdi Kərimli. Az qalırdı, özünü ülgüclə doğrasın. Axırda Müsavat Partiyası bu mənasız mübahisələrdən geri çəkildi. Əli Kərimlinin adqoyma “qələbəsi” tanındı.

Gəldik çıxdıq 2013-cü ilə. Müxalifət illərdən bəri təklif olunan modelə - kənardan birinin vahid namizədliyi modelinə razılıq vermişdi. Rüstəm İbrahimbəyovu qabağa verib, iqtidara gəlmək planlaşdırılırdı. Prosesi aparmaq üçün qurulan təşkilata kifayət qədər cəlbedici ad da seçilmişdi: Milli Şura. Əslində isə tam anti-milli birlik idi. Bu haqda dəfələrlə yazdığımız üçün, vaxt və yer almaq istəmirik. Seçkiyə az qalmış R.İbrahimbəyov oyundan çıxdı. Milli Şurada ilk böyük parçalanma yaşandı. İttihamlar, təhqirlər havada uçuşdu. Bu cür rəzil bir durumda iqtidarla siyasi savaşa - seçkiyə gedib, nəinki qələbə, heç məğlubiyyət qazanmaq da mümkün deyildi.

Seçki bitər-bitməz qurulan büsat da sonlandı. Milli Şuradan istefalar, qopmalar ard-arda düzüldü. Biabırçı son bu dəfə daha miqyaslı idi. Ardınca da Əli Kərimli əlində olan resurslardan - həm sosial şəbəkə üzərindən, həm də “Azadlıq” qəzetinin səhifələrindən onunla eyni cür düşünməyən həmkarlarına, keçmiş müttəfiqlərinə, koalisiya ortaqlarına şər-böhtan atmağa başladı. Adamın siyasi tərcümeyi-halında birləşdiricilik, barışdırıcılıq adına heç nə yoxdur. Tam əksinə, əlinə düşən hər fürsətdə müxalifət daxilində təfriqə salıb, yaradılan ittifaqları parçalayıb, oyunpozanlıq edib.

Bir siyasətçinin ki tərcümeyi-halında öz düşərgəsi ilə bağlı bu qədər qara ləkələr olsun, onun müxalifətin birliyində maraqlı və səmimi mövqe tutması, sizcə, mümkündümü?

Tələyə düşən varmı?

Əli Kərimli onu açıq dəstəkləməyənlərə heç vaxt tribuna verməyib. Vaxtilə “Azadlıq” qəzetində də belə olub. Yalnız ona tutuquşuluq edən siyasətçilərin mövqeyi gedərdi həmin qəzetdə. Başqalarına yer və haqq tanınmazdı. Məsələn, Müsavat Partiyası rəhbərliyinin hər hansı müsahibəsi, açıqlaması, görüşləri haqda xəbər “Azadlıq”ın səhifələrində dərc edilə bilməzdi. Ə.Kərimli siyasətini və təbliğatını virtual məkana köçürdükdən sonra ona bağlı internet layihələrində bu pis ənənə davam etdirilirdi. “Azərbaycan saatı”nda, başqa proqramlarda Müsavat rəhbərlərindən kimsəni görmək mümkün olmazdı. AXCP-nin Avropaya sığınmış media təmsilçilərinin sosial şəbəkələrdən apardıqları canlı yayın proqramlarında da köhnə ənənəyə sadiq qalındı.

Amma son günlər bu verilişlərə Müsavat başqanı Arif Hacılı müsahib kimi dəvət edilir. Qoyulan mövzular da maraqlıdır. Məsələn, Müsavatın həbs edilən və ya həbs təhlükəsi altında olan fəalları barədə geniş müsahibə alınır A.Hacılıdan. Halbuki Ə.Kərimli açıq-aşkar deyir ki, siyasi məhbuslar yalnız onun təşkilatındandır. Yerdə qalanlar elə-belə, baş qatmaq üçün həbs edilib. Bir sözlə, Ə.Kərimli özünü siyasi məhbus bazarının şəriksiz monopolisti elan edib. İndi isə özünün köhnə bazarına yeni şərik qoşur?

Ötən yazıda da qeyd etmişdik, bütün bunlar ona görə edilir ki, adamın ənənəvi müxalifətə işi düşüb. Yeni hərəkat yaratmaq istəyir. Milli Azadlıq Hərəkatından çıxmış siyasətçiləri, nüfuzlu şəxsləri bu şəkildə tovlayıb, tora salmağa cəhd edir. O Allah saxlamışlar da sanki himə bənddirlər, həmən gedib özlərini təslim edirlər bu siyasi kələkbaza.

Əli Kərimli kimlərəsə, məsələn, Arif Hacılıya, İsgəndər Həmidova və digər əski hərəkat adamlarına boşuna qucaq açmır. “Gəlin, umu-küsüləri, qarşılıqlı ittihamları kənara qoyub, hakimiyyətə qarşı birləşək” sözləri də səmimi deyil. Məşhur bir aforizmdə deyildiyi kimi, onları sevdiyi üçün qucaqlamır, sevmədiyi üçün qucaqlayır. Ki, bağrına basıb, elə möhkəm sıxsın ki, boğulsunlar...

Dünən günün sonunda Əli Kərimlinin REAL sədri İlqar Məmmədovla da görüşü haqda xəbər və fotolar yayıldı. AXCP sədri İ.Məmmədovla ikincinin ofisində görüşüb. Belə deyək, İlqar bəyin ayağına gedib. REAL-la AXCP-nin münasibətləri zatən hər kəsə məlumdur. Vaxtaşırı Kərimlinin trolları sosial şəbəkələrdə REAL-çıları və İlqar Məmmədovu ən müxtəlif bəhanələrlə ittiham edir. Qarşılıqlı ittihamlar zamanı bu iki partiyanın nümayəndələri bir-biri ilə çox ağır dildə danışırlar. Ona görə də, İlqar Məmmədovun Əli Kərimli üçün asan ov olmayacağı və AXCP sədrinin "birləşmə" təkliflərinə tezliklə müsbət cavab verməyəcəyi aydındır.

Ə.Kərimlinin birləşmə ideyası ilə ortaya düşüb partiya sədrlərini tək-tək ziyarət etməsinin digər və əslində gerçək səbəbləri haqda bəzi bilgilər əldə etmişik. Növbəti yazılarda bu bilgiləri oxucularla bölüşəcəyik.

Əli Kərimlinin yanında olmaq, ona inanmaq, güvənmək minalanmış ərazi ilə yol getmək qədər riskli və təhlükəlidi. Çalışın, minaya düşməyin...
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru